"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR

Xərçəng xəstəliyindən əməliyyat olunan aparıcı Tahirə Məmmədqızı ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, əməliyyatdan sonra ilk dəfə efirə çıxan aparıcı səhhətindən danışıb. O bildirib ki, müalicəsi davam edir, artıq işə başlayıb:

"Ölümlə üz-üz qaldım. Çətin günlər keçirdim. O zaman dostlarım mənə çox dəstək oldu. O zaman anladım ki, yaxınlarımdan çox dostlarım yanımda oldu. Mənim bədənim bu xəstəliyə meyllidir sanki. Bir neçə il əvvəl də əməliyyat olunmuşdum. Bədənimin digər nahiyəsində şiş var idi. Bu yaxınlarda da eyni xəstəlik səbəbindən əməliyyata getməli oldum".

Əsgər anası olan T.Məmmədqızı oğlundan danışıb:

"Çalışdım ki, xəstəliyimi oğlumdan gizlədim. Əsgərdir, istəmirdim bu xəbəri eşidib pis olsun. Mən əməliyyata gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir. Amma çox gizlədə bilmədim. Oğlum anasının xərçənglə mübarizə apardığını bildi".

Ruida
"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR
"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR
"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR
"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR
"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR
"Mən əməliyyat gedəndə oğlum bilmirdi ki, anası xərçəngdir..." - Azərbaycanlı aparıcı - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2574 Tarix: 19.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol

Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər