Uşaqları dilənməyə kim və nə məcbur edir? – VİDEO

Uşaqları dilənməyə kim və nə məcbur edir? – VİDEOŞəhərin ən qaynar küçələrində, metrolarda qolunuzdan yapışıb pul istəyən balaca dilənçilərə yəqin ki, rast gəlmisiniz. Yay-qış, gecə-gündüz demədən bu uşaqları küçələrdə dilənməyə vadar edən nədir?

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Cavid İmamoğlu - Sosioloq: "Ailədəki yoxsulluq bir çox hallarda uşaqların işləməyinə gətirib çıxarır. Ailə üçün fərq etmir o küçədə işləyir yoxsa hansısa bir ofis şəraitində işləyir".

Cəmiyyətin bu məsələyə həssaslığını nəzərə alaraq uşaqların dilənməsi daha gəlirli hesab olunur. Amma bu məsələdə əks fikirlər var. Bir qisim pul verməklə onlara kömək etdiyi, digərləri isə əksinə onları bu fəaliyyətə daha çox stimullaşdırdığı qənaətindədir.

Elmir Əkbər - Psixoterapevt: "Yaxşı olardı ki, heç olmasa yemək şəklində, o uşağın əyninə uyğun ola biləcək paltar şəklində və istifadə edə biləcəyi nəyisə alıb vermək olar".

Cavid İmamoğlu - Sosioloq: "Küçədəki uşaqlara qətiyyən pul vermək olmaz. Nəyə görə? Onlara pul verməklə əksinə onları küçələrdə qalmasına şərait yaradırsız.

Küçə həyatı yaşayan, dilənçiliklə məşğul olan uşaqlar çox vaxt kənar gələn ailələrdən olur. Onlar üçün dilənmək ehtiyac yox, həyat tərzinə çevrilib. Amma həqiqətən ehtiyac üzündən kimdənsə pul istəyənlər də ola bilər.

Hikmət Babaoğlu - Millət vəkili: "Bəzən ayrı-ayrı ailələrin də bu qazanc yoluna məcbur edilməsi halları da olur. Düzdür bunların sayı çox azdır amma mən düşünürəm ki, bu problemi həll eləmək üçün ciddi statistika aparılıb, bu saylar dəqiqləşdirildikdən sonra onların səbəbləri araşdırılmalıdır".

Qanunla hər bir uşağın tərbiyə olunmasında məsuiliyyət valideynlərin üzərinə düşür. Bu öhdəliyi doğru yerinə yetirməyən, övladını küçə həyatına, dilənçiliyə vadar edən valideynlər isə qanun qarşısında məsuliyyət daşıyır.

Gülnar Qulizadə - Vəkil: "Ailə Məcəlləsində birbaşa göstrərilir ki, uşaq əməyindən istifadə edərək onu dilənçiliyə məcbur etmək və öz valideynlik vəzifələrini yerinə yetirmədikdə valideynlər məhkəmə qətnaməsinə əsasən valideyinlik hüququndan məhrum edilir və uşaq bir başa dövlətin himayəsinə verilir".

Son illər bu cür halların azaldığını bildirən rəsmilər də problemin təmamilə həlli üçün əlavə tədbirlərə ehtiyac olduğu qənaətindədir.

Pərviz Əliyev - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi: "Problemi ciddi olaraq araşdırmaq lazımdır, hər bir uşağa fərdi yanaşma olmalıdır və bu problem tam aradan qaldırılana qədər cəmiyyətdə proflaktik maarifləndirici tədbirlər aparılmalıdır".

Kəmalə Aşumova - "Ümidli gələcək" təşkilatının icraçı direktoru: "Küçələrə düçar olan uşaqların çoxu regionlardan olan uşaqlardır ki, biz onlarla invidiual tanışlıq, ailələrə səfər, onların probleminin həllində uşaq sahəsində çalışan bütün dövlət qurumlarının cəmləşdirilməsi və bu dövlət qrumlarının dəstəyi ilə onların problemlərinin həllinə çalışırıq".

Uşaqlar dünyanı gözəlləşdirir. Onların saflığı, qayğısız gülüşləri bəzən həyatın ən ağır anlarında bizə stimul verir. Erkən yaşdan pul qazanmağa vadar etmək, həyatın çətin üzünü onlara göstərmək isə bu gözəl dünyanı məhv edir. Cəmiyyət olaraq burada hər birimizin məsuliyyəti var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 339   Tarix: 12 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3