Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA)

Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA)

"Palmali Dənizçilik" şirkətinin rəhbəri Mübariz Mənsimov növbəti dəfə qalmaqallı xəbərlə gündəmə gəlib.

Qaynarinfo Türkiyənin Dəniz Xəbər Agentliyinə (denizhaber.net) istinadən xəbər verir ki, bir müddət əvvəl yeni inşa edəcəkləri gəmilərinə Əbülfəz Elçibəy və Məmməd Əmin Rəsulzadənin adını verəcəklərini deyən iş adamı yalan danışıb. Belə ki, Mənsimovun şirkətin balansındakı köhnə gəmini rənglətdirərək adını dəyişdirdiyi ortaya çıxıb.

Dəniz Xəbər Agentliyi əməkdaşlarının araşdırmasına görə, "Palmali Dənizçilik" şirkətinin yeni inşa olunduğunu iddia etdiyi Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi əslində 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilən və şirkətin balansında olan "Adriatic Mariner" adlı 6 min 600 DWT daşıma gücünə sahib tankerdir.

Bildirilir ki, tanker Qaradəniz Ereğli Limanlar bölgəsində yerləşən Ustaoğlu Qayıq və Gəmi İnşa Limanında boyadılaraq dənizə buraxılıb və adı dəyişdirilib.

Azərbaycanlıların xoş niyyətini və milli duyğularını sui-istifadə edən "Palmali"nin rəhbərinin şirkətinin balansında olan 21 yaşlı köhnə tankeri yeni gəmi olaraq təqdim etməsinin, boyatdıraraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adını verdiyini açıqlamasının səbəbi bilinmir.

Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA) Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA) Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1117 Tarix: 02.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qafkaz
Qafkaz 02.06.2019
Sekildeki Tankerler Basqa Basqadir
ADa Gore Halaldi


 
dyo001
dyo001 02.06.2019
Köhnəyə belə o adı qoyubsa yenə sağ olsun.Ondan başqa kimsə bir şey eliyibmi


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər