"Yalnız bizdə telefon ustalarını "proqramist" adlandırırlar" - 56 min dollar təqaüd qazanan Yasin

"Yalnız bizdə telefon ustalarını "proqramist" adlandırırlar" - 56 min dollar təqaüd qazanan YasinYasin Quliyev: "Hazırlayacağımız robota süni intellekt proqram proqramı yüklədikdən sonra küçələri zibillərdən təmizləyəcək"

Türkiyədə ali təhsil almaq üçün 56 min dollar təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyevin uğuru sosial şəbəkə və mediada müzakirə olunmaqdadır.

Qeyd edək ki,Yasin bir neçə ay bundan əvvəl II Robot Olimpiadasının qalibi olmuşdu. Elə bu münasibətlə də azedu.az-ın qonağı plan məktəbli suallarımıza maraqlı cavablar vermişdi.

Yasin Quliyevlə bir neçə ay bundan əvvəl aldığı müsahibəni təqdim edirik.

"Line follower", "Lego sumo" və "Hardware control" və "Drone Racing" kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran, Şəki şəhərlərini təmsil edən 33 məktəbdən 200-ə yaxın şagird 86 layihə ilə çıxış edib. Layihələr Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, STEP Kiçik Kompüter Akademiyasından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

-Yasin,necə oldu ki, cəmi 4 yaşında səndə texnologiyaya həvəs yarandı?

- İlk dəfə atam evə noutbuk gətirəndən sonra yavaş-yavaş kompüterə marağım artdı. Bir-bir menyuları axtarır, yeni nələrsə öyrənməyə çalışırdım. 4 yaşımda sadəcə, kompüterin hissələrini öyrənməyə başladım. Bu, sonradan vərdiş halını aldı. İnternetdə proqramlaşdırma haqqında araşdırmalar aparırdım. Son 6 ildə 4 proqramlaşdırma dili öyrənmişəm. Bunlar C ++ , Python, Java və Pascaldır. Lakin bilgilərim hələ də yetərli deyil. Web proqramlaşdırmaya da hazırlaşmaq istəyirəm. Bəzi saytları özüm yığmışam. Bu il ən böyük hədəfim robotexnika sahəsində uğur qazanmaqdır.

-4 yaşından proqramlaşdırmanı, heç kimin köməyi olmadan, yalnız öz üzərinizdə çalışaraq öyrənməyə başlamısan. Yəqin ki, bu, sənə müəyyən çətinliklər yaradıb…

-Bir məlumatı özümüz axtarmağa başlayanda o qədər də çətinlik yaranmır. Hər şey sizdən asılıdır. Bəzən, nəyisə axtaranda bəzi şeyləri səhv edirsiniz, onu isə düzəltmək çətin olur.

-Məktəb qiymətlərin necədir? Humanitar fənləri necə oxuyursan?

-Bizim məktəbdə sistem biraz fərqlidir. Bəzi fənləri ümumiyyətlə, keçmirik. Tədris bölmələrə ayrılır. Mühəndis, iqtisadiyyat, tibb və s. Mənə yalnız mühəndis bölməsinə aid olan dərslər keçirilir. Bu fənlərdən də qiymətlərim yaxşıdır.

- Yasin, II robot olimpiadasınınqaliblərindən birisən. Necə oldu ki, bu olimpiadaya qatılmaq qərarını verdin?

-II robot olimpiadasıyla bizim məktəb əməkdaşlıq edirdi. I robot olimpiadası barədə də məlumatlı idim. Sadəcə, robot haqqında məlumatım yox idi deyə,birinciyə qatılmadım. II robot olimpiadası 4 kateqoriya – "Line follower", "Lego sumo" və "Hardware control" və "Drone Racing" üzrə keçirildi. Biz "Hardware control" kateqoriyasında I yer tutduq. Digər bölmələrdə də iştirak edə bilərdik. Sadəcə, bir az vaxt azlığı oldu deyə, iştirak etmədim. Düzəltdiyimiz robotun kiti bizə "First Global" tərəfindən yollanmışdı. Biz küçələrdə, əyləncə mərkəzlərində zibilləri yığa bilən robot kit hazırladıq. İndiki hədəfimiz süni intellekt vasitəsilə robota proqram yazmaqdır. Belə olduqda, robot yollarda olan zibilləri heyvanlardan, yaxud başqa əşyalardan ayıra biləcək. Bu robotu Meksikada göstərməyəcəyik. Meksikada göstərəcəyimiz robot "First Global"ın bizə verdiyi tapşırıqlar əsasında hazırlanan robot olacaq. "First Global" bizə hər il müəyyən tapşırıqlar verir. Məsələn, keçənilki tapşırıqda robot su və çirkli tullantıları bir-birindən ayırmalı idi. Keçənilki yarışa 167 ölkə qatılmışdı, bu il 140-dan çox ölkənin iştirakı gözlənilir.

-Yasin, bəzi şagirdlər yarışların, xüsusilə də fənn olimpiadalarının şəffaf keçirilməməsi ilə bağlı narazılıq edirlər. Olimpiada iştirakçısı olaraq bu fikirləri necə dəyərləndirirsiniz?

