Bakıda bağ evində usta işləyən qəzet əməkdaşının şok cinayəti – Təfərrüat

Bakıda bağ evində usta işləyən qəzet əməkdaşının şok cinayəti – TəfərrüatBakıda qətl törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Rəşad İsmayılov tanışı Ərəstun Əhmədova məxsus bağ evində kombi ilə bağlı təmir işləri aparmaq üçün Şüvəlan qəsəbəsinə gəlib.

Təmir işlərindən sonra Ərəstunla birlikdə nahar edib, spirtli içki içiblər. Sərxoş olan Rəşad əvvəllər usta kimi bir tikintidə işlədiyi Sevindik Hacıyevlə mobil telefonla danışıb. Rəşad onu evə dəvət etdiyi halda hara qaçdığını soruşub.

Rəşad İsmayılovun sözündən Sevindik Hacıyev əsəbləşib. O, Rəşad İsmayılovu söyərək hədələyib.

Sevindik Hacıyev Ərəstun Əhmədova məxsus bağ evinə gəlib. Ora çatan kimi Rəşadın üstünə hücum çəkib, ona yumruq zərbələri vurub, nalayiq söyüşlərlə təhqir edib.

Bu səbəbdən qisas almaq məqsədilə Rəşad İsmayılov evin mətbəxinə keçib. Bıçaq götürərək geri qayıdıb. O, gətirdiyi bıçağı Sevindik Hacıyevin ürək nahiyəsinə sancıb.

Yaralı hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən Rəşad İsmayılov həbs edilib.

İstintaq sənədlərində qeyd olunub ki, Rəşad İsmayılov "Azərbaycan İctimai-Siyasi Hüquq" qəzetində ictimai müxbir işləyib.

İstintaq orqanı tərəfindən Rəşad İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Rəşad İsmayılov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəşad İsmayılov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində həbs olmayan cəza növünün təyin olunmasını istəyib.

Rəşad İsmayılovun şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətini təmin etməyib.

Qərardan narazı qalan Rəşad İsmayılov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayəti də təmin edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 474   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 103
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 390
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507