Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT

Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏTQazax rayonunda bir qrup müəllim Uşaq Gənclər Mərkəzinin (UGM) direktoru Rəhimova Gövhər Pesi qızının əməllərindən şikayət ediblər.

Onların sözlərinə görə, direktor müəllimlərdən aylıq rüşvət alır və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir edir.

Yenicag.az-a danışan müəllimlər bildirib ki, bununla bağlı prokurorluq orqanlarına və icra hakimiyyətinə şikayət ediblər, ancaq məsələyə səthi yanaşılıb. Ona görə də məsələni mətbuatda işıqlandırmağa qərar veriblər.

UGM-nin direktorundan şikayət edən müəllimlər Yusifova Xanım Şükür qızı, Əmirxanova İsafət Fərhad qızı, Mustafayeva Kəsirə Camal qızı və Bayramova Xatın Paşa qızıdır.

Müəllimlərin sözlərinə görə, Qazax rayon UGM-nin direktoru Gövhər Pesi qızı Rəhimova müəllimlərdən aylıq rüşvət alır:

"Direktor Nazirliyin və yerli icra hakimiyyətinin adından istifadə edərək müəllimlərin hər birindən aylıq rüşvət alır. Vəzifəsindən süi-istifadə edərək qanunsuzluqlar edir. O, bizdən-işçilərin 90 faiz hissəsindən zorla, hədə-qorxu altında aylıq 20 manat pul alır. Bu pulu verməkdən imtina etdikdə, söyüb təhqir edir və işdən çıxaracağı ilə hədələyir. Bundan başqa, Rəhimova müəllimlərin dərs bölgüsündə də qanunvericiliyin tələblərini bilərəkdən pozaraq, ona aylıq haqq verən, rüşvət verən şəxslərə, onun böhtanlarını təsdiq edən müəllimlərə əlavə dərs saatları yazır və həmin pulu da özləri bildiyi kimi haqq-hesab edirlər. Biz bu barədə prokurorluğa və digər orqanlara şikayət edəcəyimizi bildirdikdə bizə dedi ki, "hara istəyirsiniz, ora da şikayət edin. Kimdir sizə inanan? Hamısı mənim yaxınlarımdır, bir zənglə həll edəcəyəm". Bəli, elə belə də oldu".

Müəllimlər bildirib ki, məsələ ilə bağlı çox sayda şikayət ediblər:

"Ölkə rəhbərliyi bu qanunsuzluqları görsün, xəbərdar olsun, hüquqlarımız müdafiə olunsun deyə çoxsaylı şikayətlər etdik. Şikayətlərimiz araşdırılması üçün həm Qazax rayon İcra Hakimiyyətinə, həm də Qazax rayon Prokurorluğuna göndərildi. İcra hakimiyyəti də araşdırmaq üçün işi Qazax rayon Prokurorluğuna göndərdi. Biz gedib müstəntiqin təkidi ilə yarı onun sözləri ilə izahatlarımızı yazdıq. Biz 4 nəfər müəllimə direktorun aylıq hədə-qorxu ilə rüşvət tələb edib aldığını, dərs bölgüsündə öz marağı daxilində qanunsuzluqlar etdiyini, digər cinayətlərini çoxsaylı təsir və təzyiqlərə baxmayaraq, qeyd etməyə müvəffəq olduq.

Bundan sonra G.Rəhimova öz "vəzifəli müdafiəçi"lərinə arxalanaraq, bizi təhqir edib, idarədə və küçədə, məktəbin qarşısında biabır etdi, hətta bu da azmış kimi İsafət Əmirxanovanın barəsində onu döyməsi ittihamı ilə Qazax rayon Polis Şöbəsinə şikayət etdi. İşçilərini də təsir altında şahid tutdu. Sonra isə belə bir hal olmaması barədə izahat yazıb, işi bağlatdı. Səbəb isə bizim gözümüzü qorxutmaq və bu hərəkəti ilə bizə istədiyi vaxt, istədiyi hər şeyi edə biləcəyini və bunun üçün dövlət orqanlarından istədiyi kimi istifadə edə biləcəyini göstərmək idi.

Gövhər Rəhimovanın digər saxtakarlıqlarından biri də odur ki, işlədiyimiz Mərkəzin şagirdləri adından guya rəsmlər çəkib, sərgi keçirtdirib. Halbuki, həmin rəsmləri çəkdirmək üçün Gövhər Rəhimova rəssamlara pul verib, rəsmləri çəkdirmək üçün bizdən əlavə pullar alıb".

Müəllimlər məsələ ilə bağlı ölkə rəhbərliyinə də səsləniblər:

"Qazax rayon Prokurorluğuna direktorun bizdən rüşvət almasını və həmin pulu "yuxarı" orqanlara verməsini təsdiq edən səsyazısını da təqdim etdik. Ancaq nə olsun ki, prokurorluq da onun bizə əvvəlcədən dediyi kimi hərəkət edərək, heç bir qanuni tədbir görmədi və hələ də bizə heç bir cavab verməyib. Prokurorluq işi tam səthi, qərəzli, birtərəfli qaydada, onlara nüfuz edə biləcək şəxslərin xeyrinə, haqq-ədalətin, qanunçuluğun tam əksinə araşdırdı və qanunsuzluq etdi. Biz Dövlətimizin onurğa və güc strukturu kimi prokurorluq orqanına güvənsək də, güvənimiz puça çıxdı. Son çarə olaraq Azərbaycan Dövlətinin Başçısı İlham Əliyev cənablarından, Birinci Vitse Prezidentimiz və hamımızın güvən yeri olan Mehriban xanım Əliyevadan imdad diləyirik. Bizim bu haqq işimizdə təqsirkarların qanuni şəkildə cəzalarını almasını, qanun qarşısında cavab vermələrini, bizə köməklik etməyinizi və təhlükəsizliyimizi qorumağınızı xahiş edirik".

Qeyd edək ki, prokurorluğa təqdim olunan səs yazıları redaksiyamıza da təqdim olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 0
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 175
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

04.05.2024 159
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 665