"Gözümü, əlimi, ayağımı bağladılar" – Evlərə qənim kəsilən maskalılar – VİDEO

"Gözümü, əlimi, ayağımı bağladılar" – Evlərə qənim kəsilən maskalılar – VİDEOŞəmkirin Aşağı Seyfəli kəndində maskalı şəxslər evə basqın edib.

ARB TV xəbər verir ki, gecə saatlarında iki nəfər şəxs kənd sakini Gülnarə Qasımovanın yaşadığı ünvana qanunsuz daxil olaraq əvvəlcə qadına zor tətbiq edərək əl-qolunu və ağzını bağlayıblar. Sonra isə soyuq silahla ona hədə qorxu gələrək pul və qiymətli əşyalar tələb ediblər. Həyatının təhlükədə olduğunu görən qadın evində olan pulun yerini deyib. Bununla kifayətlənməyən naməlum şəxslər qadının gözünü bağlayıb, üzərində olan qızıl zinət əşyalarını da ələ keçiriblər.

Gülnarə Qasımova – Zərərçəkən: "Bıçağı görəndən sonra qorxumdan pulun yerini dedim. Sonra da gözümü, əlimi, ayağımı bağlayıb özləri axtarış apardı. Qulağımdan sırğamı əlimdən üzüyümü çıxardıb sonra da məni bağlı vəziyyətdə qoyub çıxıb getdilər".

Maskalıların evi tərk etdiyini qapının səsindən duyan qadın çətinliklə də olsa bıçaq tapıb əlini aça bilib. Daha sonra isə qonşuları və qohumlarını köməyə səsləyib.

Şərqanə Qasımova - Zərəçəkənin bacısı: "Polisə xəbər vermə. Əl-qolunu bağlayıb səni evin içində odlayacağıq. Bu dəfə polisə xəbər versən səni evin içərisində odlayacağıq".

Zərərçəkənin sözlərinə görə, təxminən 20 gün əvvəl qonşuluqdakı mənzil də maskalı şəxslər tərəfindən qarət edilib.

Gülnarə Qasımova – Zərərçəkən: "Martın axırı həmin ağzı bağlı maskalılar aşağıda yaşayan Aydın qonşunun evinə giriblər. Ağzı bağlı maskalılar olub, deyə bilmərəm ki, onlar olub".

Rusiyada ticarətlə məşğul olan zərərçəkənin oğlu Kamal Əliyev cinayətin sorağını eşidib kəndə qayıdıb. O, buna qədər də evlərindən quldurluq məqsədilə oğurluq edildiyini bildirib.

Kamal Əliyev – Zərərçəkənin oğlu: "Pul, qızıl, evdən əşya aparıblar. Gəlib, yazıb-pozublar, heç kim heçnə tapa bilməyib. Onda da deyiblər ki, bizə ip ucu verin biz onu tapaq. Dördüncü dəfədir bu oğurluq olur. Hələ heç kim heçnə tapa bilməyib".

Şəmkir rayon polis şöbəsindən verilən məlumat görə, hələlik qeydə alınan cinayət hadisəsi ilə bağlı saxlanılan yoxdur. Maskalı şəxslərin müəyyən edilib saxlanılması istiqamatində əməliyyat axtarış tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 514   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643