"Biz düzələn deyilik, vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar"- MİLLƏT VƏKİLİ

"Biz düzələn deyilik, vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar"- MİLLƏT VƏKİLİ"Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb?!"

Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan əraziyə girişə heç kim qadağa qoya bilməz. Amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu qaydanı istisna edir. Məlumdur ki, kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəs 1 manat ödəniş tələb olunur. Oradakı "başbilənlər" isə "gözdən pərdə asmaq" üçün formal xarakterli qəbz verirlər. Qəbzdə ödənişin qanuni olmasına dair heç bir məlumat yoxdur.

Avtovağzalda cəmi 5 dəqiqə müddətinə qalsalar belə,sürücülərdən bu məbləği ödəmək tələb olunur. Əks təqdirdə ərazini tərk etmək istəyərəkən yolu şlaqbaum kəsir. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin kompleksə daxil olduğunu nəzərə alsaq şlaqbaum vasitəsilə ciblərə gedən məbləği təyin etmək bir qədər çətinləşir.

Bəs, bu qanunsuzluğa niyə göz yumulur və buradan gələn gəlir hara sərf olunur?

BiG.AZ xəbər verir ki, millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında baş verənləri normal qarşıladığını deyib:

"Çünki, Azərbaycanda qanunlardan çox qaydalar işləyir. Onsuz da əksər qurumlar qanunları tanımır. Dayanacaqlarda yığılan pulların heç biri dövlət büdcəsinə getmir. Guya maşınlar saxlanılan yerlərdə qayda-qanun yaradılıb. Avtovağzalda da təqribən eyni vəziyyət müşahidə olunur. Biz düzələ bilmirik. Ümumiyyətlə, hər şeyə rüşvət vasitəsi kimi baxılır. Ona görə də həmin yerlər kimin əlindədirsə, fikirləşir ki, buradan da pul qazanım.

Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Günorta vaxtı ağacı kəsib qırağa atırlar, yaxud da dibinə kislota töküb məhv edirlər. Onda bir adama söz deyən oldumu? Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir.

Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb? Adi dayanacaqlarda belə biabrçı vəziyyətdir. Məsələn, dayanacaqlarda 1 saatdan 1 dəqiqə artıq qaldınsa, 2 manat ödəməlisən. Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur".

"Biz düzələn deyilik, vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar"- MİLLƏT VƏKİLİParlament üzvü vurğulayıb ki, dövlət hesabına tikilən hər bir yerə özəl mülkiyyət kimi baxıldığı üçün belə problemlər yaşanır:

"Belə hadisələrin yaşanmasına səbəb ümumi korrupsiya probleminin olmasıdır. Azərbaycanda korrupsiyaya qarşı hər hansı bir əlac yoxdur. Əldə olunan gəlirlərin heç biri dövlət büdcəsinə daxil olmur. Büdcənin yükünü çəkən də yazıq sahibkardır. Sahibkardan qəpiyə qədər tələb olunur, amma yığılan pullar ayrı-ayrı ciblərə gedir. Problemin kökü bundadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 878   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 149
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 130
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 163
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 150
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 215
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 230
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 167