"ABŞ Ermənistana torpaqlarımızı geri qaytarmağı təklif edə bilər" - Deputat nazirlərin görüşü haqda

"ABŞ Ermənistana torpaqlarımızı geri qaytarmağı təklif edə bilər" - Deputat nazirlərin görüşü haqdaXəbər verdiyimiz kimi, ABŞ Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov açıqlama verib.

Təklif olunan görüş barədə danışan deputat Fəzail Ağamalı BiG.AZ-a açıqlamasında bildirib ki, "Problemin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin aktivliyi artıb".

"Belə görünür ki, artıq işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, D.Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin aktivliyi artıb. Problemin həlli üçün səylər intensivləşib. Bir neçə müddət öncə cənab prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüş, dərhal sonra Rusiyada Lavrovun iştirakı ilə xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar, Vyana görüşündən əvvəl və sonra da ABŞ-ın rəsmi mövqeyi sübut edir ki, bu məsələnin həlli Minsk qrupu tərəfindən gündəliyə gətirilməkdədir. Ola bilsin ki, burada bir rəqabət də var. ABŞ-ın Rusiyadan sonra görüş üçün təklif verməsi sübut edir ki, Amerika da məsələnin həllində çox maraqlıdır. Həmçinin problemin həllini birbaşa Rusiyanın inhisarına vermək fikrində deyil. Digər baxımdan bu cür görüşlərin Azərbaycan üçün ziyanı yoxdur. Problemin aktivləşməsi, üzə çıxması Azərbaycanın illərdən bəri aparmış olduğu diplomatik mübarizənin xarici siyasətinin uğurudur. Nəticə etibarilə bu danışıqlara Ermənistan tərəfinin cavab verməməsi, işğal olunmuş torpaqların azad olunmasına addım atmaması müharibəni qaçılmaz edir. Müharibə isə Ermənistana ağır sarsıdıcı zərbə endirərək, məsələnin birdəfəlik həlli ilə nəticələnəcək. Ona görə də Azərbaycan tərəfi Amerikanın bu dəvətinə müsbət yanaşır. Bu görüşdə danışıqların hansı səviyyədə aparılması, hansı fikirlər ortaya atılaraq konkret addımlarla nəticələnməsini gözləmək lazımdır".

Deputat bildirib ki, ABŞ görüşdə Ermənistandan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini təklif edə bilər:

"ABŞ-ın bu görüşdə təklifi bu ola bilər ki, Ermənistan işğal olunmuş torpaqlar azad edilməlidir. Ermənistan qonşularla normal münasibətlər qurmalıdır. Vaxtilə C.Bolton bu məsələni Ermənistanın diqqətinə çatdırmışdı. Amerika da bu ideya üzərində danışıqları aparmalıdır. Artıq bundan sonrakı məsuliyyət Ermənistanın üzərinə düşür. Bu da bizə çox böyük dividentlər verir. Amerika kimi fövqəl- bəşər dövlətin təklifləri nəzərə alınmırsa, o zaman Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinin təmini üçün növbəti addımını atır. Artıq bundan sonra əsas iş Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşür. Bu da Azərbaycan üçün geniş imkanlar açır. Müharibə həm şovinist Ermənistan, həm də onların arxasında duran güc mərkəzləri nəhayət Azərbaycanla hesablaşmalı olacaqları gerçəyini ortaya qoyur. Demək olar ki, bu reallığın gerçəkləşməsi üçün vaxt artıq yetişməkdədir".

Politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı BiG.AZ-a bildirib ki, problemin həllində qeyri-dövlətlər yalnız öz mənafelərini güdürlər:

"Münaqişə ona cəlb olunmuş xalqlar üçün bir fəlakətdir, müsibətdir. Lakin bu münaqişənin tənzimlənməsinə cəlb olunmuş dövlətlər üçün onların böyük maraqlarının təmini üçün gözəl fürsətdir. Moskvadakı danışıqlardan sonra da Amerikanın yeni görüş üçün tərəfləri dəvət etməsi öz mənfəəti üçündür. Bu məsələdə heç bir ölkə Azərbaycan və erməni xalqlarını düşünmür. Heç kəs beynəlxalq qanunun aliliyini, BMT bəyannaməsində yazılmış humanizm, sülhpərvərlik, insan həyatının təhlükəsizliyi barədə düşünmür. Bütün digər qeyri-dövlətlər də burada yalnız öz siyasi-iqtisadi mənfəəti haqqında düşünür.

Məsələ ondadır ki, danışıqlar zamanı əvvəldən müəyyən təkiflər verilmişdir. Burada vətəndaş cəmiyyətinin əməkdaşlığı, əsrlərlə bağlı işdə hər hansı humanitar məsələlərin nəzərə alınması və s. nəzərdə tutulurdu. Bunlar Moskvanın göstərişi ilə Azərbaycan tərəfindən ləğv edilmişdi. Lakin yenidən bu təkliflər bir niyyət kimi irəli sürülürdü. Amerika Moskvanın bu tip təkliflərinə qarşı getməyəcək. Lakin ümumilikdə problemin həllində Rusiyanın təkbaşına iştirakına da icazə vermək niyyətində deyil".

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 18 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789