Bakıda erməni jurnalist var

Bakıda erməni jurnalist var"Və artıq həmin jurnalistlərin Azərbaycan əleyhinə yazdıqları informasiyalar, qeyri-obyektiv məlumatlar təmsil etdikləri media orqanlarında işıq üzü görməkdədir"

Ermənistanın "Avrovizion" mahnı müsabiqəsində Azərbaycana qarşı görünməmiş təxribat planı hazırladığı haqda hələ yarışma başlamazdan əvvəl yazmışdıq. Bir neçə həftə əvvəl yazdığımız həmin materialda qeyd olunurdu ki, müxtəlif ölkələrdə yaşayan yüzlərlə erməni jurnalist müsabiqəyə qatılmaq üçü müxtəlif KİV-in adından qeydiyyatdan keçirlər. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan və media orqanlarında çaslışan erməni jurnalistlər, həm də jurnalist olmayan ermənilər var. Ermənilər həmin KİV-lərin təmsilçilər kimi Azərbaycana gəlmək, müsabiqə müddətində burada olmaq və qayıtdıqdan sonra isə dünya mediasında ölkəmiz əleyhinə qeyri-obyektiv məlumatlar yaymaq niyyətindədirlər.

Yazıda onlar həm müsabiqədə qarışıqlıq yaratmaq, həm də qayıtdıqdan sonra ölkənin əleyhinə şər-böhtan kampaniyaları aparmaq niyyətləri qeyd olunmuşdu.

Elə bu gün "Qafqazinfo"ya maraqlı bir məlumat daxil olub. Məlumata görə, yazdığımız informasiya həqiqətən də özünü doğruldub. Belə ki, artıq onlarla erməni əsilli jurnalist dünyanın müxtəlif KİV-lərində qeydiyyatdan keçərək Azərbaycana gələ bilib. Onlar artıq ölkəmiz əleyhinə fəaliyyətə da başlayıblar. Və artıq həmin jurnalistlərin Azərbaycan əleyhinə yazdıqları informasiyalar, qeyri-obyektiv məlumatlar təmsil etdikləri media orqanlarında işıq üzü görməkdədir. Redaksiyamıza daxil olan informasiyada həmin jurnalistlərdən biri nişan da verilib. Qeyd olunub ki, o, jurnalistin yazdıqlarına baxmaq kifayət edər ki, onun erməni əsilli olduğuna şübhə yeri qalmasın. Həmin jurnalistin "Reuters"in Cənubi Qafqaz üzrə təmsilçisi Marqarita Antidze olduğu bildirilir. Bu jurnalistin konkret olaraq anasının erməni olduğu və "Eurovision"u işıqlandırmaq üçün Bakıya xüsusi məqsədlər üçün gəldiyi daxil olan məlumatlar sırasındadır.

Qeyd edək ki, rəsmi Bakı müsabiqənin keçirilməsi üçün bütün şəraitin yaradılacağına, təhlükəsizliyin yüz faiz təmin olunacağına dair dəfələrlə söz versə də, dünyanın bir sıra KİV-lərində hələ də narahatlıq ifadə edən məlumatlar yer almaqdadır.

Lakin bu gün müsabiqənin finalı, yəni sonuncu günüdür. Müsabiqə başlayandan indiyədək hələlik heç bir ciddi insident, xoşagəlməz olay yaşanmayıb. Sadəcə olaraq, MTN və digər xüsusi xidmət orqanları tərəfindən proflaktik əməliyyatlar keçirilib ki, bu da ciddi rezonansa səbəb olmayıb.

Bir sözlə, Azərbaycanın dünyaya göstərəcəyi nümunəyə baxmaq üçün cəmi bir sutkalıq səbr yetər.

mənbə: 7gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3712   Tarix: 26 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova saatlarla ASILI QALDI - VİDEO

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" klipindən kadrarxası görüntüləri paylaşıb. xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. Obrazı yaratmaq üçün uzun hörüklərdən istifad

14:06 1548
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

15:40 160
.

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı

14:12 144
.

Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

14:14 162
.

Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətə göndərilmə üzrə müqavilə bağlanması yolu ilə məhkumların şərti azadlığa buraxılması haqqında qanun imzalayıb. Bu barədə qanun layihəsinin sənədində bildirilib. Qeyd edək ki, bir gün əvvəl ədliyyə nazirinin müavini Yelena Vısotskayanın bəyanatına görə

14:20 177
.

Azərbaycan və İran prezidentləri iki hidroqovşağın açılış mərasimində

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilir

12:31 171
.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19:10 0
.

Bu pivəni içən 10 nəfər öldü

Zambiyanın cənubundakı müxtəlif bölgələrdə yerli istehsal pivə içən azı 10 nəfər ölüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, yerli polis sözçünün müavini Denni Mvalenin sözlərinə görə, hadisələr ölənlərin pivə içməsindən sonra müxtəlif günlərdə baş verib. İçk

13:00 193
.

Tovuzda ana öldü, oğulla gəlin xəstəxanalıq oldu

Tovuzda bədbəxt hadisə baş verib. BİG.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysu

18:00 63