Mövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLAR

Mövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARTanınmış stlist, peşəkar saç ustası Elbrus Bağırov BiG.AZ-ın suallarını cavablanıdırb.

-Elbrus bəy, neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

-Uşaqlıqdan bu sahəyə və və aşbazlığa marağım olub. Bir müddət məşhur restoranda aşbaz kimi çalışmışam. Kifayət qədər dadlı yeməklər bişirməyi bacarıram. Lakin daha sonra özümü bu sahəyə daha yaxın hiss etdim. 2002-ci ildə bu peşəni öyrənməyə başladım. Həm həvəsim, həm də əl qabiliyyətim sayəsində bu işdə də uğur qazanmağı bacardım.Vaxt keçikcə peşəkarlığımı və razı qalan müştərilərimi gördükcə düzgün seçim etdiyimi anladım. İşimi sevirəm və bu peşəni seçdiyimə görə özümü şanslı hesab edirəm.

-Bu gün bilirsiniz ki, xeyli saytda stilistlərimiz var. Sizi onlardan fərqləndirən özəllik nədir?

-Mən uzun müddətdir ki, bu sahədə çalışıram. İllər keçməyinə baxmayaraq hələ də trenddə olan yenilikləri öyrənməyə və təkminləşdirməyə çalışıram. Çünki bu gün texnologiya əsiridir. Hər kəsin bu və ya digər sahə haqqında geniş məlumat almaq şansı var. Hər bir müştərimin zövqünü oxşamaq üçün mütəmadı olaraq yeni və fərli işlər görmək lazımdır.Mən təcrübəmdə birinci növbəmdə müştərinin saçlarını zədələmədən maksimum dərəcədə onun istəyini həyata keçirməyə çalışmışam. Bəzən olur ki, müştərinin istədiyini onun saçlarına tədbiq etmək mümkün olmaya bilər.Lakin mütərini məmnun etmək üçün maksimum dərəcədə onun istədiklərini nəzərə almaq lazımdır. Mən belə hallarda həm müştərinin saçlarını qorumağa həm də onun istəyini və yaraşanı etməyə çalışıram. Mənə elə gəlir ki, hər bir peşəkar ustanın əl işi hər zaman digərlərindən fərqlənirsə, insanlar da bu işi gördükcə sizi xatırlayırsa bu o ustanın ən böyük üstünlüyüdür.

- Bu il yay aylarında hansı saç modelləri və rəngləri dəbdə olacaq?

-Hansı ildə olmağımızdan asılı olmayaraq yay ayları dedikdə insanın gözündə daha açıq, əlvan, parlaq rənglər və qısa saç modelləri canlanır. Hər yay olduğu kimi bu yayda tərkibində açıq sarı,küllü, violet, yaşıl çalarları olan saç rəngləri dəbdə olacaq. Təbii ki, ən çox təlabat olan rənglər ombre-balyaj olacaq.Çünki müştərilərin bir çoxu saçlarında bir çox rəng çalarlarını görmək istəyir. Mən fikrimcə isə trend rəngləri hər müştəriyə standart şəkildə tədbiq etmək olmaz. Belə hallarda müştərinin hal-hazırda saç rəngi keyfiyyəti və nə yaraşacağını nəzərə almaq mütləqdir. Məb elə düşünürəm ki, hər kəsin özünə uyğun və yaraşanı etmək ən böyük dəbdir.

Mövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLAR-Sizcə, neçə yaşdan sonra xanımlarımız öz imiclərində dəyişiklik etməlidir?-Mən son dərəcə təbiilik tərəfdarıyam Xanımların məktəb yaşlarında saç rənglərini dəyişməklərini məsləhət görməzdim. Çünki kimyəvi məhsullarla tanışlıq nə qədər gec olsa bir qədər yaxşıdır. Həm də hər yaşın öz gözəliyi var. 18-20 yaşında imicdə dəyişiklik etək olmaz. Lakin bəzi istisna hallar ola bilər. Məsələn bəzi uşaqlarda anadan gəlmə saçlarda bəyazlar və rəng deformasiyası olur. Yalnız bu hallarda saça müdaxilə etmək zəruri olur. Məcburiyyət olmadıqda uşaqlara rəng dəyişikliyi etməsini məsləhət görməzdim.

