Eldar Mahmudovun əmisi oğlunun ifadəsi yayıldı: "Mənə pul çatmayıb" – Şok sözlər

Eldar Mahmudovun əmisi oğlunun ifadəsi yayıldı: "Mənə pul çatmayıb" – Şok sözlərDövlət əmlakını mənimsəməkdə, hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun istintaqa verdiyi ifadəsi məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüqar Mahmudov ifadəsində dövlət əmlakını mənimsəmə, iş adamlarından, eləcə də tanınmış şəxslərdən hədə-qorxu yolu ilə pul tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədilmə, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ittihamları ilə özünü təqsirli bilməyib.

Vüqar Mahmudov bildirib ki, 2000-ci ildə Azərbaycan İqtisad Universitetinin Dövlətin hüquqi idarəetməsi fakültəsinin bitirib, 2001-2004-cü illərdə daxili işlər orqanlarında, 2004-cü ildən 2015-ci ilədək isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləyib: "Sonuncu iş yerim Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsi olub. 2015-ci ilin oktyabrın 25-də polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışam".

Vüqar Mahmudov qeyd edib ki, biznesmen Maqsud Mahmudovu tanımayıb: "Onunla bağlı MTN-də hər hansı araşdırma aparılmasından, o cümlədən 2015-ci ilin iyul-sentyabr aylarında həbs olunmaması və barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində Antiterror Mərkəzinin vəzifəli şəxsləri vasitəsi ilə 120 min ABŞ dolları pul verməsindən məlumatım yoxdur.

Qeyd olunan pulun 70 min dolları hissəsi mənə verilməyib".

Vüqar Mahmudovun sözlərinə görə, Rafiq Səfərovun Tural İsgəndərlini qanunsuz saxlayıb, MTN-in Xəzər rayon şöbəsinə aparması, orada saxlanılması barədə ona məruzə olunmasını xatırlamır: "MTN-in Xəzər rayon şöbəsinin vəzifəli şəxslərinin Tural İsgəndərlidən 10 min ABŞ dolları, 500 manat almalarından, Rafiq Səfərovun MTN-in Binəqədi rayon şöbəsində siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslər barəsində əməliyyat keçirməsindən məlumatım olmayıb.

Rafiq Səfərova siqaret qaçaqmalçılığı ilə bağlı əməliyyat keçirməsi, eləcə də onun tərəfimdən saxlanılmış siqaretlərin buraxılması barədə tapşırıq verməmişəm".

Vüqar Mahmudovun ifadəsinə görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və digərləri ilə əməliyyat-axtarış tədbirlərinin icrası adı ilə zərurət olmadan nazirliyin xəzinəsindən 2.971.300 manat pul vəsaitinin ələ keçirilərək mənimsənilməsindən dəqiq məlumatı yoxdur.

Vüqar Mahmudov qeyd edib ki, Tağı Əhmədovu Bakı Metropoliteninin sabiq rəisi kimi tanıyıb: "Onunla şəxsi münasibətlərim olmayıb, onunla heç vaxt görüşməmişəm, telefonla danışmağımı xatırlamıram. Tağı Əhmədovla danışaraq problemini Akif Çovdarovla həll etməsinə dair sabiq nazir Eldar Mahmudovun göstərişini ona çatdırmağımı dəqiq xatırlamıram.

Akif Çovdarov və digərlərinin hədə-qorxu yolu ilə Tağı Əhmədovun 3.000.000 manatını ələ keçirməsi barədə məlumatın yoxdur. Ümumiyyətlə Tağı Əhmədovdan hər hansı məbləğdə pul alınmasına inanmıram və mənə həmin puldan heç nə verilməyib".

Vüqar Mahmudov iş admalarının qanunsuz dinlənilmələri, Maqsud Mahmudov, Zaur Əzimov, Sahib Qurbanovun, külli miqdarda pul vəsaitlərini və əmlaklarının ələ keçirməsi barədə sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250