Əməkdar artist intihara cəhd edən Fatiməyə məktub yazdı: "Məktəbdə oxuyanda şəhid tabutları..."

Əməkdar artist intihara cəhd edən Fatiməyə məktub yazdı: "Məktəbdə oxuyanda şəhid tabutları..."Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən 109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyeva intihara cəhd edib. Məktəbli bildirib ki, maddi cəhətdən imkansız olduqların görə məktəbdə psixoloji problemlər yaşayıb, müəllimlərin qınağına tuş gəlib .

BİG.AZ xəbər verir ki,. məktəblinin intihara cəhd etməsi əməkdar artist Lalə Məmmədovanı dərindən üzüb. İki qız anası olan xanım ifaçı məktəb rəhbərliyini şagirdlərə qarşı diqqətli olmağa səsləyib və Fatiməyə məktub ünvanlayıb:

"Əziz Fatimə balam, bu məktubumun sənə çatacağına və oxuyub məni anlayacağına inanır və ümid edirəm. Gözəl balam, bu dünyada heç nə sənə həyatından və əzizlərindən qiymətli ola bilməz, bunu yadında saxla. Heç bir anlıq ata-ananı gözünün önünə gətirdinmi o an? Axı səni 9 ay bətnində gəzdirən anan, yolunu həsrətlə gözləyən atan, bu günədək əllərindən gələn hər bir şeyi sənin üçün edən valideynlərini bu qədərmi önəmsiz hesab etdin? Və özündən sonra onlara buraxacağın ömürlük ağrı və yara sənə səni incidən müəllimlərindən dahamı vacib oldu? Bax, gözəl qızım, əgər kimsə sənə "Həyat yağ-baldır, bütün fəsillər yay-yazdır, bütün insanlar xeyirxah və xoşməramlıdır. Vicdan, şərəf, ləyaqət bütün insanlara bərabər paylanılıb" desə inanma. İnanacağın bir Allah və bir də günün birində sənin qəlbinə dəyən insanların uca Yaradan tərəfindən haqq-ədalət tərəzisində bu dünyada cəzalandırılması olacaq, əziz balam".

L.Məmmədova Fatiməyə çətin günlər keçirdiyi məktəb illərindən də söz açıb:

"Sənə öz uşaqlıq xatirələrimdən danışmaq istəyirdim. Bilirsən, Fatimə, mənim də məktəb illərim çox ağrılı keçdi. O zamanlar ölkəmiz ağır müharibə şəraitində idi. Üzümüz heç gülmürdü. Hər gün şəhid tabutları Şəhidlər Xiyabanında basdırılır, hər keçən gün torpaqlarımız düşmənlərimiz tərəfindən dinc əhalinin qanı, canı bahasına işğal olunurdu. Heç bilirsən o zamanlar nə qədər sənin yaşıdın uşaqlar ata-anasız qaldı. Məktəblərindən, evlərindən, doğma torpaqlarından ayrı düşdülər. Onnlar ən ağır, ən əzablı günlərdə belə ağıllarından "intihar" adlı bir fikri keçirmədilər. Onlar əksinə, dah mübariz oldular, ən ağır anlarında ümiddən bərk-bərk yapışdılar. Onlar bizə bir örnək oldular. Günü bu gün də danışanda onların gözlərində, sözlərində ümid var. Həyatı sev, bir də qarşına məqsəd qoy. Hər kəsə "Baxın, görəcəksiniz, hər şey sizin düşündüyünüz kimi deyil. Mən sizə bunu sübut edəcəyəm. Dərslərimi yaxşı oxuyacağam, ölkəmin ən nüfuzlu universitetlərindən birinə daxil olub mütəxəssis olacağam. Vətənimə faydalı vətəndaş olacağamm. Mənə bu gün haqsızlıq edənləri isə həyat gec-tez qarşıma çıxarıb onları utandıracaq" de.

Fatiməm mənim, hər zaman yanındayam. Başqa çıxış yolun yoxdur, həyat mübarizədir, sən də döyüşçü. Mübarizə aparacaqsan, hamımız səninləyik. Elinanın ağı-acısı ömürlük qəlb yaramızdır, belə etməyin. Sənətini, peşəsinisevməyən müəllimlər, uzaqlaşın məktəblərdən. Məktəblərə iş xətrinə gedən, adı "psixoloq", özü isə "vaxt keçirən" cavan qızlar, gedin təcrübə keçin. Özü ana olmayan, ailə sahibi olmayan kəs heç bir uşğın problemini dərindən anlaya bilməz. Məktəbərə təcrübəli psixoloqlar götürülməlidir. Uşaqlarımızı nəzarətsiz qoymayaq, əziz valideynlər".

Aysu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 159
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 1027
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

17:40 362
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

27.04.2024 228
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 642
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 280
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 157
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 294
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 94