Ermənistan ordusunda RÜSVAYÇILIQ: Əsgərlər cinsi zorakılığa məruz qaldı - FOTO

Ermənistan ordusunda RÜSVAYÇILIQ: Əsgərlər cinsi zorakılığa məruz qaldı - FOTOErmənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan erməni ordusunda əsgərlərə qarşı cinsi təcavüz edildiyi faktlarının olmasına inanmır.

Aprelin 22-də aravot.am saytının suallarına cavab verərkən Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhannisyan erməni ordusunda nəinki zabitin, hətta əsgərin əsgər tərəfindən cinsi təcavüzə məruz qaldığı bir faktı xatırlamır.

Ermənistan ordusunda RÜSVAYÇILIQ: Əsgərlər cinsi zorakılığa məruz qaldı - FOTOO əlavə olaraq qeyd edib ki, bilirsiz həmin şəxsi belə bir şey üçün nə günə salarlar. Hovhannisyan işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan hərbi hissədə 2018-ci ilin yanvar ayında baş verən cinsi təcavüz və döyülmə faktına dair məqaləyə belə reaksiya verib: "Cinsi təcavüzü törətməkdə ittiham edilən zabit ona şər atıldığını deyir, təcavüz edildiyini iddia edən əsgər isə yalan ifadə verməyə görə ittiham edilir".

"İnsan Haqları naminə Jurnalistlər" İctimai Birliyinin vəkili Hayarpi Sarkisyan isə onun hüquqlarını müdafiə edir. Bildirilir ki, əvvəlcə baş verən hadisəni erməni əsgərinin anası aşkar edib. Andiçmə zamanı oğlunun vəziyyətindən narahat olan ana hadisədən xəbər tutub.

Anası qeyd edir ki, oğlu birbaşa komandirin onu ədyala bükərək döydüyünü, 4-5 gündən sonra isə zorladığını bildirib. Qadın baş verənlər barədə hərbi hissənin komandanlığına, həmçinin erməni KİV-lərinə məlumat verib. Bundan sonra hadisələrin necə inkişaf etdiyi barədə vaxtaşırı ardıcıl məlumatlar verilib.

Lakin Ermənistan MN-in mətbuat katibi əsgərlərə və onun valideynlərinə inanmır. Hovhanisyan qeyd edir ki, o əsgər və valideynlərə yox, hüquq-mühafizə orqanlarına inanır. Hovhanisyan Müdafiə nazirini təmsil etdiyinə görə, demək olar ki, Davit Tonoyan da erməni ordusunun əsgər və onların valideynlərinə inanmır.

Hovhannisyanın əsgər və valideynlərə inanmadığını, hüquq-mühafizə orqanlarına, hərbi prokurorluğa inanması ilə bağlı "İnsan Haqları naminə Jurnalistlər" İctimai Birliyinin sədri, vəkil, hüquq müdafiəçisi Janna Aleksanyana bunu necə qiymətləndirdiyinə dair sual ünvanlanıb.

Ermənistan ordusunda RÜSVAYÇILIQ: Əsgərlər cinsi zorakılığa məruz qaldı - FOTOO, Ermənistan MN-in mətbuat katibinin cavabının qeyri-peşəkar olduğunu və yayındırıcı xarakter daşıdığını qeyd edib. Guya ordunu ləkələdiyimiz barədə cəmiyyətdə sensasiya yaratmaq istəyir. Bu əsgərin vəziyyəti ilə bir ildən artıqdır ki, məşğul olduqlarını deyən Janna Aleksanyan bəzi məsələlərin müəyyən dərəcədə həll edilməsinə yardım etdiyinə görə Baş Prokurorluğa minnətdarlıq etsə də, MN-dən hələ də cavab almadıqlarını qeyd edib. Bunu Ermənistan MN tərəfindən əsgərlərin həyat və sağlamlığına qarşı nümayiş etdirilən laqeydlik kimi dəyərələndirib. Aleksanyan qeyd edib ki, psixoloji və fiziki cəhətdən ağır vəziyyətdə olan əsgər və onun valideynini görməzdən gəlmək olmaz.

"Müdafiə naziri və mətbuat xidməti katibinin şübhə etməsinin səbəbi, onların cinsi zorakılıq faktını təsdiqləyən ekspertizanın rəyləri ilə tanış olmamasından irəli gəlir.

Gəncin iradəsinə zidd olaraq cinsi təcavüzə məruz qaldığı və hadisənin hərbi hissədə olarkən baş verdiyi, məhkəmə tibbi ekspertizasının təqdim etdiyi 3 rəy əsasında təsdiqlənib. Məhkəmə iclaslarının qapalı keçdiyinə görə vəkil Hayarpi Sarkisyan bunu təqdim edə bilmir. Lakin cinayət işinin icraatında bütün sənədlər var", - deyə Aleksanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan MN istənilən vaxt vəsadət qaldırıb, sənədlərlə tanış ola bilərdi. Mətbuat xidmətinin məlumatlandırılması üçün bir faktın xatırladılmasını vacib sayan hüquq müdafiəçisi Narek Adıbekyanın qətlini yada salır.

Ermənistan ordusunda RÜSVAYÇILIQ: Əsgərlər cinsi zorakılığa məruz qaldı - FOTOXatırladaq ki, Narek Adıbekyan 2017-ci il dekabrın 11-də ölüb. İttihamın əsasını təşkil edən və istintaq orqanının irəli sürdüyü versiyaya görə, qətlin əsas şahidi olan şəxs cinsi zorakılığa, təhqirlərə məruz qalıb. O, davamlı təhqirlərə məruz qaldıqdan sonra onu öldürdüyünü söyləyib.

Adıbekyanın yaxınlarının bu ittihamı qəbul etmədikləri bildirilir. Lakin əsgər "K"nın zorlanmasına dair sübutlar təkzibedilməzdir. Bildirilib ki, onun bədənində müxtəlif çoxsaylı xəsarət izləri, zorlanma əlamətləri məhkəmə tibbi ekspertizası tərəfindən təsdiqlənib. Lakin bu xəsarətləri və zorlanma faktının hərbi hissənin zabit heyəti və ya digərləri tərəfindən deyil, məhz Adıbekyan tərəfindən törədilməsinə dair sübut yoxdur. Bundan başqa məhkəmə tibbi ekspertizasının rəyinə əsasən əsgər "K.X"yə qarşı zorlama hadisəsi müstəntiqlərin təqdim etdiyi kimi döyüş mövqeyində deyil, hərbi hissədə olarkən baş verib.

Hovhanisyan isə iddia edir ki, ona son 7 ildə erməni ordusunda əsgərə qarşı cinsi təcavüz faktının sübut edildiyinə dair heç bir hal məlum deyil.

Erməni hüquq müdafiəçiləri Hovhanisyanın bu açıqlamasının, Ermənistan MN tərəfindən sülh dövründə erməni ordusunda baş verən hadisələr və qətllərin araşdırılmasına dair heç bir iş aparılmamasını sübut etdiyini irəli sürürlər. Həmçinin baş verən hadisələrdən nəticə çıxarılmadığı məlum olur.

Beləliklə, Ermənistan ordusunda utancverici cinayətlərin təkrar baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1282   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1877
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227