"Jurnalın üz qapağında yarıçılpaq vəziyyətdə idim, heç kim məni linç etmirdi" - Faiq Ağayev

"Jurnalın üz qapağında yarıçılpaq vəziyyətdə idim, heç kim məni linç etmirdi" - Faiq AğayevSon günlərdə deputatlığa namizəd olması ilə gündəmə gəldi. Rəsmi heç bir addım olmasa da, Faiq Ağayevin niyyəti çoxları tərəfindən müsbət qarşılandı. Onu sevənlərdən, izləyənlərdən tutmuş deputatlara qədər hər kəs dəstəklədi.

Bu yaxınlarda ATV-də Bədii Şuranın üzvü təyin edilən xalq artisti, Təl-Əvivdə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri də elan edəcək.

Bütün bunlar F.A ilə görüşə bəhanə oldu və ona suallarımızı ünvanladıq. Xalq artisti mətbuata, jurnalistlərə yaxınlığı, dostluğu ilə həmişə fərqlənir. Suallardan yayınmır, səmimi cavablayır, olduğu kimi davranır. Bu müsahibəmizdə də alışdığımız durum dəyişmədi.

Faiq Ağayevin "Minval.info"ya özəl müsahibəsi:

– İllər öncəyə nəzər salsaq, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Samir Bağırovun yaratdığı bir sənət reallığını görürük. O zaman ifa olunan mahnıları hələ də unutmuruq, kliplərinin hər kadrını xatırlayırıq. İndi isə mahnılar 1 aylıq, kliplər 3-4 günlükdür.

– O zaman cəmiyyətin sosial tələbi belə idi, dəyişikliklər arzulayırdı. Biz klassik Azərbaycan mahnı, aranjeman, mətn formatından çıxıb, yeni musiqi tərzi təklif etdik. Hamımız ehtiyat edirdik ki, qəbul olunmaz.

İndiki zəmanədə keyfiyyət deyil, kəmiyyət önəmlidir. Mahnını nə qədər adam dinlədi, nə qədər çox efirə çıxdım, "Youtube", "Facebook" və "İnstagram" səhifəmdə nə qədər izləyici var. Bunlar önəmlidir. Kəmiyyətə keçmişik deyə keyfiyyət kənarda qalıb. İndi kommersiya mahnıları da var. Bu gün səslənir, bir ay sonra, başqa mahnı çıxanda, unudulur. Biz gəlişimizlə sənətə yeni nəsil bəstəkar, şair və söz yazarı cəlb etdik, yeni musiqi dili tapdıq. Hal-hazirda isə peşəkar bəstəkarlar kənara çəkilib, incik düşüblər sanki. İndi meydanda, demək olar ki, ancaq mahnı yazarlarıdır. Onların bəstəkarlardan fərqi nədir? Biri peşəkar olaraq mahnı yazır, digəri telefona mahnı zümzümə edir.

– Bu bəstəkar, şair və söz yazarlarının, yoxsa müğənnilərin şansı idi?

– Hamımızın şansı idi, hamımızın bəxti gətirdi. Yeni aranjemançılar yetişdi. Bəlkə, nə vaxtsa, bizim 90-larda yaratdığımız qayıdacaq. Tamaşaçı ona verilən keyfiyyətsiz mahnılardan bezməlidir ki, yenidən gözəl mahnılar tələb etsinlər.

– O zamanlar Aygün Kazımovanın geyimləri, Faiq Ağayevin klipləri açıq-saçıq idi. O dövrə görə qəbuledilməz idi, amma qəbul edildi, bəyənildi.

– Açıq-saçıq deyildi, sərbəst idi, azad idi.

– O zaman bu qədər linç edilmirdi. İndi məşhurlar linç edilir, təhqir olunur, onlara yuxarıdan aşağı baxılır. Qadın müğənnilər əxlaqsız damğası yeyir. O zaman Aygün Kazımova çimərlik geyimində görüntülənəndə düşünmürdük ki, əxlaqsızdır, bütün bədəni görünür.

