"Yanardağ"a giriş qiymətləri açıqlandı

"Yanardağ"a giriş qiymətləri açıqlandı

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişin qiymətləri açıqlanıb.

BiG.AZ-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlama verib.

Onun sözlərinə görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artırılacaq:

“Xarici vətəndaşlar üçün qoruğa giriş doqquz manat, yerli vətəndaşlar üçün isə iki manat, tələbələr üçün bir manat, məktəblilər üçün isə pulsuz olacaq. Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar”.

Fuad Nağıyev qeyd edib ki, gün ərzində “Yanardağ”a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir:

“Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellər, turizm informasiya mərkəzlərində “Yanardağ”la məlumatlar olacaq”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 720 Tarix: 13.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər