Avstriyada 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib

Avstriyada 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilibZiyafətdə Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və biznesmenlər iştirak edib

Azərbaycanın Avstriyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Vyanadakı "İmperial" mehmanxanasında rəsmi ziyafət təşkil edib. Ziyafətdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak edib. Ziyafətə gələn qonaqlar Azərbaycan milli geyimlərində olan oğlan və qızlar tərəfindən qarşılanıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 94 il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda mürəkkəb siyasi vəziyyətin yarandığını, dövlətçiliyə qarşı ciddi təhlükələrin mövcud olduğunu qeyd edib. O bildirib ki, məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində bu təhlükələri dəf etmək mümkün olub və Azərbaycan tərəqqi yoluna qədəm qoyub: "Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkənin beynəlxalq nüfuzu getdikcə yüksəlir, mühüm islahatlar və quruculuq işləri aparılır, Avropaya inteqrasiya istiqamətində ciddi addımlar atılır".

Səfir qeyd edib ki, bu günlərdə dünyanın ən böyük musiqi yarışması – "Eurovision-2012"yə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən bəşəri dəyərlərə sadiq, inkişaf etmiş, tolerant və qonaqpərvər bir diyar kimi qəbul olunmaqdadır.

Avstriya Ali Məhkəməsinin keçmiş sədri Yohann Reşut ölkəsi ilə Azərbaycan arasında bir çox cəhətdən oxşar cəhətlərin mövcudluğunu vurğulayıb, hər iki ölkədə insanların musiqisevər olduğunu diqqətə çatdırıb, bu dəyərlərin dövlətlərimizi gələcəkdə daha da yaxınlaşdıracağına əminliyini bildirib.

Tədbirdə əməkdar incəsənət xadimi Cəmil Əmirovun rəhbərlik etdiyi "Savab" caz qrupunun konsert proqramı ilə çıxışı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Sonra Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin final mərasimi nümayiş etdirilib. Azərbaycan təmsilçisi Səbinə Babayevanın ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbir boyu ziyafət zalında quraşdırılmış ekranlarda Azərbaycanın turizm imkanlarını təbliğ edən videoçarxlar yayımlanıb, qonaqlara çap materialları və CD-lər təqdim olunub.

mənbə: anspress.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1389   Tarix: 27 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14.12.2025 112
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

14.12.2025 137
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

14.12.2025 260
.

BMT Baş katibi Sidneydə törədilən terror aktını pisləyib

BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib. "Report" xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb. "Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilə

14.12.2025 120
.

Qusarda ağır qəza: İki nəfər ölüb, dörd nəfər yaralanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərha

14.12.2025 119
.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

14.12.2025 138
.

Tailand Kamboca ilə sərhəd boyu komendant saatı tətbiq etdi

Tailand hakimiyyəti Kamboca ilə silahlı münaqişənin kəskinləşməsi fonunda Trat vilayətinin beş sərhəd rayonunda komendant saatı tətbiq edib. bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Komendant saatı turistik Çanq və Kut adaları istisna olmaqla, Kambocanın Kohkonq vilayəti ilə həmsərhə

14.12.2025 117
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14.12.2025 154
.

TOP MP3