Xalq artisti adına layiq görülən Cavan Zeynallı: "Daha da cavanlaşacağam"

Xalq artisti adına layiq görülən Cavan Zeynallı: "Daha da cavanlaşacağam"Ölkə prezidenti cənab İlham Əliyevə məni Xalq artisti fəxri adına layiq gördüyünə görə özüm, ailəm adımdan dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox minnətdaram ki, məni də diqqətdən kənarda qoymadı və bu əziz, əlamətdar günlərdə - Respublika Günü və Ramazan bayramı ərəfəsində məni, ailəmi, sənətimi sevənləri ürəkdən sevindirdi. Çox sağ olsun, Allah dönə-dönə razı olsun.

BiG.AZ "Oxu.az"a istinadən xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Cavan (Cavanşir) Zeynallı bildirib.

"Düzünü desəm, bundan xəbərim olmamışdı, yəni, adımın xalq artistliyinə təqdim olunmasından xəbərim yox idi. Hətta, bu gün zəng edib deyəndə, soruşanda da bundan xəbərim olmadığını bildirdim. Bu, mənim ailəm üçün həm gözlənilməz, həm də sürpriz oldu, ailəmin sevincini ikiqat artırdı. Ailəlikcə həyatımız necə deyərlər, bir daha gözəlləşdi bu xəbərlə" deyən Xalq artisti təbrik zənglərinin hələ də davam etdiyini bildirib.

"Demək olar ki, günortadan telefonlarımız susmayıb. Hamı təbrik edir, sevinir, mənimlə, ailəmlə birgə sevincini bölüşür. Onlara da təşəkkürümü, minnətdarlığımı bildirirəm. Qeyri-təvazökarlıq kimi səslənməsin, artıq 50 ildən çoxdur səhnədəyəm, sənətdəyəm. Hər zaman da sənətimlə, yaradıcılığımla xalqıma, dövlətimə, mədəniyyətimizin inkişafına xidmət etməyə, azacıq da olsa töhfə verməyə çalışmışmışam. Gecə-gündüz bilmədən öz işimlə, öz yaradıcılığımla məşğul olmuşam, bu gün də oluram. Hər zaman belə bir dəyişməz şüarım, iş prinsipim olub: inkişaf, inkişaf, inkişaf. Yəni, daha yeni, daha gözəl əsərlər, yaradıcılıq nümunələri ortaya qoymaq lazımdır, durmaq, dayanmaq olmaz.

Daim irəliyə baxmaq lazımdır. Adım Cavandır, bundan sonra bir daha bu adı doğruldacağam, daha çox cavan qalacağam, daha da cavanlaşacağam, sənətə, dövlətimə, xalqıma dayanmadan xidmət edəcəyəm. Son olaraq, bir daha fəxri ada layiq görülməyimlə bağlı dövlətimə, ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığımı, təşəkkürlərimi ifadə edirəm. Ümumiyyətlə, bu məsələdə əməyi, rolu olan hər bir kəsə, o cümlədən, mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlıq edirəm"deyə, o, vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 682   Tarix: 26 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

06.05.2024 296
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1122
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1186
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

05.05.2024 578
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 6749
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 685
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 6578
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 994
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 2802