Azərbaycanda bir qadının biznesə başlaması üçün kifayət qədər imkan varmı? - ARAŞDIRMA

Azərbaycanda bir qadının biznesə başlaması üçün kifayət qədər imkan varmı? - ARAŞDIRMAAzərbaycan qadını bu gün biznes sferasının bir çox sahələrində özünü uğurla sınaqdan keçirir. Həm təhsil, həm də bilik və bacarığına görə xanımlar kişilərdən nəinki geri qalmır, hətta hiss olunan dərəcədə üstünlük qazanırlar.

Öz işini qurub iqtisadi azadlıq qazanmaq istəyən qadınların sayı günbəgün artır. Media, reklam, PR, hüquq, tibb kimi sahələrdə qadınlar lider mövqe tutsalar da, şəxsi biznes quranların problemi də az deyil. Biznesin bəzi istiqamətlərində qadın iş adamlarına demək olar, rast gəlinmir.

"Report" "bir qadının biznesə başlaması üçün nə tələb olunur", "hansı faktorlar qadınlara mane olur", "nə kimi sosial və psixoloji amillər qadınların uğurunu əngəlləyir" kimi sualların cavabını axtarıb.

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, 25 illik stilist təcrübəsinə malik olan Elnarə Nəhmədova "Report"a açıqlamasında Azərbaycanda xanımların özünü biznesdə təsdiqləməsi üçün hər şəraitin olduğunu bildirib: "Azərbaycanda bir qadının öz bacarığını göstərə biləcəyi yetəri qədər biznes növü mövcuddur. Lakin biznesi qurmaq istər qadın, istərsə də kişi üçün asan deyil. Bunun üçün peşəkar təcrübəyə sahib olmaq lazımdır. Yəni, bir ideyanı biznesə çevirmək üçün, ya özün bu işi dərindən bilməlisən, ya da peşəkarlarla çalışmağa üstünlük verməlisən. Ölkəmizdə bir qadının biznes qurması, onu inkişaf etdirməsi üçün xüsusi heç bir çətinlik yoxdur. XXI əsrdə yaşayırıq və Azərbaycan inkişaf etməkdə olan ölkədir. Yetər ki, xanımlarımız iş həyatına qatılanda ağıllı və səbirli olsunlar".

Elnarə Nəhmədova "qadın biznesi" və "kişi biznesi" deyilən anlayışlara bir qədər şübhə ilə yanaşır: "Bəlkə də başqa ölkələrdə belə sərhədlər var. Amma Azərbaycanda mən bunu müşahidə etməmişəm. Bunu öz şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Hətta ətrafımda olan bizneslərdə də bu kimi hallarla üzləşməmişəm. Bacarıqlı, uğurlu insanların ümumi çəkisi kütləyə baxanda hər zaman az olur. Bir insanın bacarığı qadın və ya kişi olmağına görə müəyyənləşdirilməməlidir. Ona görə də bir qadının önünü kəsəndə ciddi fikirləşmək lazımdır. Bəlkə də bununla ölkənin inkişafı geriyə atılacaq. O qadın öz ağlı ilə dünyada yeni kəşflərə yol aça bilər".

Gender münasibətləri üzrə ekspert Xalisə Şahverdi qadınların bizneslə məşğul olmaları üçün kifayət qədər imkanların olduğunu "Report"a vurğulayıb: "Qadınların sahibkarlıq sahəsində gücləndirilməsi istiqamətində həm dövlətin dəstəyi, həm də beynəlxalq təşkilatların irimiqyaslı layihələri var. Vətəndaş cəmiyyəti təşkilatları da bu məqsədlə 15 ildən çox Azərbaycanın müxtəlif bölgələrində layihələr həyata keçirir. Bunun nəticəsində ölkədə qadın sahibkarların sayı qismən artıb. Amma prosesin arzuolunan səviyyəyə çatması üçün bəzi boşluqlar var.

Məsələn, qadın sahibkarlığının inkişafı üzrə kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi bu işə böyük təkan verə bilər. O cümlədən, qadınların biznes təşəbbüslərinin dəstəklənməsi və onların biznesinə sərmayənin cəlb olunması, yeni bacarıqlar aşılayacaq təlimlərin regionda təşkili qadın sahibkarlığının inkişaf etməsinə əhəmiyyətli şəkildə dəstək olardı".

Xalisə Şahverdi psixoloji faktorların qadınların biznes qurmasına ciddi əngəl törətdiyini deyir: "Qadına aid hər şey emosiya və duyğular üzərindən hesablanır, qadın rasionallıqdan uzaq tutulur. Tez–tez deyilir ki, biz kövrək və zəif məxluqlarıq. Qadının bir qoruyucuya və qorunmaya ehtiyacı olduğu düşüncəsi var. Cəmiyyətdə formalaşan bu kimi patriarxal, psixoloji təzyiqlər qadında özünə inamın olmamasına, özünü aşağı qiymətləndirməyə və başqalarından asılılığa gətirib çıxarır. Qadının kişidən sonra ikinci cins kimi qəbul edilməsi, habelə ədalətsiz mühafizəkarlıq, qadının özünü reallaşdırmasına və həyatını arzuladığı şəkildə idarə etməsinə maneə törədən amillərdir.
Qadınların əksəriyyəti cəmiyyətdə oturuşmuş stereotiplərin bir norma olduğunu qəbul edir, cinslərarası ədalətsizliyə və bərabərsizliyə gətirib çıxaran bu halı heç bir halda mühakimə etmir. Stereotiplərin yaratdığı çərçivələr isə qadının azad fərd, maddi və mənəvi cəhətdən müstəqil olmasını əhatələmir. Bu çərçivəni aşan qadınların hamısı irəli gedir, cəmiyyətdə həm bir fərd, həm də vətəndaş kimi hərtərəfli formalaşır. Qadınların irəli getmə, formalaşma, özünü realizə etmə kimi hallarının qarşısını alan bütün amillər, əslində, ciddi hüquq pozuntusudur. Qadının öz iradəsi ilə deyil, oturuşmuş stereotiplər çərçivəsində yaşaması təkcə onun yox, cəmiyyətin tənəzzülünə zəmin yaradır".

Xalisə Şahverdinin fikrincə, davamlı biznesin qurulması sadəcə maliyyə dəstəyi yox, bilik və bacarıqların artırılmasına yönələn dəstək proqramlarını da əhatə edir: "Bu dəstəyi alan qadın sahibkarlıqda niyə də uğurlu olmasın? Hazırda sahibkarlıqda qadınların sayının azlıq təşkil etməsi sırf stereotiplər və sosial-iqtisadi amillərlə əlaqəlidir. Təkcə sahibkar qadınları dəstəkləməklə deyil, daha çox sayda qadının sahibkarlığa marağının artmasını təşviq etməklə ölkə iqtisadiyyatına ciddi töhfə vermək olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 582   Tarix: 31 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 255
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18.05.2024 402
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsir

18.05.2024 186
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 270
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18.05.2024 325
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216