Məşhur müğənnilər evləndi – Bu gün toydur/FOTO

Məşhur müğənnilər evləndi – Bu gün toydur/FOTO
Məşhur duet ortaqları Potap (Aleksey Potapenko) və Nastya Kameneskinin bu gün toyudur.

Ukraynalı müğənnilər Nastya Kamenski və Potapın sevgi romanı haqqında mütəmadi olaraq mətbuatda rəvayətlər dolaşırdı. Potap rəssam həyat yoldaşı İrina Qorova ilə boşandıqdan sonra şübhələr daha da gücləndi. Bununla belə ilk duetini 13 il əvvəl oxumağa başlayan cütlük münasibətlərini ciddi-cəhdlə gizləməyə çalışırdı.

Bu yaxınlarda Nastya verdiyi müsahibəsində şəxsi həyatından bəzi təfsilatları bölüşüb. O, sevgilisinin adını açıqlamasa da, müğənninin pərəstişkarları onun Potap olduğuna əmin idi.

Bir neçə həftə əvvəlsə Nastya Kamenski öz sevgilinə həsr etdiyi "Obitsya" mahnısını təqdim edib. Üstəlik, müğənni bu mahnının klipində gəlin obrazında görünüb, hətta nikah andını səsləndirib. Dünən də Potap Yutub kanalında "Konstant" klipini yerləşdirib və bütün söz-söhbətə nöqtə qoyub. Potap mahnı ilə birlikdə Nastya ilə münasibətləri haqqında açıqlama yayıb.

Məşhur müğənnilər evləndi – Bu gün toydur/FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2833 Tarix: 23.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol