Münasib qiymətə harada istirahət edə bilərik? - QİYMƏTLƏR

Münasib qiymətə harada istirahət edə bilərik? - QİYMƏTLƏRArtıq gələn aydan yay mövsümi başlayır. İş yorğunluğu və şəhərin səs-küyündən qaçmaq istəyən paytaxt sakinləri istirahət günlərində ölkənin müxtəlif bölgələrinə səfərlər planlaşdırır. İstirahət üçün əhali münasib qiymətə məkan axtarır.

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin (AzTA) sədri Nahid Bağırov metbuat.az-a açıqlamasında deyib ki, keçən illə müqayisədə regionlardakı istirahət mərkəzlərində qiymət artımı müşahidə olunmur. Onun sözlərinə görə, bu il də ənənəvi olaraq Qəbələ, Quba-Qusar zonasına turist axını gözlənilir.
Sədr bildirib ki, hazırda Qəbələ zonasındakı otellərdə boş yer tapmaq mümkün deyil. Otellərdə qiymətlər 20 AZN-dən başlayaraq, 150-200-dək davam edir. Ölkəmizdə müxtəlif ulduzlu otellər var. Bir ailə münasib qiymətə istirahət etmək istəyirsə, bölgələrdəki üçulduzlu otellərə üz tuta bilər. Demək olar ki, bütün regionlarımızda otellər tikilib. Turist istərsə gedib münasib qiymətə Qəbələdəki oteldə, istərsə də Lənkərandakı oteldə dincələ bilər. Bu turistin şəxsi istəyindən asılıdır.

Azərbaycanda əhalinin üz tutduğu məkanlardan biri də Nabrandır. Buradakı otellər Antalyayı xatırlatdığı üçün, güman edirik ki, bu il də orada dincələnlərin sayı çox olacaq.

Nabranda yerləşən əhalinin ən çox üz tutduğu məkan "Atlant" İstirahət Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin məsul şəxsi bildiridi ki, "Atlant"da 2 nəfər üçün adambaşına otelin qiyməti 50 AZN-dən başlayır. Koteclərə gəldikdə isə qiymət dəyişir. 2 otaqlı kotecdə bir gün qalmaq üçün 70 AZN pulunuzdan keçməlisiniz.

Qeyd edim ki, bu qiymətə gündə 3 dəfə qidalanma daxildir. Qonaqlar üçün aquaparkdan istifadə pulsuzdur.

Münasib qiymətə yer tapmayan şəxslər isə regionlarda kirayə ev tutmağa üstünlük verirlər.

AzTA sədrinin sözlərinə görə, insanların evlərini kirayə verməsi faktı dünyada mövcuddur. Azərbaycanda da bu hal var. Elə insanlar da var ki, büdcəsi aşağı olmasa da, təbiətin qoynunda, kənd yerində istirahət etmək istəyirlər. Bu zaman onlar regionllardakı kirayə evlərə üz tuturlar.

Kirayə evlərin qiymətlərinə gəldikdə isə adi yaşayış evi və villa olmaqla qiymətlər dəyişir. Belə ki, Qəbələdə hər cür şəraiti olan ailə üçün nəzərdə tutulmuş 6 otaqlı villa günü 180 AZN-dən verilir. Normal şəraitlə təmin olunmuş 2-3 otaqlı evlər isə 20-30 AZN-dən başlayaraq təklif edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1981   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995