Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMA

Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMAAzərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın bu ilin mart ayında Fransaya baş tutmuş səfəri çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) ilə bu ölkənin "Rothschild&Cie" bankı arasında Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bununla da, 3 500-dən çox peşəkar mütəxəssisi ilə 40-dan çox ölkədə maliyyə xidmətləri göstərən məşhur bank Azərbaycanın maliyyə sektoruna töhfəsini vermək imkanı qazanıb.Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMAMüqaviləyə əsasən, tərəflər 3 strateji istiqamət üzrə əməkdaşlıq edəcək. Bunlardan biri bank sektorunun cari vəziyyətinin və sektora təsir edən əsas amillərin qiymətləndirilməsi, aparıcı bankların biznes modellərinin skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanmasıdır. 2-ci istiqamət banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, posedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi, 3-cü istiqamət isə milli valyutada mövcud olan maliyyə alətlərinin və bazarlarının, onların inkişaf perspektivlərinin, maliyyə institutlarının rolunun, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanlarının nəzərdən keçirilməsi və tövsiyələrin hazırlanmasıdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsində və inkişaf etdirilməsində, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsində, iqtisadi artımda sektorun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.
Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMAFransa bankı ilə əməkdaşlıq imkanlarını "Report"a şərh edən İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat Fakültəsinin dekanı Gəray Musayev bildirib ki, ölkədə iqtisadi sabitliyin bərpa olunması, iqtisadi artım tempinin yüksəlməsi, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi üçün iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektorunda da adekvat addımların atılması zəruridir. Bu baxımdan, maliyyə sabitliyinin qurulması, onun dayanıqlıllığının təmin edilməsi, maliyyə institutlarının sağlamlaşdırılması prosesində dövlət vəsaitlərindən istifadənin minimuma endirilməsi mexanizminin qurulması, bankların restrukturizasiyası və ən önəmlisi maliyyə sektorunun ÜDM-ə, iqtisadi artıma təsirinin artırılması mühüm əhəmiyyət kəsb edir.

"Heç şübhəsiz, AMB-lə ilə dünyanın aparıcı maliyyə konsaltinq qurumlarından olan, eyni zamanda investisiya bankçılığı və kapitalın idarəedilməsi sahəsində ixtisaslaşmış "Rothschild&Cie" bankı ilə əməkdaşlığa dair imzalanmış müqavilə yuxarıda qeyd olunan məsələlərin həlli istiqamətində, xüsusən də maliyyə institutlarının sağlamlaşdırılması, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlərin üzrə tövsiyələr hazırlanması, həyata keçiriləcək tədbirlərdə rasionallığının və sistemliliyin təmin edilməsinə töhfə verəcək. Bunun üçün ilk öncə bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri "skorinq" metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək", - o qeyd edib.
Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMAEkspertin fikrincə, bu əməkdaşlığın həm ölkə daxili, həm də beynəlxalq səviyyədə təsiri olacaq: "Bu əməkdaşlıq ölkədə kapital və borc bazarlarının, bazar iştirakçılarının, prosedurların və infrastrukturun təkmilləşdirilməsinə, xarici investisiyaların ölkənin maliyyə sektoruna cəlb edilməsinə, sektorda rəqabət mühitinin və elektron bankçılığın genişlənməsinə, bank məhsulların şaxələndirilməsinə kömək edəcək. Digər tərəfdən, ölkəmizdən xarici ölkələrə ediləcək investisiyaların düzgün istiqamətləndirilməsi, sektorların doğru müəyyənləşdirilməsi, ölkə banklarının beynəlxalq borc və kapital bazarlarında iştirakına imkan yaradacaq".

Bundan başqa, G.Musayev qeyd edib ki, "Rothschild&Cie" bankı ilə əməkdaşlıq və qurumun Azərbaycanın maliyyə sektoru haqqında verəcəyi rəy ölkəmizin beynəlxalq maliyyə bazarlarda daha yaxından tanınmasına, əməkdaşlığın qurulmasına, etibarlılığın artmasına və bu sahəyə xarici investorların cəlb edilməsinə şərait yaradacaq. Bu isə öz növbəsində Azərbaycan banklarının da beynəlxalq kapital bazarlarına çıxışını asanlaşdıracaqdır.

"Ölkədə kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, qeyri-işlək aktivlərin restrukturizasiyası öz aktuallığını qoruyur və bu prosesin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Bu baxımdan, fransızların həmin bankların restrukturizasiyası ilə bağlı görülən tədbirlər üzrə tövsiyələri, alternativlər nəzərə alınacaq və eyni zamanda dövlət vəsaitlərinə qənaət edilməklə, bu prosesə beynəlxalq maliyyə qurumlarının və xarici kapitalın cəlb edilməsinə çalışılacaq", - deyə fəlsəfə doktoru fikrini tamamlayıb.

Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMAYerli ekspertlərlə yanaşı, xarici ekspertlər də sözügedən müqavilənin əhəmiyyətini yüksək qiymətləndirirlər. Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, Fransa Biznes Məktəbinin professoru, eyni zamanda "Ageromys Internatıonal" konsaltinq şirkətinin baş direktoru Mişel Makinski "Report"un yerli bürosuna bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün böyük səy göstərir: "Neft-qaz sahələri ilə yanaşı digər sahələrin inkişafına, ümumilikdə regionların inkişafına xüsusi diqqət ayrılır. Bu baxımdan Azərbaycanda bank sektorunun da inkişaf etdirilməsinə, dünya standartlarına çatdırılmasına ehtiyac var. Bunun üçün isə Azərbaycan Avropa ilə əməkdaşlığını inkişaf etdirməlidir. Bu günə qədər xeyli iş görülsə də, Azərbaycanın malik olduğu potensialın fonunda əməkdaşlıq lazımi səviyyəyə çatdırılmayıb.

Odur ki, AMB ilə "Rothschild&Cie" bankı arasında əməkdaşlığa dair müqavilənin imzalanması böyük əhəmiyyət kəsb edir. Bu bankla yanaşı, Fransanın Maliyyə Səhm Qrupu (GAFI) və yaxud "Financial Action Task Force" şirkəti (FATF) tərəfindən Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi, tövsiyələr verilməsi, normalara münasibətdə hansı səviyyədə yer aldığının müəyyən edilməsi bankların, xüsusilə AMB-nin işinin daha da yaxşılaşdırılmasına xidmət edər və yüksək bank standartlarına cavab vermək üçün stimul ola bilər. Fransanın bank sahəsində ixtisaslaşmış ekspertlərinin köməyi ilə Azərbaycan bankları beynəlxalq banklar və o cümlədən beynəlxalq investisiya bankları kimi çoxtərəfli maliyyə orqanları üçün daha artıq maraq kəsb edə bilər. Fransada bu sahə üzrə əməkdaşlıq proqramları və texniki yardım proqramları mövcuddur ki, onlar Azərbaycan banklarını investorlar üçün daha cəlbedici edə, ölkənin daha dinamik və çoxtərəfli inkişafına kömək edə bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 367   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 117
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 265
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 91
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 356
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 62
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 313
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170