İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)

İranda Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq mayın 21-də Təbriz və Urmiyada kütləvi etiraz aksiyaları keçirilib.
Bu barədə aksiya keçirilən şəhərlərdə yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, nümayişlərdə kişilərlə yanaşı, qadınlar da iştirak edib. Dinc yolla keçirilən aksiyalarda Urmiya gölünə dəstək, hakimiyyətə isə qarşı siyasi şüarlar səsləndirilib.
"Yaşasın Azərbaycan", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" şüarları altında keçirilən nümayişlərdə əsas tələblər Urmiya gölünün qurumasının qarşısının alınması üçün hökumətin ciddi tədbirlər görməsi, azərbaycanlı fəallara qarşı təzyiqlərin dayandırılması, milli ayrı-seçkiliyin aradan qaldırılması və 35 milyondan çox azərbaycanlının vətəndaş hüquqlarının təmin edilməsi olub. Urmiyanın Əsgərabad məhəlləsində və "Sərdaran" adlı dördyolda polis dəstələri ilə nümayişçilər arasında qarşıdurmalar yaranıb. Polislər motosikletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin dəyənəklərlə hücum ediblər. Təbrizdə və Urmiyada polis plastik güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. İlkin məlumatlara görə, beş saat davam edən aksiyalarda yüzdən çox nümayişçi həbs olunub, yaralananlar da var. Xoy, Marağa, Miyana və başqa bir neçə şəhərdə aksiya keçirməyə cəhdlər olsa da, polisin qabaqlayıcı tədbirləri nəticəsində bu baş tutmayıb. Polis 2-3 nəfərin bir yerə yığışdığını görən kimi həbs edib. Hazırda İranın Azərbaycan əyalətlərinin iri şəhərlərində internet kəsilib.

mənbə: movqe.az

İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)İran azərbaycanlıları qiyama qalxdı (Fotolar)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4894   Tarix: 22 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saçınıza uyğun şampunu necə seçməlisiniz? - DERMATOLOQDAN AÇIQLAMA

Saç baxımında istifadə olunan şampunun düzgün seçilməsi həm saçların sağlamlığı, həm də baş dərisinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Hər saç tipinin ehtiyacları fərqlidir və hər kəs üçün uyğun olan universal şampun mövcud deyil. Yağlı, quru, normal və ya boyanmış saçlar üçün nəzərdə tutula

18.06.2026 242
.

Şimali Koreya Böyük Britaniya ilə diplomatik münasibətləri məhdudlaşdırır

Şimali Koreya Böyük Britaniyadakı səfiri Mun Myong Sinin geri çağırıldığını və diplomatik missiyadakı fəaliyyətinə son verildiyini elan edib. Rəsmi Pxenyan bildirib ki, Londonun tətbiq etdiyi sanksiyalar qüvvədə qaldığı müddətdə iki ölkə arasındakı diplomatik əlaqələr daha aşağı səviyyədə davam etdiriləcək

18.06.2026 192
.

Belçika Ukrayna ilə bağlı qərarı dəyişdi: Kiyevə daha çox "F-16" göndəriləcək

Belçika Ukrayna Silahlı Qüvvələrinə vəd ediləndən daha çox "F-16" qırıcı təyyarəsi vermək qərarına gəlib. -ın İnterfaks.ua-ya istinadən xəbərinə görə, bu barədə Belçika müdafiə naziri Teo Franken NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl jurnalistlər

18.06.2026 193
.

Qarpız toxumu yemək olarmı? Dietoloqların cavabı təəccübləndirdi

Uşaqlıqdan bəri bir çoxumuz qarpız tumunu udmağın zərərli olduğunu eşitmişik. Lakin dietoloqlar bildirirlər ki, qarpız tumlarını udmaq tamamilə təhlükəsizdir və onlar sağlamlıq üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Qarpızın Təbliği Şurasını

18.06.2026 131
.

Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılması gözlənilir

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində iqtisadi siyasət sahəsində əldə etdiyi uğurlar onun dünya dövlətləri arasındakı nüfuzunun daha da artmasına səbəb olub. Xüsusil

18.06.2026 203
.

Şəhid Ruhid İslamlının qəhrəmanlıq yolundan bəhs edən bədii filmin çəkilişlərinə başlanılıb

Şəhid Ruhid Uğur oğlu İslamlının həyat və qəhrəmanlıq yolundan bəhs edən bədii filmin çəkilişlərinə başlanılıb. Film NN. tərəfindən istehsal olunur. Layihənin rejissoru Natiq Novruzovdur. BİG.AZ xəbər verir ki, ekran əsərində Ruhid İslamlının vətəninə, millətinə və dövlətinə sonsuz sədaqətlə bağlı ola

18.06.2026 162
.

NATO Ukraynaya yeni hərbi yardım paketini müzakirə edir

NATO üzvü olan ölkələr Ukraynaya ayrılacaq hərbi dəstəyin həcmini artırmaq imkanlarını dəyərləndirirlər. Məlumata görə, alyans daxilində 70 milyard avro dəyərində yeni yardım paketinin formalaşdırılması ilə bağlı müzakirələr aparılır. Bildirilir ki, bu təşəbbüsün NATO-nun 7-8 iyul tarixlərində keçiriləcə

18.06.2026 166
.

Rütte: "ABŞ qoşunlarının Avropadan çıxarılması dərhal başlayacaq"

Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rütte ABŞ-nin Avropadakı hərbi kontingentini azaltmağa dərhal başlayacağını təsdiqləyib. Bununla belə, o, müharibə baş verəcəyi təqdirdə Vaşinqtonun Avropanı qorumaq üçün əlindən gələni edəcəyinə ümid etdiyini bildirib. xəbər verir ki, bu barədə TAS

18.06.2026 174
.

Yumurta qaynadılarkən niyə çatlayır? - Hamı eyni səhvi edir

Səhər yeməyinin əvəzolunmaz qidası olan yumurtanı qaynadarkən qabığının çatlaması və ağ hissəsinin suya axması bir çox insanın qarşılaşdığı problemdir. Halbuki mükəmməl görünüşlü, hamar qabıqlı və asanlıqla soyulan qaynadılmış yumurta hazırlamaq düşündüyünüzdən daha asandır. Peşəkar aşpazların istifad

18.06.2026 142
.

TOP MP3