Diqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sı

Diqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sıQırmızı qida boyalarının demək olar ki, hamısı əzilmiş həşəratlardan istehsal olunur.

BiG.AZ xəbər verir ki, qırmız böcəyi kimi tanınan və ana vətəni Cənubi Amerika olan həşəratlardan milyonlarla yetişdirilir və ərzaq boyalarının istehsalında istifadə edirlər.

Meyvəli yoqurtlara, dondurmalara, içkilərdən tutmuş, rəngli tort kremlərinə qədər qırmızı rəng ehtiva edən hər işlənmiş ərzaqda karmin böcəklərinin izləri var. Xüsusilə Peruda sənaye məqsədilə yetişdirilən karmin həşəratı bir çox qırmızı dodaq boyalarında da istifadə edilir.

Karmin böcəyi qlobal ərzaq bazarında istiyə davamlı olduğuna görə əvəzolunmaz nemətdir. İnsan sağlamlığı üçün heç bir mənfi təsiri olmayan karmin böcəyinin əzilməsindən əldə edilən qırmızı rəng temperatur dəyişkənliyinə uzun müddət tab gətirə bilir və canlı rəngini itirmir. Mütəxəssislərin bir hissəsi Karmin böcəyindən əldə edilən qida boyasının təbii məhsul olduğunu deyirlər və kimyəvi qida boyalarındansa karmin həşəratı boyasının daha üstün olduğunu bildirirlər. Ancaq karmin böcəyindən istifadə edən şirkətlər məhsulların etiketlərində qırmızı rəngin necə əldə edildiyinə dair daha dəqiq məlumat yazmalıdırlar.

Aldığınız qırmızı rəngli ərzaq məhsullarının etiketindəki "İçindəkilər" bölməsini yaxşıca oxuyun. Etiketdə "Karmin", Karmin həşəratı, Avropa Birliyində təsdiq edilmiş E120 kod adı yazıla bilər.

Karmin böcəyi və bu həşəratın sənayedə istifadəsindən bəhs edən "Mükəmməl qırmızı" adlı kitab yazan Amy Butler Greenfield etiketdə məhsullara qırmızı rəngi verən mənbə haqqında dəqiq məlumat yazılmalı olduğunu bildirir. Greenfield qeyd edir ki, Karmin son dərəcə etibarlı, təbii qida boyasıdır. Ancaq karminə qarşı allergiyası olan çox sayda insan da var. Buna baxmayaraq təmiz məhsuldur.

Peru hazırda dünyada karmin istehsalının 95 faizini qarşılayır. Ölkənin Karmin fermalarında 32.600 fəhlə işləyir.

Peru ötən il 647 ton karmin qida boyası ixrac edərək 46,4 milyon dollar məbləğində gəlir götürmüşdü. 5 millimetr boyu olan böcəklər kaktus yarpaqlarından toplanır. Qanadsız dişilər qırmızı qida boyası istehsalında istifadə edilir. Həşəratın çəkisinin az qala dörddə birini karminik turşusu yaradır. Karminik turşu həşəratı yırtıcı həşəratlardan qoruyur. Greenfield istehsal prosesindən bəhs edərkən bildirib: "Əvvəl böcəklər qurudulur. Bir neçə süzmə sistemindən keçirilir və həşərat hissələri təmizlənir".

Həşəratdan istehsal edildiyi üçün bu ərzaq boyasına tələbatın azaldığını düşünürsən. Əslində vəziyyət tam əksinədir. Karmin böcəklərinin sayı məhduddur. Perulu fermerlər həşəratın sayını bir nöqtəyə qədər artırırlar. Bu səbəbdən də son illərdə ərzaq boyasının qiyməti sürətlə yüksəlib. Ancaq Peta kimi heyvan haqları təşkilatları bu böcəklərin sənaye məqsədilə yetişdirilib ərzaq sektoruna xidmət edilməsinə qarşı çıxır. Peta, "Yalnız 500 qram qida boyası üçün təxminən 70 min həşərat öldürülür. Vegan həyat tərzini mənimsəmiş istehlakçılar, firmalara təzyiq edərək heyvanları qoruyan istehsal prosesinin qurulmasını tələb edir" –deyə, bildirir.

Çuğundur və ya böyürtkən kimi dənəli giləmeyvələrdən də əldə edilən boyalar vardır. Ancaq heç biri karmin qədər uzun ömürlü deyil. Məsələn, çuğundurdan əldə edilən beta işığa və ya istiyə məruz qalanda solur və rəngi itir. Ona görə də bu boya növü adətən yalnız rəf ömrü qısa olan məhsullarda istifadə edilir. Greenfield karminin təbii bir məhsul olduğunu qeyd edir və minlərlə perulu əkinçinin yeganə dolanışıq mənbəyi olduğunu vurğulayır. Əksəriyyəti kasıb fəhlələr olan minlərlə perulu karmin həşəratı sayəsində pul qazanır və yaşayır.(TurpKimi.com)
Diqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sıDiqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sıDiqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sıDiqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sıDiqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sıDiqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz "qırmızı"sı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2894   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678