– Çünki Aygün artistdir. Biz elə düşünüb, elə edirdik ki, yenilik gətirək sənətə. Əsl inqilabçı idik. İndi sənət mentalitetə bağlanıb, bu isə incəsənətin uçurumu deməkdir. Qədim zamanlardan incəsənət ümumbəşər dəyərlərə arxalanıb, konkret mentalitetə bağlı olmayıb. Sevgi-məhəbbət, səhv hərəkətin mütləq cəzasının verilməsi, ilahi ədalət və s. o qədər mövzular olub ki… İroniyalı mahnılar olub, əyri-üyrülük gülərək çatdırılıb. Məsələn: "Yox, yox, yox" mahnısı şorgözlüyə, yalançı hacılığa həsr olunub.

İfa edir:

Sənə qurban Hacı,

O dedi: yox, yox, yox, yox.

Hacı yar möhtacı,

O dedi: yox, yox, yox, yox.

Sonra yaşlı kişilərin gənc qızlarla evlənmək istəməsi tənqid olunub:

Düz dolan, düz otur, ay kişi,

Yaş ötüb, deyəsən, yetmişi,

Bir dənə ağzında yox dişi,

Bir utan! Qızına aşiq olarmı adam?!

İndi qızlar özləri pullu, yaşlı kişilərlə münasibət qurur. Və bundan heç bir utanc hissi duymurlar.

– İndi bəzi tanınmış xanımlar bununla fəxr edir. Bəziləri çıxıb efirdə deyir ki, "Mən filan kəslə sevgiliyəm, mənə lüks həyat yaşadır, maşın, villa aldı" və s. Onlar həm də pis nümunə olurlar. Bəlkə, o bəzilərinə görə müğənnilər əxlaqsız damğası yeyir?

– Biz müəllimi dərs soruşduğu, həkimi ağ xalat geyindiyi üçün tənqid etmirik. Biz artistlər də həyatımızda yaşamadığımız hadisələri dilə gətiririk. Mən "Aldatdı məni" deyəndə həqiqətən xəyanətə uğramış olmuram. Bu peşəkarların mənim üçün qurduğu bir roldur.
1996-cı ilə "Şəms" jurnalının üz qapağında yarıçılpaq vəziyyətdə idim. Heç kim məni linç etmirdi. Bilirdilər ki, bu fotosessiyadır. Amma məqsəd sırf soyunmaqdırsa, o başqa məsələdir, onu məzəmmət etmək olar. Mən həkim, psixiatr obrazlarını canlandırmışam, amma həkim, psixiatr deyiləm. Ona görə "filankəs filankəslə klipdə öpüşdü, serialda yatağa girdi" və sair hallar tənqid edilməməlidir. Biz güzgü deyilik. Güzgü – xəbərlərdir. Biz darayırıq, gözəlləşdiririk, məhəbbəti şişirdirik, qəhrəmanı göyün yeddinci qatına qaldırırıq. Bizim etdiklərimiz sizin beyninizi, ürəyinizi "qıdıqlamaqdır".
– Elə götürək sizin "Ayrılma məndən" mahnısına çəkilən klipi. O zaman mən məktəbdə oxuyurdum və İlkin Həsəni ilə Vəfa Zeynalovanın oynadığı obraz mənə pis təsir etmişdi, günlərlə düşünmüşdüm. Bu gün isə kliplər elə deyil, yoxsa yanılıram?

– Haqlısınız. Mən peşəkar rejissorlarla çalışmışam. İndi gördüyünüz klipləri isə əksərən qeyri-peşəkarlar çəkir. O üzdən də təsiredici, düşündürücü deyil. İnsanlar onların təsiri altına düşmür.

Bir də mənim janrımda oxumayan müğənniyə görə məni, estrada, pop musiqisində olan hamımızı məzəmmət edirlər. Bu doğru deyil. Əzəldən musiqi iki yerə bölünüb: peşəkarların musiqiləri və özfəaliyyətin, həvəskarların oxuduqları. Bədii özfəaliyyət, qeyri-bədii fəaliyyət və hər hansı qələtdirsə, mən onlara görə cavabdehlik daşımamalıyam. Futbolçu deyiləm ki, özümdən başqa 10 nəfərə də cavabdeh olum. Siz efiri, sosial şəbəkələri zəbt edən keyfiyyətsiz musiqiyə görə bütün müğənniləri qınaya bilməzsiniz. Mən sənətkar kimi də, ekranda yaratdığım obraz kimi də başqayam, ayrıyam, peşəkaram.

– Telekanallarda Bədii Şura yaradılıb. Siz də ATV-də Bədii Şuranın üzvüsünüz. Bədii Şura ilə bağlı sosial şəbəkələrdə müzakirələr çox oldu.

