Bakı Funikulyoru açıldı (Foto)

Mayın 23-də Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilib. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq gətirilmişdi. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. Prezidentin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılıb.

Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanıb. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnib, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanıb. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxıblar.

***

Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti keçidin açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Uzunluğu 54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək.

Yeraltı piyada keçidində müasir işıqlandırma sistemi quraşdırılmışdır. Keçidin inşası zamanı burada mövcud olan kommunikasiya sistemi yenilənib.

Azərbaycan Prezidenti və xanımı yeni piyada keçidi ilə tanış olub.

***

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxıblar.

Dövlətimizin başçısı və xanımı Dənizkənarı Milli Parkın "Venesiya" adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlanıblar.

Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi. Burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd edilib.

Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxıblar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış olublar.

Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)Bakı Funikulyoru açıldı (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12761   Tarix: 23 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada 40-dan çox ev və tikililər yanıb

Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində

15:50 176
.

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı

14:12 160
.

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzud

18:20 168
.

Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

14:14 185
.

Kim qalib gələcək: Tramp, yoxsa Bayden? - SORĞU

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bütün əsas ştatlarda hazırkı dövlət başçısı Cozef Baydeni inamla qabaqlayır. "Nyu York Tayms" digər nəşrlərlə birlikdə Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında sosial araşdırmalar aparıb. Onlar seçkidən seçkiyə ya Demokratik

19:40 125
.

Tovuzda ana öldü, oğulla gəlin xəstəxanalıq oldu

Tovuzda bədbəxt hadisə baş verib. BİG.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysu

18:00 292
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19:50 105
.

Moldovada demoqrafik vəziyyət pisləşib

Moldovada 2023-cü ildə 24 min uşaq doğulub ki, bu da 2022-ci illə müqayisədə 11% azdır. "Report" xəbər verir ki, bu barədə Milli Statistika Bürosu məlumat yayıb. Qeyd olunub ki, yeni doğulan uşaqların əksəriyyəti oğlan olub - 50,9%, hər beşinci uşaq nikahdan kənar dünyaya göz açıb. Moldov

14:40 187
.

Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Belə ki, o, dostunu xilas edərkən həyatını itirib. Muradın əmisi Qismət Allahverdiyev bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:. "O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birini

20:58 205