-Fənn olimpiadalarında İnformatika üzrə iştirak etmişəm, amma o qədər də şəffaf olduğunu görməmişəm. İnformatika.edu.az saytında 250 istifadəçi yarımfinala keçir. Məncə,bu düzgün deyil. Bəzi şagirdlər cavabları digər şagirdlərdən köçürdərək,"250-lik"ə rahatlıqla girməyi bacarırlar. Yarımfinal mərhələsi isə çətindir. Burada köçürə bilmirsiniz, çünkü bir nəzarətçilər var, bir kompüter, bir də sən. Digər problem isə əgər yarışın 09:00-da başladığı deyilibsə, 09:00-da başlamır. Çünki sayt o qədər yavaşdır ki, hamı birdən girən kimi çökür. Gözləməlisən ki, sayt yenidən özünə gəlsin. Bəzi uşaqlar saytın özünə gəlməyini gözləyənə kimi yorulurlar. İlk qatıldığım olimpiadadanın səhv etmirəmsə, finalında sayt gecikdi, amma vaxtımız da gedirdi.

-Yeri gəlmişkən, informatikanın məktəblərdə tədrisi barədə nə deyə bilərsən?

-Hazırki məktəbimdə çox yaxşı tədris olunur və proqramlaşdırmaya başlamaq üçün əsas bilgilər verilir. Əvvəlki məktəbimdə informatika dərsinə saat ayrılsa da, keçirilmirdi. Proqramlaşdırma hazırda kurikulum əsasında tərtib olunan dərsliklərdə var. Dərsliklərdə yazılanlardan şagirdlər heçnə başa düşmürlər. Belə olanda müəllim də şagirdə dərs deyə bilmir.

-Yəni, İnformatika müəllimlərinin özləri də proqramlaşdırmanı bilmirlər..

-Bəzi müəllimlər bu sahəni çox yaxşı bilir, bəziləri isə heç nə bilmirlər.

- Yasin, sayt tərtib edə bildiyini vurğuladın. Azərbaycandakı saytların vəziyyətini necə qiymətləndirirsən?

-Bəzi saytlar çox yaxşı, bəziləri isə çox pisdir.Bizdə ən böyük problem odur ki, bəzi xəbər saytları pul qazanmaqdan ötrü yanlış xəbərlər paylaşırlar. Azərbaycanda ən yaxşı saytı soruşsanız,"hesab.az"ı deyərdim. Çünki o saytın qurucusu bizə mühazirə keçmişdi. Amerikada təhsil alıb və Azərbaycanda belə bir sistemin olmadığı görüb. Hazırda saytda bəzi dəyişikliklər aparır. Təhlükəsizliyi yüksək səviyyədə qorunan saytdır.

- Səncə, Azərbaycanda yüksək səviyyədə proqramçılar var?

-Xeyr yoxdur.

-Bəs, güclü mütəxəssislərin yetişməsi üçün nə lazımdır?

- Təhsil lazımdır! Hamı elə düşünür ki, kompüteri qabağıma qoyub, "Youtube"dən videoya baxacağam və proqramçı olacağam. Telefon düzəldən ustaları "proqramist" adlandırırlar. Hansı ki, onlar kursa gedib telefon proqramlaşdırmasını öyrənirlər. Digər tərəfdən universitetlərin verdiyi təhsil o qədər də yaxşı deyil.

-Robotexnikanın Azərbaycanda vəziyəti necədir?

-Biz robotexnikanın hələ 1 faizini bilirik. Bu, hələ başlanğıcdır. Azərbaycanda robotexnikaya aid bir ofis belə görməmişəm. Türkiyədə isə çox rast gəlmişəm. Dövlət özü ofislər açır ki, bu yerlərdə işləyə biləsiniz.

-Qeyd etdin ki, hazırlayacağın robota süni intellekt tətbiq etmək fikrindəsən. Hazırda bu dünyada geniş yayılıb və yayılmaqda davam edir. Səncə, süni intellektin 30-50 ildən sonra dünyanı ələ keçirəcəyinə dair fikirlər nə dərəcədə doğrudur?

-Bunun qarşısını almaq olmaz. Böyük insanlar işin arxasına düşdüsə,bu, artıq qarşısıalınmazdır. Süni intellektin mənfi və müsbət cəhətləri var. Bu vasitəylə dünyanı da ələ keçirə bilərlər.

Məsələn, mənfi tərəfləri hansılardır?

-Bir hörümçək düzəldirlər və onun əvvəlcə bir ayağı qırılır, bir az da gedir və o biri də sınır. Sonra yavaş-yavaş getməyə başlayır. Digər ayağını qaldırıraq ondan əl olaraq istifadə etməyə başlayır və pilləkənləri qalxır. Sonrasını siz fikirləşin və görün süni intellekt nələr edə bilər.

- Beynalxalq olimpiada qaliblərinin Azərbaycandakı ali məktəblərə imtahansız qəbul olmasıyla bağlı təkliflər səslənir. Bu təklifi necə dəyərləndirirsən?

- Bəzi mühəndislərin çox yaxşı ideyaları var, amma qiymət ortalamaları bərbaddır. Bu onlara gələcəkdə çox böyük problem yaradacaq. İki işi dəbir yerdə tutmaq lazımdır. Robotu buraxsalar onlara elə də ciddi bir problem yaratmayacaq. Təhsili atıb robotu seçsələr,heç yerə gedə bilməyəcəklər. Maksimum robot müəllimi ola bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2521   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261