ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar - FOTOLAR

ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar - FOTOLARBu il ərzində ABŞ-da iki azərbaycanlı öldürülüb, bir həmyerlimiz isə intihar edib.

Yanvarın 14-də yerli vaxtla səhər saat 11 radələrində azərbaycanlı Elçin Xəlilov Şimali Karolina ştatındakı mağazasına oğurluq məqsədilə daxil olan şəxs tərəfindən güllələnərək öldürülüb.

Hadisədən 3 gün sonra Xəlilovun nəşi Azərbaycana gətirilib, doğulduğu Sumqayıt şəhərində dəfn olunub. Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub. 2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində "Fixer Electronic Repair" dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.
ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar - FOTOLARHadisədən bir ay sonra ABŞ polisi Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib.

Mayın 6-da ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirməkdə təqsirli bilinən Fuad Paşayev saxlanıldığı təcridxanada ölü tapılıb. Hadisə gecə saat 23:00 radələrində baş verib. Belə ki, onun ifadəsini almaq üçün aparamağa gələn təcridxana əməkdaşları Fuadı hərəkətsiz vəziyyətdə aşkar ediblər. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, F.Paşayevin intihar etdiyi məlum olub.
ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar - FOTOLARQeyd edək ki, bu ilin aprel ayının əvvəlində ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli biliblər. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.

ABŞ-da azərbaycanlının ölümü ilə nəticələn digər hadisə may ayının 7-də baş verib. Həmin gün saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən qətlə yetirilib. İki nəfər qarətçi onun yaşadığı evə daxil olmaq istəyib. N.Salamov müqavimət göstərərkən ona atəş açılıb. Həmyerlimiz yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar - FOTOLARN.Salamov 1982-ci ildə Azərbaycanda anadan olub. O, Dövlət Neft Akademiyasını (ADNA) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib, Pensilvaniya Dövlət Universitetində təhsil alıb. N.Salamov bank sistemində çalışıb. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb. Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir. (azvision)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1669   Tarix: 10 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hasan Can Kayadan ümidini üzən sevgilisi ailə qurdu

Məşhur komediya ustası Hasan Can Kaya ilə uzunmüddətli münasibəti ilə tanınan rejissor Sultan San evlənib. türk mediasına istinadən xəbər verir ki, komediya ustası Hasan Can Kaya ilə təxminən 3 il davam edən münasibətini bitirdikdən sonra gündəm mövzusuna çevrilən rejissor Sultan San ailə həyatı qurub

04.02.2025 623
.

Yıldız Tilbe saç boyasından sonra üzünün yandığını açıqlayıb

Saçını özü boyayan Yıldız Tilbənin kimyəvi məhsuldan üzü yanıb. türk mediasına istinadən xəbər verir ki, saçını özü boyayan və üzündən yanıq xəsarəti alan Yıldız Tilbe "Bir daha saçımı boyamayacağam. Kimyəvi yanıq aldım" deyib. İzləyicilərinin "Tez sağal" şərhlərinə cavab verən Tilbe

11:49 109
.

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib. Axşam.az xəbər verir ki, bu haqda "Dunyo" agentliyi məluma

04.02.2025 664
.

"Avroviziya 2025" təmsilçilərimiz onlar oldu

Azərbaycanı "Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək ifaçıların adı açıqlanıb. Axşam.az xəbər verir ki, yarışmaya bu il iştirakçı kimi "Mamagama" qrupu gedəcək. Qeyd edək ki, "Mamagama" qrupu 2021-ci ildə yaradılıb. Mamagama" 3 nəfərdən ibarətdir:. Asəf

10:59 162
.

Tarık Mengüçün oğlu Baran Mengüç stili ilə fərqlənib

Müğənni Tarık Mengüçün oğlu Baran Mengüç musiqiçi olub. 22 yaşı olan Mengüçü görənlər onun yeni üslubuna təəccüblənib. türk mediasına istinadən xəbər verir ki, Zeynep Baştıkla duet oxuyan Baran Mengüç izləyicilər tərəfindən rəğbət qazanıb. 22 yaşı olan Mengüçün yeni stili isə sosial mediada yündəm mövzus

10:38 197
.

Bakıda tanınmış yazıçının meyiti tapıldı

Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb. Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərind

10:05 245
.

Aparıcının oturuşunu tənqid etdi - Foto

Əməkdar artist Əkbər Əlizadə "Mədəniyyət TV"də yayımlanan "Gözəlsən" verilişinin aparıcısı İlahə Hüseynovanı tənqid edib. Axşam.az xəbər verir ki, aktyor aparıcının divanın başında əyləşməsini qınayıb. Ə.Əlizadə həmin görüntüləri yayımlayaraq "Görəsən, aparıcıya niyə stul ayırmayıblar

11:31 274
.

"Nimesil" başqa ağrıkəsici dərmanlarla eyni tərkibdədir" - Tibbi ekspert

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub. Sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmay

04.02.2025 695
.

Tramp Cənubi Afrikaya yardımı kəsdi

ABŞ prezidenti Donald Tramp Cənubi Afrikaya ayrılan maliyyənin kəsiləcəyini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial mediada Cənubi Afrikada torpaqların zəbt edildiyini və əhalinin müəyyən bir hissəsi ilə "çox pis" rəftar edildiyini bildirib. Prezident "ABŞ bun

04.02.2025 326
.

TOP MP3