Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcəkMadrid şəhərində World ATM Congress 2019 tədbiri çərçivəsində "Azəraeronaviqasiya" HHİ (AZANS) direktoru Fərxan Quliyev və aviasiyada kommunikasiya və informasiya texnologiyaları sahəsində aparıcı təşkilat olan SİTA-nın vitse-prezidenti Stefan Eqli arasında görüş keçirilib.

Görüşün yekunlarına görə "Azərbaycan Respublikasının aeronaviqasiya sistemində rəqəmsal texnologiyalarin tətbiqi üzrə texniki qərar" («Technical Solution for Implementation of Digital Technologies in Azerbaijan ANS System») adlı sənəd imzalanıb.

ATC Data Link "hava-yer" məlumat ötürmə sistemi sayəsində AZANS bölgədə pilot və dispetçer arasında rabitə yaradılması və Azərbaycan Respublikasının hava məkanından isifadə edən aviaşirkətlər üçün meteoroloji məlumatların ötürülməsinin, aeronaviqasiya məlumatının generasiyasının asanlaşdırılması sahəsində ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyaları istifadə etməyə başlayan ilk Hava Hərəkəti İdarəsi olmağı planlaşdırır.
Bundan başqa, Madrid şəhərində World ATM Congress 2019 çərçivəsində "Azəraeronaviqasiya" HHİ (AZANS) "EHANG" və "Abraham Technologies" LTD şirkətləri ilə birgə Yeni nəsil pilotsuz aparatların uçuşlarının idarə olunması və nəzarət sisteminin unikal layihəsini təqdim edib.

Pilotsuz uçan aparatların uçuşlarının idarə olunması və nəzarət mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılacaq. Sistem mövcud avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminə tam inteqrasiya olunacaq.

"Azərbaycan Hava Yolları"nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

SITA aviasiya rabitəsi sahəsində geniş xidmətlər spektrini, habelə hava hərəkətinin idarə olunması üzrə həlli yollarını təqdim edir. Aviaşirkətlər və hava gəmiləri istehsalçıları ilə əməkdaşlıq edərək SITA aviadaşımalar sənayesində innovasiyaların tətbiq edilməsi məqsədilə əlavələr və xidmətlər tərtib edir.
Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək/oxu.az


BiG.Az
Telegramda izləyin
Turizm   Baxılıb: 383   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib, bu da son illərin rekord göstəricisidir. Bunun dörd milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur

12.11.2019 4133
.

Rusiya vətəndaşları istirahət üçün Gürcüstan əvəzinə Türkiyəni seçəcəklər

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - "OneTwoTrip"in mütəxəssisləri bildiriblər. Onlar Gürcüstanın əvəzin

27.06.2019 4300
.

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər

27.11.2019 4857
.

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin

29.07.2019 3988
.

Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu

Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar

20.11.2019 3698
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

TOP MP3