Qarabağda müharibə başlasa, nə olacaq? - Ermənistanın geri çəkilməsi üçün beş səbəb

Qarabağda müharibə başlasa, nə olacaq? - Ermənistanın geri çəkilməsi üçün beş səbəbQarabağ münaqişəsi 27 ilən artıqdır davam edir. Ona görə yox ki, Azərbaycan öz torpağını azad etmək gücündə deyil, ona görə ki, Azərbaycan hər şeyin sülhlə həll olmasının tərəfdarıdır, lakin Ermənistan bu illər ərzində ən müxtəlif variantlara əl atıb. Münaqişənin "sifət"ini başqa yönə çevirməyə cəhd edib, öz torpaqlarımızda qondarma dövlət yaradıb, separatçıların rəhbərini bizimlə bir stola oturtmağa cəhd edib. Bu sadaladıqlarımız illərdir ən müxtəlif formalarda "süfrə"yə gətirilir, "yeyilmir", yenidən geri qaytarılır.

Deməli, ermənilər sülh yoluna daş tökür. Geriyə sadəcə bir yol qalır: müharibə.

"Azərbaycan torpaqlarını müharibə ilə geri ala bilməz" deyə düşünənlər və fikirlərini dilə gətirənlər isə 2016-cı ildən birdəfəlik susdurulub. Azərbaycan dövləti və xalqı cəmi dörd günə 27 illik baryeri keçdi. Ordumuz 18 dəqiqə ərzində ermənilərin illərdir qurduğu müdafiə xəttini yardı və...

Bu iflasdan sonra Ermənistan yenə də "özünə gəlmir".

Hakimiyyət dəyişikliyindən sonra "demokratiya" deyə bağıran Paşinyanın da siyasəti sələflərindən fərqlənmir.

Bəs onlar nəyə güvənir?

Oxu.Az Azərbaycanla Ermənistan arasındakı beş əsas fərqi araşdırıb.

Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq gəldiyimiz nəticəni, yəni "Ermənistanın geri çəkilməsi üçün beş əsas səbəb"i təqdim edirik:

Maliyyə problemi

Hazırda Azərbaycanın dövlət büdcəsi Ermənistanınkından dəfələrlə çoxdur. Azərbaycanın 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, Ermənistanın isə 5 milyard 100 milyon 272 min manatdır. Bu rəqəmlərə baxdıqda Ermənistanın müharibə başlandığı anda qarşılaşa biləcəyi maliyyə problemini aydın görmək mümkündür.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, 2012-ci ildə dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub. 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manat və ya 1,611 milyard ABŞ dolları ayrılıb. Azərbaycanın müdafiə üçün nəzərdə tutulmuş xərcləri Ermənistanla müqayisədə, təxminən üç dəfə artıqdır.
Şəxsi heyətdə çatışmazlıqlar

1918-ci ildə yaradılan Azərbaycan ordusu hazırda dünyanın ən güclü ölkələri sırasında 52-ci yerdədir. 1992-ci ildə yaradılan Ermənistan ordusu isə bu siyahıda 96-cı yerdə qərarlaşıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrində 66 950 nəfər hərbi qulluqçu var. Ehtiyatda olan hərbi qulluqçularımızın sayı 300 min nəfərdir.

Ermənistan ordusunda isə hazırda 44 800 hərbçi xidmət edir. Ermənistan Silahlı Qüvvələrinin ehtiyatında 210 min hərbi qulluqçu var.

Silahlandırma məsələləri

Hazırda Ermənistan ordusunun silahlanmasına ikisi təlim olmaqla, 15 ədəd "Su-25" qırıcısı, 17 ədəd təlim təyyarəsi, dörd ədəd nəqliyyat təyyarəsi, bir ədəd sərnişin təyyarəsi, 31 ədəd helikopter, 60 ədəd S-300 hava hücumundan müdafiə sistemi daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına isə beşi təlim olmaqla, 73 ədəd qırıcı, 50 ədəd təlim təyyarəsi, 181 ədəd helikopter, dörd ədəd nəqliyyat təyyarəsi, 84 ədəd pilotsuz uçuş aparatı daxildir.

Həmçinin, ordumuzun silahlanmasında "Otokar Kobra" zirehli döyüş maşını, "Toçka-U" taktiki raket kompleksi, S-125 "Peçora" zenit raket kompleksi, "Buk-M1-2" zenit raket kompleksi, S-300 PMU2 "Favorit" uzun radiuslu zenit raket sistemi və TOS-1A "Buratino" Reaktiv Yaylım Atəş Sistemi var.

Qarabağda müharibə başlasa, nə olacaq? - Ermənistanın geri çəkilməsi üçün beş səbəbQarabağda müharibə başlasa, nə olacaq? - Ermənistanın geri çəkilməsi üçün beş səbəbAzərbaycanın istehsal etdiyi hərbi məhsullar:

• "İstiqlal" snayper tüfəngi
• "Yalquzaq" snayper tüfəngi
• "Matador" zirehli transportyoru
• "Gürzə" patrul maşını
• "Marauder" zirehli transportyoru
• "EM-14" avtomatı
• "Xəzri" avtomatı
• "Şimşək" hücum tüfəngi
• "İnam" tapançası
• "Zəfər-K" tapançası
• "Zəfər" tapançası

2018-ci ildə Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edib.

Əhalinin artımı

Bu günlərdə Azərbaycan əhalisinin sayı 10 milyona çatıb. Yaxın on ildə ölkəmizin əhalisinin sayının 11 milyona çatması gözlənilir.

Ermənistanda isə əhalinin sayı üç milyon nəfərdir və hazırda bu ölkədə əhalinin kəskin azalması müşahidə edilir. Buna səbəb Ermənistanda hökm sürən iqtisadi-sosial problemlərdir. Erməni gənclərin əksəriyyəti dolanışığın çətinliyi səbəbindən ölkədən qaçmaq məcburiyyətində qalırlar. Məlumata görə, son vaxtlar Ermənistanı tərk edən ermənilərin sayında artım müşahidə edilir.
Hərbi əməkdaşlıq

Ermənistanın beynəlxalq hərbi əməkdaşlığı çox aşağı səviyyədədir. Bu ölkə Litva, Gürcüstan, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İranla hərbi əməkdaşlıq aparır.

Ancaq hazırda Azərbaycan dünyanın 40-dan çox ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı 1992-ci ilin mart ayında ölkəmizin bəzi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə yeni yaranmış və 1997-ci ildən etibarən Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.

1994-cü il mayın 4-də Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramına qoşulub. Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir.

Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi, Sülhməramlı qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və hava məkanına nəzarət sahələrində müvafiq islahat fəaliyyətlərini həyata keçirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3