-Məşhurlardan sizə müraciət edənlər olubmu?

- Hələ ki, heç bir məşhurla çalışmamışam. Bütün diqqətii və gücümü yalnız özümü təkminləşdirməyə və daha yaxşı işlər görməyə sərf etmişəm. Mən daha çox saçlarını və gözəlliyini mənə əmanət edən, güvənən müştərilərlə çalışmağa üstünlük verirəm.

-Hansı məşhurun imicini dəyişmək istərdiniz?

- Bəlkə də bir az səmimi səslənməyə bilər amma imicini dəyişməyi arzuladığım bir məşhur yoxdur. Mən daha çox xalq arasında sadə insanlarla çalışmağı sevirəm. Hər birimiz bilirik ki, məşhurların bir çoxu bunu reklam xatirinə edir. Biz isə reklama ehtiyac duymuruq. Ona görə də sadə, tanınmamış insanlarla çalışmaq bizə daha rahat və zövqvericidir.

-Yəqin ki, sizə müraciət edənlərin arasında kapriz xanımlar da olur. Onları məmnun salmaq çoxmu çətindir?

-Bəli bu gün demək olar ki, ən inkişaf etmiş sahələrdən biri də bizim sahədir. Bu sahədə xeyli yeniliklər var. Bu kimi yeniliklər və əldə edilən nailiyyətlər məni çox sevindirir. Hər bir ustanın öz işi texnikası və zövqü var. Müştərilər öz zövqünə uyğun ustaya müraciət edir. Bizim işimizdə müştəri məmnuniyyəti çox önəmlidir. Təbii ki, bəzən müştəri ilə bizim sözümüz üst-üstə düşməyə bilər. Lakin bizim işin ən çətin məsuliyyətli və maraqlı məqamı da elə budur. Yəni əsl peşəkar usta belə hallarda belə hallarda həm müştərini həm də özünü məmnun etməlidir. Əgər bu işin sonunda usta ilə müştəri razı qalırsa bu ən böyük uğurdur.

Mövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLAR-Nə zamansa öz salonunuzu açmaq istəyirsinizmi?

-Təbii ki, açmaq istəyirəm. Məncə bu hər bir ustanın arzusudur ki, öz salonunu açsın və brendini yaratsın. Lakin bu kənardan görüldüyü qədət asan deyil. Həm də elə düşünürəm ki, Hər şeyin öz zamanı var. Şəxsi salon açmaq üçün uyğun məkan, bütün pofessional alətlər, peşəkar işçi heyəti lazımdır. Mən bir işə başlayıramsa hər şey qaydasında və ürəyimcə olamalıdır. Ümid edirəm ki, qısa zamanda arzuladığım salonu aça biləcəm və gözəl olan xanımlarımızı bir az daha da gözəlləşdirməyə davam edəcəm.

-Elbrus bəy bilirik ki, 3 övladınız var. Övladlarınızda sizin sahəni davam etdirmək istəyəni varmı?

- Övladlarım çox kiçikdir və peşə seçəcək yaşda deyillər. Hər birimizin uşaqlıqda bir arzumuz olur. Lakin zaman keçdikcə özünüzdə bilmədiyiniz bacarıqlarınız ortaya çıxır və siz o sahəyə yönəlisrsiniz. Təbii ki, ara-sıra hansı peşəni istədikləri barədə fikir bildirilər. Amma dediyimi ki, bu fikirlər dəyişə bilər. Mən hər üç övladıma bu mövzuda əlimdən gələn qədər dəstək olmağa çalışacam. Övladlarımdan mənim sahəmi davam etdirmək istəyəni olarsa təbii ki, sevinərəm və bu peşənin sirlərini öyrətməyə çalışaram. Düşünürəm ki, insanın hansı sahədə bacarığı varsa və özünü xoşbəxt hiss edirsə o peşəni də seçməlidir. Çünki işinizi sevməsəniz heç vaxt uğur qazana bilməyəcəksiniz.

Qeyd edək ki, stilist Elbrus "Face studio"nun Nərmanov filialında fəaliyyət göstərir.

ƏLAQƏ: 055-798-98-55

İSTAGRAM: Face_studio_elbrus
Mövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLARMövsümün trend saç düzümü və rəngləri hansıdır? - Stilist Elbrus açıqladı - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1483   Tarix: 03 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3