Bakıda daha bir su xətti partladı - Sakinlər susuz qalıblar

Bakıda daha bir su xətti partladı - Sakinlər susuz qalıblar
Bakının Nizami rayonunda su xəttində qəza baş verib.

Bu barədə BiG.AZ-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb.

Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.

Xatırladaq ki, hadisə nəticəsində ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 503 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər