"Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKAR

"Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKARTəxminən 10-12 il öncə ölkənin populyar ifaçıları onun mahnılarını oxuyurdular. Amma son illər sanki yaradıcılığında durğunluq hökm sürür. Daha doğrusu, "UZİ Gülər" kimi tanınan həkim bacısı Gülər İbrahimovanın ailəsiylə aralarındakı qalmaqal belə demək mümkünsə, Sədaqət Arifqızının yaradıcılığını ikinci plana keçirib. Əslində, elə ilk sualım da yaradıcılıqla bağlı oldu, amma görünür iki bacı arasındakı mülk qalmaqalı hələ də bitməyib.

BiG.AZ ölkə.az-a istinadən Sədaqət Arifqızı ilə müsahibəni təqdim edir:

- Sədaqət xanım, yaradıcılığınızda hansı yeniliklər var, hansı müğənnilərlə işləyirsiniz?

- Yaradıcılıq bir yana, hətta atamın adı da az qala yadımdan çıxıb. Bunlar məni o qədər bezdiriblər ki, iki ildir ümumiyyətlə yaradıcılıqla məşğul ola bilmirəm.

- Kimlər?

- Bacım və bacımın oğlu.

- Mətbuatda bu barədə oxumuşdum. Amma istərdim ki, özünüzdən ətraflı eşidək.

- 2010-ci ildə oğlum Ağası Hüseynov həyat yoldaşı və iki övladıyla birlikdə bir illik Amerikaya getdi. Amerikaya iş qurmaq üçün getmişdi. Elə oldu ki, 12 yaşlı nəvəm ağır xəstələndi və Bakıya dönməli oldular. Nəvəm Nyu-Yorkda əməliyyat olunsa da, heç bir xeyri olmadı və 2011-ci ildə uşağı itirdik. Həmin ərəfədə oğlum yeni tikilən binadan dörd otaqlı mənzil almışdı. O mənzildə oğlum ailəsiylə cəmi səkkiz ay yaşayıb Amerikaya köçmüşdü. Nəvəmin yas məclisini verdik. Təbii ki, oğlum və gəlinim, hamımız çox pis haldaydıq. Oğlum dedi ki, bu mənzildə yaşaya bilmirəm, hər şey mənə uşağı xatırladır, evimi satıram. Oğlum atası ilə birlikdə həmin mənzili satdı. Bacımın oğlu Fuad İbrahimov dedi ki, sənin başın yasa qarışdığından yaxşı mənzil axtarıb tapa bilməyəcksən, sənin üçün yaxşı ev taparam. Fuad "Lider" telekanalının yaxınlığındakı binalardan birinə köçmüşdü, oğluma da həmin binadan ev tapdı. "Tamam MTK"-ya aid binadakı mənzil isə qohumumuzun idi. Fuad gəldi ki, pulu ver, aparım alqı-satqını edim. Fuadın anası-bacım Gülər İbrahimova çox vaxt xəstə olub deyə, o uşaqlara da anamla mən baxmışam. Fuadı öz balalarımdan ayırmamışam, qucağımda böyüyüb. Ona görə də oğlum Fuada inandı. Oğluma mənzil təklif etdiyi binanın isə nə kupçası, nə orderi yoxdur, yalnız müqaviləylə alqı-satqı olunur. Halbuki neçə ilin binasıdır. Mənzili də Günel adlı qohumumuza atası Lütfi almışdı, sonradan ərə getdi və atası dedi ki, evi satıram, qızımın mənzilə ehtiyacı yoxdur. Fuadın vasitəsilə alqı-satqı edildi və mənzil oğlumun adına alındı. İki il o mənzildə yaşadıqdan sonra oğlum dedi ki, burada özümə yer tapa bilmirəm, yenidən Amerikaya köçürəm. Çünki Ağası övladının dərdini unuda bilmirdi. İki il sonra bacımın oğlanları Rəşad, Taleh və Fuad İbrahimovlar, bacımın əri, Ağasının atası qonaqlıq edib oğlumu yola saldılar.

- Sədaqət xanım, bir ara kürəkəniniz barədə də mətbuatda məlumatlar yayılırdı...

- Bəli, bundan sonra kürəkənim barədə mətbuatda xoşagəlməz yazılar dərc edilməyə başladı. Sonra mənim fotolarımı saytlara, səhifələrə qoyub yazdırırdılar ki, ucuz mahnılar müəllifi, əlli manata mahnı yazır. Halbuki heç bir mahnıma görə müğənnidən pul almamışam. Nəvələrimin, qızımın fotosunu paylaşıb xoşagəlməz sözlər yazırlar. Biz də dəli olmuşuq ki, bunları kim yazır, kim yazdırır. Yaxşı adamların sayəsində öyrəndik ki, bu yazıları yazan bacım oğlu Fuadla, bacımın həyat yoldaşıdır. Ondan sonra istər-istəməz aramız dəydi. Əslində, nəvəmin hüzr məclisindən aramız dəymişdi, münasibətlər soyumuşdu. Halbuki o yazılar gedən ərəfədə Ağası Fuada demişdi ki, bu yazıların altından sən çıxsan, məndən incimə. Fuad da dedi ki, sən nə danışırsan, əsla mən deyiləm.

- Hüzr ərəfəsində bacınızla aranızın dəyməsinə səbəb nə idi?

- Nəvəmin səhhəti pisləşən gün bacım toyda imiş. Onu dəfələrlə yığdım, cavab vermədi. Sonradan öyrəndim ki, bacım zənglərimi görüb deyirmiş ki, yəqin nəvəsinin vəziyyəti pisləşib. Bizim evdəki yasdan bir gün sonra isə ailəlikcə toya getmişdilər. Demişdi ki, sənin dərdindən mənə nə? Bir nəfərdən də eşitdim, deyib ki, Allah kimə nə dərd verdiyini bilir.

