"Böyrəyimi ehtiyacdan satıram" – Paytaxtda qanunsuz orqan satışı – VİDEO

"Böyrəyimi ehtiyacdan satıram" – Paytaxtda qanunsuz orqan satışı – VİDEOBöyrəyimi satıram, ciyərimi satıram və yaxud da hər hansı bir orqanımı satıram. Bu cür elanlara şəhərin müxtəlif yerlərində siz rast gələ bilərsiniz. Hətta bəzən bu elanda olduğu kimi qan qrupu da göstərilir. Səbəb isə müxtəlifdir. Bəs hər hansı bir insan öz orqanını sata bilərmi? Buna qanun nə deyir.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Adil Qeybulla - Həkim: "Bəziləri bunu yazmaqla, başqa məqsəd güdürlər. Bu, qətiyyən düzgün deyil, cinayətdir. Orqan yalnız və yalnız donor bankından götürülə bilər, ya ata-anadan, ya qardaş-bacıdan, ya kimsədən".

Həmin elanlardan birində olan telefon nömrəsi ilə əlaqə saxladıq:

- Elanda yazılıb böyrəyinizi satırsınız.
- Bəli satıram.
- Niyə satırsınız?
- Ehtiyac üzündən.
- Sizin böyrək sağlamdır?
- Bilmirəm.
- Qiyməti nə qədər olacaq?
- Qiyməti görüşəndə danışarıq. Telefon söhbəti deyil.

Azərbaycanda orqan transplantasiyasına 2008-ci ilin dekabr ayında başlanılıb. Yad şəxsin isə donor olmasına icazə verilmir. Əgər maddi sövdələşmə varsa, bu, Azərbaycan qanunlarına uyğun deyil.

Samir Qasimov - Vəkil: "Orqan və toxumaların alqı-satqısı qadağandır. Məsələn böyrəyimi kiməsə pulla verim. Bu cür sövdələşmə kimdənsə qadağandır. Cinayət məcəlləsinin 137-ci maddəsinə əsasən müxtəlif cəzalarla, ən ağır halda isə 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnə bilər".

Adil Qeybulla - Həkim: "Ümumiyyətlə orqan nəqli məsələsi qanunla tənzimlənən məsələ olmalıdır. Əvvəla bununla bağlı donor haqqında qanun layihəsi olmalıdır. Ölkədə şəbəkə yaradılmalıdır. Donor bankı yaradılmalıdır".

Hazırda Milli Məclisdə orqan köçürülməsi ilə bağlı layihə müzakirə olunur.

Rəşad Mahmudov - Millət Vəkili: "İnsan orqan və toxumalarının transplantasiyası haqqında qanunun yeni forması artıq hazırdır. Bu qanunun Milli Məclisin növbəti plenar iclaslarında öz təsdiqini tapacaq".

Səhiyyə nazirliyindən də bildirildi ki, ölkəmizdə orqan ticarəti, alış-verişi qanunla qadağandır və bu qanunu pozanlar Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 546   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

20:44 0
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

20:27 0
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 416
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

05.05.2024 777
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

20:38 0
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

20:45 0
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 239
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

12:31 185
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

20:52 0