Saatlar sonra Moskvada Qarabağla bağlı QƏRAR VERİLƏCƏK: bu dəfə 5 rayon yox...
Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.
Publika.az xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.
Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqəsi yaradaraq, müzakirələr aparmışdı. Bunun arfdından Moskvada nazirlərin görüşünün təşkili daha çox Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi maraqlardan irəli gəlir. Rusiya münaqişənin həllində təşəbbüsün ABŞ-ın əlinə keçməsini istəmir.
Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil.
Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, münaqişənin nizama salınmasında ictimai proses dalana dirənib, sadəcə olaraq, qeyri-kütləvi proses gedir.
"Liderlərin və yüksək vəzifəli şəxslərin bəyanatları prosesin kiçik hissəsidir, ola bilər ki, onlar prosesin dalana dirəndiyi təəssüratını yaradırlar. Açıq mübahisə edir, bir-birinin mövqeyini qəbul etmir, bir-birinin yanaşmalarını rədd edirlər, lakin həm də görüşə razılaşırlar. Bu, o deməkdir ki, bizim bilmədiyimiz çağırışlar var. Vyana görüşü 3 saat davam edib və ola bilməz ki, bu müddətdə adi məsələlər müzakirə olunsun", - deyə o bildirib.
Lakin Moskva görüşünün münaqişənin həlli istiqamətində aparılan danışıqlar yönünün dəyişdirmək ehtimalları da səsləndirilir. Ehtimallara görə, Sergey Lavrov "Lavrov planı" adını alan təklifləri yenidən tərəflərə təqdim edəcək, lakin bu dəfə yenilənmiş formada. İstisna deyil ki, Rusiya Azərbaycanı razı salmaq üçün ilkin mərhələdə 5 yox, daha çox rayonun qaytarılması təklifi ilə çıxış etsin, o cümlədən, Ermənistanın Türkiyə və Azərbaycanla kommunikasiyaların qurulması işini öz üzərinə götürməyi təklif etsin.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1600 Tarix: 15 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPeskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"
"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə
27.04.2024 161 Azərbaycanda müəllim vəfat edib - FOTO
Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib
27.04.2024 405 "Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"
"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları
27.04.2024 271 Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb
Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında prezident Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinin uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişl
27.04.2024 193 ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi
27.04.2024 298 İran ələ keçirdiyi "MSC Aries" gəmisinin heyətinin taleyi barədə açıqlama verdi
İran Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin ekipajını azad edəcək. İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib
27.04.2024 190 Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək
Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa
27.04.2024 203 Ermənistan xarici işlər nazirinin müavini yüksək rütbəli Qətər diplomatı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dohada Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Qətər Dövlətinin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xulayfi ilə görüşüb. xəbər verir ki, görüş zamanı hər iki tərəf Ermənistan və Qətər arasında siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək üçün güclü qarşılıql
27.04.2024 179 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". Bu barədə "Reuters" xəbər yayıb. Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir. "Sülhməramlıların bütün zirehli texnikası, o cümlədə
27.04.2024 215