– Ümid və inam ən son ölən gözləntilərdir. Biz təkliflərimizi vermişik. Heç nə bir dəqiqəyə həll olmur. Ən azı yeni mövsümü gözləsinlər. Keyfiyyət baxımından fərqlilik olmasa, o zaman tənqid edərlər. Sosial şəbəkə istifadəçiləri 10 milyonluq xalqın 3-5 faizidir, onların da içərisində ağzıgöyçəklər ola bilər. Hər şeyi xalqın adından danışmaq olmaz.

Biz şuranın iclasında tale yüklü məsələlərdən danışdıq. İnsanlar televiziyalara, xəbər portallarına, sənət adamlarına inanır. Onların inamı puç çıxanda, aqressivləşirlər. Gözləsinlər. Uşağı bağçadan universitetə aparmazlar, məktəb var. Ona görə ən azı 5-6 ay gözlənilməlidir. Hara tələsirik? Onsuz da dibdəyik. Əvvəl valideyn iş görəndə uşağı televiziyanın qarşısında qoyurdu. İndi televiziyaya baxan uşaq bıçağı götürüb valideyni bıçaqlayar. Mən də şişirdirəm, amma durum həqiqətən pisdir.

– Bəzi məşhurlar nə qədər linç edilsə də, onların davranışında heç bir dəyişiklik yoxdur.

– Linçin mənası olmur, çünki cəza qaçılmazlığı yoxdur. Xocalı soyqırımının il dönümündə və ya hansısa ağır günümüzdə toy-bayram edənlər var, amma yenə efirdədirlər. Xalqın hiddətinə səbəb olan qalaq-qalaq media personaları var. Ora siyasətçilər, məmurlar, müğənnilər, aktyorlar, idmançılar daxildir. Onlara cəza verilmir deyə tez-tez ağızlarına gələni danışırlar. Cəza verilsə, hərəkətlərinə fikir verərlər, özlərini kontrolda saxlayarlar. İctimai qınağı aradan götürüb, ictimai lağ-lağını gətirmişik.

Son 7-8 ilin müğənnilərini bəyənirəm, onlar fərqlidir. Cavan müğənnilər bizdən nümunə götürməlidir, ona görə özümü daima sərt nəzarətdə saxlayıram.

Yoxsa ki, cibinə 1000 manat basacaq deyə, sənəti olmayanın alnından öpürsən, sonra sənəti olanı tənqid edirsən. Sənət sözünün "s" hərfi olmayanın alnından öpürsənsə, başqa müğənniyə "qıjı" deyə bilməzsən.

– "Eurovision" başlayıb. Final günündə siz ilk dəfə səsləri səsləndirəcəksiniz. Təmsilçimiz Çingiz haqqında nələr düşünürsünüz?

– Çingiz "Yeni ulduz"da mənim qarşımda ilk çıxışlarını edib. O həm iddialıdır, həm də gözəl səsə malikdir, peşəkarlığa yiyələnən biridir. "Eurovision" formatına tam uyğundur. Səsi qədər, özü də yaraşıqlıdır. Çingizin ilk onluğa düşəcəyini əminliklə deyirəm. Amma incəsənətdə proqnoz vermək çox çətindir. Mahnını və Çingizin bacarığını nəzərə alsaq, bəlkə də, ilk beşliyə də daxil olacaq. Amma rəqiblərini də gərək canlı-canlı dinləyək. Mən 1996-cı ildən bar-bar bağırırdım ki, məni "Eurovision"a göndərin. Amma artıq yaşım keçib. Bu il səsləri mən çatdıracağam. İnanıram ki, uğurlu olacaq.

– Bir müddət öncə deputatlığa namizəd olacağınız haqqında xəbərlər yayıldı. Hələ də deputat olmaq istəyiniz gündəmdədirmi?

– Həmkarınız Lalə Əlimuxtarova "Sizi ciddi siyasətdə görürəm" dedi. Mən də "Niyə də yox?" cavabını verdim. Heç yerdə deməmişəm ki, deputatlığa namizəd olacağam. Deputatlığa namizədlik məsələsi gündəmimdədir. Amma hələ konkret qərar verməmişəm.

– Normalda sənətçilərin siyasətə qoşulmaq istəməsi tənqid olunur. Sizdə isə bu hal yaşanmadı.

