Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunur

Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunurXX əsr Azərbaycan xalqının tarixində və həyatında həm şanlı qəhrəmanlıq səhifələri ilə, həm də qanlı izlərlə qaldı.

XX əsrin şanlı səhifələrindən biri və birincisi, heç şübhəsiz, müsəlman Şərqində ilk müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və ya Azərbaycan Demokratik Resublikasının (ADR) yaradılması idi.

Çox təəssüflər olsun ki, məmləkətimiz XVIII əsrin sonları – XIX əsrin əvvəllərində xanlıqlara bölündü, parçalandı və bununla da həm şimaldan, həm cənubdan onu udmaq, qapmaq, əzmək, içində əritmək üçün fürsət gözləyənlərə "əla" şans verildi, 1813 və 1828-ci illərdə Azərbaycan xalqının başı üzərindən, onun razılığı olmadan Çar Rusiyası ilə Şah İranı Azərbaycanı ikiyə ayırdı, biri Şimali, biri Cənubi Azərbaycanı ilhaq etdi.

Bununla da Azərbaycan xalqının tarixində ən faciəli, ən qaranlıq, ən zülmət günlərin əsası, başlanğıcı qoyuldu.

Amma Azərbaycan xalqının qabaqcıl, ziyalı, vətənpərvər, maarifpərvər övladları Azərbaycanın işğalı faktı ilə barışmadılar, açıq və gizli şəkildə mübarizə apardılar, dirəniş göstərdilər.

XX əsrin əvvəllərində – 1918-ci ilin 28 May günü böyük öndər Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, milli vətənpərvər və maarifçi övladların, oğulların sayəsində Azərbaycan (Şimali Azərbaycan) öz müstəqilliyini elan etdi.

Cümhuriyyət qurucularımızın, qurucu, istiqlalçı babalarımızın sayəsində həmin gün dünyaya yeni – Azərbaycan adlı günəş doğdu, müsəlman Şərqində ilk hürr, müstəqil Azərbaycanın əsası, bünövrəsi qoyuldu...

Bu, özü ilə bərabər bir çox ilklərin əsasını qoydu, davamını gətirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra müsəlman aləmində ilk müstəqil ordunun formalaşdırılmasına başlanıldı, 26 iyun 1918-ci il ilk müstəqil Azərbaycan ordusunun yaranması günü kimi həm Azərbaycanın özünün, həm də müsəlman Şərqinin tarixinə qızıl hərflərlə həkk olundu.

İlk müstəqil-demokratik parlamentin formalaşdırılması, parlamentarizmin əsası məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə baş verdi.

1918-ci ilin dekabrın 7-də müsəlman Şərqində ilk parlamentin –Azərbaycan Parlamentinin yaranması günü kimi tarixə düşdü. Çox əlamətdar və qürurverici hal odur ki, bir çox qabaqcıl, inkişaf etmiş, demokratiyanın beşiyi və mərkəzlərindən sayılan Avropa, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan Parlamenti qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri oldu...

Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunurAzərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu coğrafiyada, şərq-müsəlman aləmində ilk dünyəvi ali təhsil ocağının – Bakı Dövlət Universitetinin (BDU) əsası qoyuldu və bu ilin sentyabrında bu elm-təhsil məbədinin 100 yaşı tamam olur.

İlklərin sayını bir qədər də artırmaq olar, ancaq bunlar o dövrün mənzərəsini, yaşantılarını təsvir etmək, göz önündə canlandırmaq üçün hər halda yetərli sayıla bilər.

Çox təəssüflər olsun ki, bu müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi, cəmi 23 ay oldu.

Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən, həzm edə bilməyən qüvvələr, Çar Rusiyasından mahiyyətcə fərqlənməyən və ondan daha qəddar olan bolşeviklər Rusiyası, həmçinin, onun bu regiondakı vassalları, buyruq qulları olan erməni daşnakları və yerli satqın, xəyanətkar qüvvələrin – həmid sultanovların, əliheydər qarayevlərin, ayna sultanovaların, çingiz ildırımların, qəzənfər musabəyovların əli ilə ilk müstəqil cümhuriyyətin varlığına son qoyuldu.

28 Maydan başlanan şərəfli, şanlı və qürurlu yol 28 apreldə dayandı, yarımçıq qaldı, Azərbaycan adlı günəş qaranlığa, zülmətə qərq edildi. Amma bu yol, bu tarix öz şərəfi, öz əzəməti və möhtəşəmliyi ilə yaddaşlarda, hafizələrdə, qəlblərin ən dərin guşələrində iz buraxdı, taxt ucaltdı.

Azərbaycan xalqının, Azərbaycan türklərinin 28 May azadlıq yanğısını söndürmək kimsəyə qismət olmadı.

Bu azadlıq yanğısı, azadlıq eşqi 1988-ci ilin Qarabağ hadisələri ilə ikinci milli azadlıq mübarizəsinin, istiqlal savaşının başlanmasına təkan verdi və 1991-ci ilin avqustun 30-da XX əsrdə Azərbaycan tarixində ikinci müstəqil cümhuriyyətin bünövrəsi qoyuldu, Azərbaycan Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsi ilə 71 ildən sonra dünya ikinci müstəqil Azərbaycana şahidlik etdi.

Böyük öndərimizin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz və enmədi...

101 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin 28 yaşlı ikinci müstəqil Azərbaycan adlı övladı bu gün nəinki yerləşdiyi regionun, dünyanın əsas söz və nüfuz sahiblərindən biri kimi hər gün imzalar içində imzasını tanıtdırmaqdadır.

Yaşasın 101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyət qurucuları, yaşasın 28 yaşlı ikinci müstəqil Azərbaycan dövləti!

Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunur


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 28 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14.12.2025 112
.

Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib

HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə

14.12.2025 114
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14.12.2025 240
.

Tailand Kamboca ilə sərhəd boyu komendant saatı tətbiq etdi

Tailand hakimiyyəti Kamboca ilə silahlı münaqişənin kəskinləşməsi fonunda Trat vilayətinin beş sərhəd rayonunda komendant saatı tətbiq edib. bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Komendant saatı turistik Çanq və Kut adaları istisna olmaqla, Kambocanın Kohkonq vilayəti ilə həmsərhə

14.12.2025 117
.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

14.12.2025 137
.

Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər

Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər. "Report" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib. "Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"

14.12.2025 129
.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

14.12.2025 138
.

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedov

14.12.2025 138
.

ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib

ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx dəzgahlarının istehsalı ilə bağlı təhlükəli ağciyər xəstəliyinin ilk halı müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə "Fox News" məqalə dərc edib. Məqalədə bildirilir ki, bu xəstəlik mətbəx dəzgahları üçün getdikcə populyarlaşa

14.12.2025 143
.

TOP MP3