"Elə bilirlər ki, Akif İslamzadənin həyat yoldaşıyam" - Nailə İslamzadə

"Elə bilirlər ki, Akif İslamzadənin həyat yoldaşıyam" - Nailə İslamzadəƏməkdar artist Nailə İslamzadə rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı həyatı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, yeni aparıcılığa başladığı illərdə onu müğənni Akif İslamzadənin həyat yoldaşı hesab edirmişlər:

"Efirə Uluxanova kimi gəldim. İki-üç il sonra İslamzadə oldum. Həmin ərəfədə Akif İslamzadəyə görə bu soyad məşhur idi. Həm də Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz oxumurdu da.

AzTV-dən özüm getdim, amma məni getdirdilər. Mən getdiyim vaxtdakı şərait olmamışdı. Bir çoxlarımızı oradan getdirdilər".

Aparıcı "Nailə İslamzadə acılarını necə unudur" sualına belə cavab verib:

"Allah insanı unutqan yaradıb. Çox şeylər unudulmur, acı səngiyir. Elə olmasa, heç kim yaşaya bilməz. O günlərdə keçirdiyin hislər, getdikcə səngiyir. O olmasa, insan dəli olar, yaşaya bilməz. Allahın verdiyi hər şeyi qəbul etmək lazımdır. Qardaşlarım rəhmətə getdi, anam yaşamaq istəmir, amma yaşayır. Düşünürsən ki, sonda yenə görüşəcəyik da, bu adama təsəli verir".

N.İslamzadə sosial şəbəkələrdən gileylənib:

"İndi barmaqarası baxdıqlarımızla yanaşı, yaxşılar da var. Hər kəs hörmətini qoprumalıdır. Sosial mediada yaşananlar məni qane etmir. Hər kəs öz mədəniyyətini göstərir. Əlində bir telefon var, sanki, dünya bunlardan ibarətdir. Səhər-axşam "sabahınız xeyir, gecəniz xeyrə qalsın" yazmaq nə verir? Bunlar olmaz".

Şəxsi həyatı ilə bağlı suala isə aparıcı ötəri cavab verməyə çalışıb:

"Hər kəsin ailəsi var. Durum həyat yoldaşımdan danışım və ya şikayət edim? Mənim üçün ayıb olar. Çox övlad istəyərdim, amma Allah birini qismət etdi. Deyirdilər, Nailənin iki-üç qulluqcusu var. Yox, oğlum mənim yeməklərimi yeyir ancaq. İşlərimi özüm edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1928   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1017
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 293
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 960
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 435
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

00:48 957
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 1803
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

12:00 315
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 869
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 722