– Allah mənə ağıl verib. 31 ildir ki, tamaşaçımla ünsiyyətdəyəm. İnsanların məni dəstəkləyəcəyini bilirəm. Çünki bazara da gedirəm, xalq arasına da çıxıram. Onlar hər zaman səmimi və onları sevən Faiq Ağayev görüblər.
– Bir az da şəxsi suallara keçək. F.A-ya görə eşqin qanunu nədir?

– Sevgi bir nəfərin işi deyil, gərək qarşılıqlı ola, münasibəti iki nəfər çiynində daşımalıdır. Hazırda eşqin qanunu – anlayışlı olmaq, kompromisə gedə bilməkdir.

– Faiq Ağayev neçə dəfə aşiq olub və sizə görə insan neçə dəfə aşiq ola bilər?

– Bir var "həmişəbahar"lar – harada gəldi, qarşısına çıxanı "sevir". Bir də var qarşına elə adam çıxır ki, dəli olursan. Mən iki dəfə aşiq olmuşam. Çox güclü sevmişəm.

– O sevgini ürəyinizdən necə atmısınız, yoxsa qəlbinizdə qalıb?

– Mən o insanı içimdən, qəlbimdən, ruhumdan atmamışdan öncə ona dəfələrlə şans verirəm. Gərək insan uzun müddət səhvlər etsin ki, həyatımdan çıxarım. Bir dəfə başa salıram, sonra xəbərdarlıq edirəm, sonra yenidən danışıram, əgər düzəlmirsə, bir dəfəlik həyatımdan silirəm. 2 saat sonra heç yadıma da düşmür. Ona verdiyim qayğı, diqqət, sevgini dəyərləndirmirsə, həyatımdan silirəm.

– Uzun illərdir ki, "Aldatdı məni" mahnısı dillər əzbəridir. Bəs, Faiq Ağayevə nə vaxtsa xəyanət edilib?

– Aldadılmışam, amma xəyanət görməmişəm. Sevdiyim insan mənə fiziki baxımdan xəyanət etməyib, amma mənəvi baxımdan xəyanət edənlər olub. Həyatımda üzümə gülüb, arxadan başqa təmənnalar güdən insanlar olub. Fiziki baxımdan mənə xəyanət etmək, məndən sonra 6-cı, 7-ci kateqoriyaya aşağı düşməkdir. Bu qiymətli tacı atıb, gedib başına taxta tac qoymaqdır. (gülür)

– Bəs, Faiq Ağayev xəyanət edibmi?

– Əgər sevdiyimdən doyuramsa, qəlbimi, ruhumu doldurursa, ondan ləzzət və həzz alıramsa, niyə ağzımın dadını dəyişməliyəm ki?

– Hazırda Faiq bəyin qəlbi doludur?

– Sevmək istəyirəm. Biz həmişə bizə sahib çıxacaq birini axtarırıq. Kişilər də qayğı istəyir, xanımının etibarlılığı ilə ona sahib çıxmasını istəyir. Dünyada qayğını sevməyən insan yoxdur.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1269   Tarix: 17 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:

14.12.2025 1021
.

"O ses Türkiye"nin münsifləri onlar olacaq

"O ses Türkiye"nin münsifləri bəlli olub. OLAY yazır ki, verilişin hər il 31 dekabrda ekrana gələn "O ses yılbaşı özel" çəkilişinin bu ilki münsifləri Murat Boz, Hadise, Acun Ilıcalı və aktrisa Gupse Özay olacaq. Çəkilişlərin nə vaxt başlayacağı hələ ki bəlli deyil

10.12.2025 586
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13.12.2025 542
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 1001
.

"O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Axşam.az xəbər verir ki, ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır. Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər:. "Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə d

13.12.2025 475
.

"Uşaq Avroviziya 2025"in şərhçiləri onlar olacaq

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub. Axşam.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri tanınmış aparıcılar Azər Süleymanlı və Aysel Zahidqızı olacaq. Xatırlada

11.12.2025 289
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14.12.2025 769
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

12:40 402
.

Faciəvi şəkildə ölən müğənninin həmin proqramdakı sözləri ürəkləri parçaladı - VİDEO

Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib. xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb. Videoda Güllü aparıcının "Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonr

13.12.2025 627
.

TOP MP3