- Bəs bacınız oğlunun sizin oğlunuzu məhkəməyə verməyinə səbəb nə idi?

- Günlərin birində Amerikaya faksla bildiriş göndərilir ki, Ağası Hüseynov, sizi Fuad İbrahimov məhkəməyə verib. Guya o vaxt evi Fuad alıb və bu ev onun adına keçməlidir. Sonradan Fuad belə bir söhbət uydurdu ki, Ağasının mənə borcu var. Fuadın sənə necə borcu ola bilər ki, 17 yaşından işləyib, iki universitet bitirib, gömrük idarəsində qaçaqmalçılığa qarşı mübarizə idarəsində rəis müavini olub, atası da normal yaşayıb. Fuadın sənin puluna ehtiyacı ola bilməz axı. Ağasının qızı vəfat edəndə 32-33 yaşı var idi, imkanı da yaxşı idi. Niyə səndən borc almalıdır ki? Fuad yazır ki, Ağası Amerikaya borca görə qaçıb. Amma Ağasını onların Amerikaya necə təmtəraqla yola salmağının videosu da var. Qaçan adamı o cür təntənə ilə yola salarlarmı? Sadəcə, bilinəndən sonra ki, sən nəslimizdən, qohum-əqrəbadan anonim yazılar yazırsan, aranız dəydi. Kürəkənimi məhkəməyə verməyə gücü çatmadığı üçün oğlumu məhkəməyə verdi və qaynatası ilə qayınını şahid qoydu. Guya ki Ağası mənzilin pulunu Fuada verməyib. Üç ildir məhkəmə gedir. Əvvəlcə onlar məhkəməni uddular, sonradan biz qalib gəldik. İndi də məhkəmənin qərarı olmaya-olmaya deyirlər ki, mənzili boşaldın. Hazırda o mənzildə oğlumun atası yaşayır. Binanın sahibi də, hüquqşünası da deyir ki, mənzil Fuadındır. Belə şey heç yerdə görülməyib.

- Maraqlıdır ki, məhkəmə prosesləri gedir və oğlunuzla gəlininiz hələ də Amerikada yaşayırlar.

- Gəlinim hazırda Amerikada universitetdə oxuyur, gec-tez qayıdacaqlar və olan-qalan bir mənzilləri var. Sən niyə mənim oğlumun mənzilinə yiyələnməlisən? Oğlumun antikvar maşınını öz adına keçirdi. Halbuki o məsələdə də saxtakarlığa yol vermişdi. Sadəcə, maşın məsələsində gördü ki, biz bacarmadıq, bunun qolu güclü çıxdı. İndi də oğlumun mənzilinə əl atır. Sənin dörd-beş yerdə mənzilin var, hardan aldığını da soruşan yoxdur. Amma Ağasının dərdi başından aşır, övladını itirib, valideynləri xəstədir. Bunu Elgiz Əkbərin verilişində də demişəm ki, onsuz da bizim həyatımız bundan sonra boz rəngdədir, oğlum yeganə qızını itirib. Amma sən deyirsən ki, hər şeyinizi alacam, sizi dilənçi edəcəm. Sizə göstərə də bilərəm ki, Elgizin verilişindəki çıxışımın altından nə qədər şər-böhtan, təhqir yazdılar. Yasamal rayonu 29-cu polis bölməsinə verdim, məlum oldu ki, ərəb nömrəsiylə başqa adama yazdırırlar. Qızımın, oğlumun, özümün haqqında ağızlarına gələni yazırlar, yazdırırlar. Nazir müavini olan qohumları var, ona arxayındırlar. Bizim də başqa əlacımız qalmayıb, ölkə rəhbərliyinə müraciət etmişik. Mənzilini aldığımız Güneli məhkəməyə aparıb. Güneldən soruşublar ki, mənzili Fuada satmısan, yoxsa Hüseynov Ağasıya? Günel də deyib ki, Ağasını tanımıram. Bəs sən necə Ağasını tanımırsan ki, ev Ağasının adınadır, kommunal ödənişlər edilir. Günelin atasına zəng vurdum ki, sənin qızına ayıb deyil, axı pulu biz vermişik. Atası da getdi məhkəmədə ifadə verdi ki, mənzili Hüseynov Ağasıya satmışıq, pulumuzu da qəpiyənə qədər almışıq. Fuad isə deyir ki, pulu özümdən vermişəm, Ağası mənə 85 min borcludur. Özündən rəqəmlər kəşf edir. Yoldaşıma da şər atdılar ki, guya Fuadın qayınatasından altmış min borc alıb. Həmin qayınata isə təqaüdlə dolanan kasıb adamdır. Mənim yoldaşım da tanınmış həkimdir, alimdir, uzun müddət 2 nömrəli tibb məktəbinin direktoru müavini işləyib, bir müddət isə direktor vəzifələrini icra edən şəxs olub. Sizcə, belə bir adam mənim bacımın su satan qudasından altmış min borc alar? Biz həmin məhkəməni udduq. Əslində, bu məsələ barədə danışmaq istəməzdim, amma bıçaq sümüyə dirənib. Oğlumun mənzilini niyə ona verək? On iki yaşlı məsum nəvəmin qəbrinə and içirəm ki, bizim bacıma, bacımın ailəsinə, övladlarına borcumuz yoxdur. "Quran"a da əl basaram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2401   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 590
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2220
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 1234
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 670
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 572
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1315
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 571
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1652
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 984