Azərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı: TÜRK KİŞİ İLƏ DANIŞIRMIŞ... - FOTOLAR

Azərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı: TÜRK KİŞİ İLƏ DANIŞIRMIŞ... - FOTOLARAzərbaycanda 14 yaşda evləndirilən 30 yaşlı gəlin evdən qaçıb.

BiG.AZ xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən və evdən qaçan Xannənənin anası Kəmalə deyib.

O bildirib ki, qızı ziyalı ailədə böyüyüb:

"O, 14 yaşında ailə qurub. Biz onu zorla evləndirməmişik. Qızım özüm o oğlanı sevdiyinə görə ailə qurub. Mənim hər iki övladım sevərək ailə qurub. Qızım çox nazlandığı üçün evdən qaçıb. Həyat yoldaşı onun nazı ilə çox oynayırdı. Qaynanası uşaq kimi qızımı əzizləyirdi. Ömrümü ona həsr etmişəm. Onların evinə İrandan Səməngül adlı qadın gəlirmiş. Guya o yolunu azıb. Kürəkənimin bu qadına yazığı gəldiyi üçün evə aparıb. Mənim kürəkənim dindar, namaz qılandır. Səməngül qızıma gizlin telefon verib. Yağış adlı bir qızla tanış edib. Kürəkənim biləndəki ondan gizlin telefon işlədir, qızımın əlindən telefonu alıb yerə çırpıb. Həyat yoldaşına da bir sillə vurub. Qızım bir sillədən sonra yoxa çıxıb. Qızımı çox ərköyün böyütmüşəm. 3 gündür qızım yoxdur. Hazırda 30 yaşı var, 2 oğul anasıdır. Görün nəvələrimizi necə saxlamışıq. Bilmirəm ki, Səməngül buna neyləyib. Yağış kimdir. Qızımın gözəl ailəsini dağıtmaq istəyir. Həyat yoldaşı göz yaşını saxlaya bilmir. Qudamdan çox razıyam. Bir dəfə aramızda heç bir söz-söhbət olmayıb. Kürəkənim Araz onu çox sevirdi. Ondan heç bir zaman pul da gizlətməyib".

Xannənənin bacısı Aysel bildirib ki, həyat yoldaşı Türkiyə vətəndaşıdır:"Həyat yoldaşım bacımın danışdığı Kərəmcanla görüşüb. O bildirib ki, həm Azərbaycanda, həm də Türmənistanda dostlarım var. Kərəmcan Türkiyə Daxili Qoşunlarında işləyir. O, həyat yoldaşıma deyib ki, bacımın nömrəsini canlı yayım vasitəsi ilə əldə edib. Burada onlar danışıb, yazışıblar. Tam hadisənin necə olduğunu bilmirəm".

Xannənənin həyat yoldaşı Araz bildirib ki, 1 il ərzidə Xannənənin əlindən nə çəkdiyimi anası da, ailəsi də yaxşı bilir: "Bir dəfə də o evdən qaçmışdı. O, evdən qaçsa da mən onu yenidən qəbul etmişdim. Doğru məlumat almaq istəyirsinizsə Astara Rayon Polis bölməsinə müraciət edin. Xannənə məndən gizlin özünə telefon almışdı. O, telefonla Səməngüllə, Məmmədova Yağış Akif qızı ilə danışırdı. Keçmiş qaynanam və xalam sizi, bizi və 10 milyon əhalimizi də aldadır. Türkiyəli bir kişi ilə yazışmaları və səs yazıları var. Yağış xanıma özünü Aygün kimi təqdim edib. İnsanlara özünü yalançı adlarla təqdim edib. Xannənənin etdiyi hərəkətlərini heç bir kişi qəbul etməz. Xahiş edirəm ki, uşaqlarımın şəklini efirdən götürün. Uşaqlar o qadına layiq deyil. Mənim uşaqlar üçün evə qoyduğum çörək pulu ilə telefon, kontur alıb Kərəm adlı kişi ilə danışıb".

Aysel Yusifqızı
Azərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı: TÜRK KİŞİ İLƏ DANIŞIRMIŞ... - FOTOLARAzərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı: TÜRK KİŞİ İLƏ DANIŞIRMIŞ... - FOTOLARAzərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı: TÜRK KİŞİ İLƏ DANIŞIRMIŞ... - FOTOLARAzərbaycanda 14 yaşda evləndirilən gəlin evdən qaçdı: TÜRK KİŞİ İLƏ DANIŞIRMIŞ... - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2147   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3