Cahangir Hacıyev kredit borcuna görə Telman İsmayılovun 4 şirkətini əlindən alıb

Cahangir Hacıyev kredit borcuna görə Telman İsmayılovun 4 şirkətini əlindən alıbBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fuad Abdullayev ifadə verib.

O bildirib ki, 1992-ci ildən Beynəlxalq Bankda çalışıb, 2001-ci ildə isə bankın Moskva filalının rəhbəri olub, hazırda işsizdir: "Cahangir Hacıyev bankın rəhbəri olandan sonra məni Moskva filialına rəhbər təyin etdi. Orada bir çox layihə işləri həyata keçirildi. Bəzi götürülmüş kreditləri ödənilib. Mən 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib".

F.Abdullayev qeyd edib ki, bankda 69 veksel əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, Qazaxıstanda "Kultuk" neft yatağı da alınıb: "Mən Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış etdim. Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsimləşdi. Bankın Hətəm Həsənov adlı əməkdaşının adına 60 faiz rəsimləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir".

F.Abdullayev vurğulayıb ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib.

O deyib ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılovun bankdan 70 milyon dollar kredit götürüb: "O, Odessa şəhərində ticarət şirkərlərinin inşaası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, kreditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Sonra Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi".

F.Avdullayev bildirib ki, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də bankdan kredit götürüb: "Ənuşə Ənsari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1192   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 156
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

17:26 83
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 222
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

10:11 336
.

Yeni il hədiyyələri alarkən diqqətli olun!

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları

16:51 96
.

Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl

10:42 280
.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

14:34 149
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

17:20 101
.

TOP MP3