Bakıda market sahibini amansızlıqla öldürdülər – ŞOK FAKTLAR

Bakıda market sahibini amansızlıqla öldürdülər – ŞOK FAKTLARKeçən ilin yanvar ayında Bakının Bilgəh qəsəbəsində market sahibini öldürən 1997-ci il təvəllüdlü Əlizadə Əmrah Xanlar oğlu Ali Məhkəməyə müraciət edib.

BiG.AZ-ın news24.az-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 126.3-cü, yəni, qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqd maddəsi ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Əmrah apelyasiya instansiyasından sonra kasasiya şikayəti verib. O, Ali Məhkəmədən işə yenidən baxmasını xahiş edib. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il yanvarın 7-də Bilgəh qəsəbəsindən bir nəfərin bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olması barədə Sabunçu RPİ-yə məlumat verilib.

Xəsarət almış Hacıbaba Məmmədov (1964-cü il təv.) əməliyyata hazırlandığına görə həkimlər onun dindirilməsinin mümkün olmadığını bildiriblər. Hadisənin baş verdiyi Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən ərzaq malları mağazasına baxış keçirilib.
Dükanda müxtəlif yerlərdə qan ləkələri, həmçinin üç ədəd bıçaqlar aşkar edilib. Faktla bağlı ertəsi gün CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Həmin tarixdə zərərçəkmişə xəsarət yetirmiş Əmrah Əlizadə 14-cü polis bölməsinə gələrək təslim olub.

Yanvarın 11-də, yəni ölümündən əvvəl zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıbaba Məmmədov suallara çətinliklə də olsa, cavab verib. Bildirib ki, ayın 7-də aralarında pulla bağlı mübahisə yaranıb, borcunu qaytaracağını söz verən Əmrah bunun əvəzinə bıçaqla onu vurub.
Bundan sonra heç nə yadında qalmayıb, xəstəxanada özünə gəlib. Hadisə zamanı mağazada ondan və Əmrahdan başqa heç kəs olmayıb. Müəyyən müddətdən sonra zərərçəkmiş xəstəxanadan özəl klinikaların birinə köçürülüb və yanvarın 20-də orada keçinib. Bununla əlaqədar cinayət işi aidiyyəti üzrə prokurorluğa göndərilib.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, H.Məmmədovun ölümünə deşilmiş-kəsilmiş yara ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, Əmrah Əlizadə müxtəlif ərzaq məhsulları aldığına görə Hacıbaba Məmmədova olan 30 manat borcundan 12 manatını qaytarmaq üçün yanvarın 7-si, saat 23:00 radələrində Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən mağazasına gəlib. Lakin həmin məbləği ödəməsi dükan sahibini qane etməyib və o, Əmrahı təhqir edib.

Buna görə Əmrah cibindən qatlanan bıçağı çıxarıb Hacıbabaya ilk zərbəni vurub, sonuncu kəsici aləti əlindən vurub yerə saldıqdan sonra özü mağazasında olan təsərrüfat təyinatlı bıçaqla onun əynində olan gödəkcənin üst qatını zədələyən dörd ədəd kəsik yetirib.
Qarşılıqlı münaqişə zamanı Əmrah mağazada yerdə olan daha bir bıçağı götürərək onunla Məmmədovun sifətinə və baş nahiyyəsinə zərbələr endirib. Yalnız bundan sonra əlbəyaxa davaları dayanıb.

Əlizadə bıçağı yerə ataraq, mağazanı tərk edib, zərərçəkmiş isə dizi üstə çökərək mağazanın giriş qapısından tutub, hadisə yerinə oğlu və arvadı gələnə kimi bu vəziyyətdə qalıb.

İbtidai araşdırma orqanı Əmrah Əlizadənin əməlini CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib. Məhkəmə prosesində Əmrah Əlizadə ittiham üzrə özünü təqsirli bilməyib, zərərçəkmişin hüquqi varisi Gülnarə Məmmədova təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hesab edib ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün olmayaraq CM-nin 120.2.4-cü maddəsinə tövsif edib. Məhkəmə nəticəyə gəlib ki, Əmrah Əlizadənin əməli yalnız CM-nin 126.3-cü maddəsinə tövsif edilməklə, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır.

Məhkəmənin hökmü ilə Ə.Əlizadə doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işin materiallarını araşdıraraq, protesti və şikayətləri təmin etməyib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 130
.

Ermənistan xarici işlər nazirinin müavini yüksək rütbəli Qətər diplomatı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dohada Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Qətər Dövlətinin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xulayfi ilə görüşüb. xəbər verir ki, görüş zamanı hər iki tərəf Ermənistan və Qətər arasında siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək üçün güclü qarşılıql

27.04.2024 168
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 254
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 129
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 101
.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27.04.2024 148
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 36
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 206
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

27.04.2024 213