Telefonlara gələn reklamların gizli səbəbi

Telefonlara gələn reklamların gizli səbəbiDostlar, ailə üzvləri və ya tanıdığınız digər insanlarla bərabər ünsiyyətdə olarkən müxtəlif planlar hazırlamağa çalışırsınız.

Bu planın nə olduğu vacib deyil. Bəzən bir bayram, əyləncəli gəzinti və ya səyahət. Söhbətdən sonra telefonu əlinizə alanda qarşınıza planınızla bağlı məhsullar olan yaxud da otellərin məlumatları yer alan reklamlarla qarşılaşa bilərsiniz. Smartfonunuz varsa mütləq ən azı bir dəfə bunu müşahidə etmiş olmalısınız. Bəs bunun səbəbi nədir? Həmişə yanımızda saxladığımız smartfon hər zaman bizə qulaq asırmı? Və ya bütün söhbətlərimiz kimsə tərəfindən dinlənilirmi? Belə narahatlıqlarınız varsa, ilk növbədə təşvişə düşməyin. Çünki prosesin səbəbi bir az fərqlidir.

BiG.AZ milli.az-a istinadən bildirir ki, keçmiş "Google" işçisi olan Tristan Harris ötən həftə baş tutan konfransda bunun səbəbini açıqladı. Harrisin sözlərinə görə, bunun səbəbi kiminsə sizi dinləməsi ilə bağlı deyil. Voodoo haqqında yəqin ki, eşitmisiniz. Bəzi inanclara görə insanlar bu körpələrdən kimisə ovsunlamaq üçün istifadə edirdilər. Belə ki, onun üzərinə müxtəlif işgəncə xarakterli izlər buraxırlar. Bununla da, Voodoo vastəsilə ovsunlanan şəxs də eyni ağrıları hiss etməli idi. Yəni siz bu körpənin ayağına iynə batırsanız həmin adam da ayağında eyni ağrını hiss edəcək.

Harris danışdığımız söhbətlərə uyğun məlumatların telefonlarda qarşımıza çıxmasını Voodoo ilə əlaqələndirib. Belə ki, "Facebook" və "Google" kimi platformaların şəxsi Voodoo funksiyaları var. Əlbəttə ki, bu fiziki anlamda nəzərdə tutulmur. Platformaların kodlaşdırılmasında "Voodoo körpə" adlı alqoritm mövcuddur. Bu alqoritm insanların hərəkətlərinə görə formalaşır. Bütün etdiyiniz internet axtarışlarınızı qeyd edir. Bir müddət sonra bu voodoo kuklası ikinci "SİZ" olur. Yəni əslində bu alqoritmi nəyi, necə və harada istədiyinizə uyğun özünüz formalaşdırırısınız. Zaman keçdikcə bu alqoritm sizi çox yaxşı tanıyır. İstədiyiniz və ya istəyə biləcəklərinizi təxmin edə bilər. Buna görə də yuxarıdakı sualı düşünməyə ehtiyac yoxdur. Bizə niyə qulaq asmaq istəsinlər ki? Dərinliyə getsək sözü gedən alqoritmlər vasitəsi ilə bizi bizdən daha yaxşı tanıyırlar. İstənilən halda fikir ayrılıqları olduğuna görə ətrafımızda "Dinsələr daha yaxşı olardı" deyə düşünənlər də ola bilər. Bəlkə belə olsaydı insanlar daha dəqiq, bir az nəzakətli ümumən isə nə haqqda danışacaqlarına diqqət edərdilər. Eyni zamanda günümüzün ayrılmaz hissəsinə çevrilən telefonlardan müəyyən qədər uzaq qalmaq üçün səbəb olardı. Çünkü texnologiya məhsulları həyatımızı asanlaşdırmağa, günümüzü əyləncəli keçirməyə yardımçı olsa da bəzən həddindən artıq istıfadə olunur ki, bu da qənaətbəxş hesab olunmur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 503   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

12:40 150
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 164
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 210
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

17:18 251
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 129
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662