Azərbaycanlı tələbələr üçün göydəndüşmə fürsət
İlin sonuna kimi 190 min tələbə "Azərbaycan Tələbə Kartı" alacaq
Artıq Azərbaycan tələbələri "Azərbaycan Tələbə Kartı" əldə etməklə avropalı həmkarları ilə ayaqlaşa biləcəklər. Ötən həftə təqdimatı keçirilən "Azərbaycan Tələbə Kartı" layihəsi ölkəmizdə bir ilkdir. Bu kartlar vasitəsilə gənclər müəyyən şəbəkələrdən xüsusi imtiyazlardan istifadə edə biləcəklər. Belə ki, kartlar 4 illiyinə nəzərdə tutulub və bütün tələbələrə veriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ANS PRESS-ə bildirdi ki, "Azərbaycan Tələbə Kartı"nın Avropa Gənclər Kartı ilə birgə buraxılması tələbələrə Azərbaycan ərazisi, eləcə də, Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektləri, kafe və restoranlar, otel və internet klublardan güzəştlə istifadə etmək imkanı yaradır. Bu kartlar Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Tələbə Gəcnlər təşkilatı İttifaqının birgə layihəsdir.
Azərbaycanda artıq 400-ə yaxın şirkət bu müqaviləyə qoşulub. Həmin şirkətlər kart vasitəsilə tələbələrə güzəştlər edəcəklər. Gələcəkdə isə bu şirkətlərin sayının artırılması nəzərdə tutulub. İctimai iaşə şirkətlərində 10-15%-lik endirimlər olacaq. Nazirlik sözçüsü qeyd etdi ki, Avropa tələbə kartına qoşulmaq üçün uzun müddət danışıqlar aparılıb və "Avropa Tələbə Kartı" sisteminə qoşulandan sonra tələbələr həm Azərbaycanda, həm də Avropanın bir çox ölkələrində bu kartlardan rahat istifadə edə biləcəklər.
"Xatırladım ki, ilkin olaraq ötən həftə "Azərbaycan Tələbə Kartı"nın təqdimatı keçirildi. Tədbirdə 150 tələbəyə bu kart təqdim olundu. Həmin tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Misir Mərdanov, Tədbirdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov da iştirak edirdilər",- deyə S. Məmmədova əlavə edib.
Tədbir zamanı "Azərbaycan Tələbə Kartı"nın 150 tələbəyə verilməsi ilə bağlı Nazirlik sözçüsü aydınlıq gətirdi. O, bildirdi ki, burada niyə məhz 150 tələbə məsələsi deyil, sadəcə olaraq hər universitetdən bir neçə tələbə həmin tədbirə dəvət olunmuşdu. Bu, sadəcə olaraq açılış mərasimi idi və tələbələrə bu kart təqdim olundu. İlkin olaraq kartlar təqdim olunan tələbələrin həm akademik göstəricilər, həm də aktiv gənclərdən olduqları nəzərə alınıb. Lakin 2012-ci ilin sonuna kimi Azərbaycanda 190 minə yaxın tələbənin bu kartla təmin olunması nəzərdə tutulub.
"Azərbaycan Tələbə Kartı"nın digər ölkələrdən fərqi odur ki, Avropanın bir çox ölkələrində tələbə kartı tələbələrə pul ilə paylanır. Amma Azərbaycan yeganə ölkədir ki, bu kart tələbələrə pulsuz təqdim edir.
Bu kartlar tələbələrə bakalavr, magistr dərəcəsi olan tələbələri əhatə edəcək. Ümumilikdəkartlar 4 illik nəzərdə tutulur və kartlar təhsil bitənədək tələbələrin istifadəsində olacaq.
Qeyd edək ki, tələbə kartının işlənib hazırlanması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tərkibində idi.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7342 Tarix: 28 may 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 156 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 163 "Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."
Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl
17:26 83 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 222 Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)
Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin
10:11 336 Yeni il hədiyyələri alarkən diqqətli olun!
Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları
16:51 96 Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl
10:42 280 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 149 "Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas
17:20 101