Özlərini gözəlliyə qurban verənlər – VİDEO

Özlərini gözəlliyə qurban verənlər – VİDEOSon vaxtlar süni gözəlliyə üstünlük verən uzun caynaqlı, tatuaj edilmiş qaş, yaxud da taxma kirpikli xanımlara daha çox rast gəlirik. "Gözəllik qurban tələb edir" deyib süni gözəllik detalları əlavə edən bu xanımlar qaş düzəldən yerdə, sözün əsl mənasında göz çıxardıqlarının fərqində belə deyillər.

ARB TV-nin "Günə doğru" proqramı mövzusu ilə bağlı maraqlı süjet hazırlayıb.

Anar Abdullayev – Oftalmoloq: "Gözdə quruluq törədə bilər. Düzgün gigiyenik qulluq olmadığı zaman gözdə iltihab baş verə bilər, gözə infeksiya bulaşa bilər. Ona görə də mütləq nəzarət altında istifadə olunmalıdır".

Taxma, yaxud da kirpik qaynaqlarına gəlincə...

Anar Abdullayev – Oftalmoloq: "Kirpik materiallarından da çox şey asılıdır. Onlar müəyyən qədər kirpiyə ağırlıq göstərdiyi üçün bəzən malarozis deyilən yəni kirpiklərin tökülməsi halı ilə rastlaşmaq olur".

Gözəlləşmək istəyən xanımlar nəinki göz, yaxud kirpik hətta saç və dırnaqlarına da xüsusi çəki düzən verməklə özlərini bilmədən gözəlik qurbanlarına çevirmiş olurlar. Həkimlərin sözlərinə görə taxma saçların yəni pariklərin və dırnaqların da yaratdığı bir sıra dəri xəstəlikləri var.

Zülfiqar Fərəcov - Dermatoloq: "Parikin hazırlanmasında cürbəcür ximikatlardan istifadə olunur və bu ximikatlar insanın dərisinə mənfi təsir göstərə bilir. Həmin pariklər də uzun müddət geyildikdən sonra kontakt dermatit deyilən xəstəlik əmələ gəlir".

Dırnaq qaynağına maraqlı olanların da diqqətli olmasında fayda var.

Zülfiqar Fərəcov - Dermatoloq: "Yeni dırnaqların qoyulması göbələk xəstəlikləri deyilən maya göbələk, tırkapediya xəstəlikləri, epidermapetiya kimi xəstəliklər yaradır, bunlarda gələcəkdə ağır fəsadlar verə bilir.

Vəfa Əkbər - Psixoloq: "İnsan özünü olduğu kimi qəbul etsə o insan cəmiyyətdə də qəbul olunacaq. Düşdüyü mühitdə də seviləcək. Artıq onun qüsurları hamının gözündə silgi kimi silinəcək və həqiqətən də qüsursuz və özünəməxsus gözəlliyə sahib olacaq".

Gözəllik ondur doqquzu dondur deyirlər. Ancaq bu 9 donu elə geyinmək lazımdır ki, sonradan bir dona möhtac qalmayaq. Özünüzü olduğunuz kimi sevin, sevin ki hər kəs də sizi siz olduğunuz üçün sevsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1495   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 325
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

26.04.2024 175
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 490
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 164
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 169