Zəhra Bədəlbəyli: İllərlə qazandığın ad-sanı bir saniyədə itirə bilərsən

Zəhra Bədəlbəyli: İllərlə qazandığın ad-sanı bir saniyədə itirə bilərsənAzərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə, prodüser Zəhra Bədəlbəylinin Oxu.Az-a müsahibəsi:

- Zəhra Bədəlbəyli istedadlı pianoçu, bir çox tanınmış mahnıların sözlərinin müəllifi, bir neçə şeir kitabının yaradıcısı kimi tanınır. Amma son dövrlərdə özünüzü daha bir sahədə sınaqdan keçirirsiniz. Niyə aktrisa olmaq qərarına gəldiniz?

- Əslində, uşaqlıqdan səhnədəyəm. Aktrisa olmaq arzusu o zamandan içimdə olub. Ölkəmizdə isə həmin dövrdə kino, demək olar, çəkilmirdi.

Son illərdə həm dövlətin dəstəyi ilə, həm fərdi şəkildə çəkilən filmlər kinematoqrafiyanın inkişafından xəbər verir. Ssenarist və rejissorların inamı məni çox həvəsləndirdi.

Onlar məni filmlərə dəvət etməyə başlayanda isə özümdə aktyorluq bacarığını daha çox aşkarladım. Amma aktrisa olduğumu hələ təsdiqləməli olacağam. Çox işləməliyəm, öyrənməliyəm.

- Hansı filmlərə çəkilmisiniz? İşləriniz uğurlu alınır, yoxsa hansısa çətinliklə qarşılaşırsınız?

- Birinci qısametrajlı filmə 15 il əvvəl çəkilmişəm. Sonra isə tammetrajlı filmlərdə epizodik rollara dəvət aldım. Onların sırasında "Şər qarışanda", "Ağ tük" filmləri yer alıb. Maraqlı rol "Siçan və Pişik" filmində olub, amma o, hələ Bakıda göstərilməyib. Nümayiş olunmasını çox istərdim, çünki kinomuzda yeni bir üslubdur.

Çətinliklə qarşılaşmıram. Ümumiyyətlə, bu sözü xoşlamıram. Sadəcə, həyatda bir mərhələdən o biri mərhələyə keçəndə öz üzərində çox işləmək, yeni informasiyaya açıq olmaq, təcrübəli peşəkarların sözünə qulaq asmaq lazımdır. Onda bütün çətinlikləri qısa zamanda aradan götürmək olur.

- Daha çox kinoda çəkilmək üçün dəvət alırsınız. Teatr səhnəsində çıxış etmək barədə düşünürsünüzmü? Deyirlər, teatr aktyoru olmaq xeyli çətindir.

- Bəli, mən də belə hesab edirəm. Bu formata uyğunlaşmaq çətindir. Aktyor və yaxud pianoçu illərlə topladığı ad-sanı bir saniyədə itirə bilər. Məsələn, səyahətlə bağlı problemlərə, həyəcana, zalın pis reaksiyasına görə və sair.

Bir də var zamansız incəsənət, onu biz hazırlayıb sonra tamaşaçıya təqdim edə bilirik. Bura kino, rəsm kimi janrlar aiddir, yəni sənətkar bir növ özünü sığortalaya bilir.

Ona görə də teatr kinodan çox fərqlidir. Amma mən bu sınağa özümü hazırlayıram. Artıq baş rol aldığım bir tamaşanın üzərində bir aydan artıq iş gedir. Çox maraqlıdır, tam yeni bir formatdır. Teatr tamaşasından əlavə bu bir yeni platforma olacaq və ümidvaram, bu platforma bizim teatrın inkişafına yardım edəcək.

- Bir müsahibənizdə Azərbaycan aktrisaları üçün münasib rolların olmadığını demisiniz. Yəni qadını müsbət baş qəhrəman edəcək ssenarilər yoxdur mənasında. Özünüz layiqli ssenari yaratmaq və baş rolda çəkilmək barədə düşünmüsünüzmü? Kinoda kimi canlandırmaq istərdiniz?

- Bəli, demişəm. Maraqlı ancaq müsbət demək deyil. Çox istərdim ki, dərin, mənalı obrazlar olsun. Ssenari yazmaq üçün də çox bilik əldə etməliyəm. Bu barədə düşünürəm. Ümumiyyətlə, aktyorluqdan başqa həm prodüser, həm də ssenari müəllifi kimi özümü sınamağa başlamışam.

Bu yaxınlarda "Sənin əllərində" adlı kitabımın qısametrajlı filmini dostlarımla çəkmişik. Onun ssenarisi mən və Mik Bluma, rejissor işi isə Orxan Fuladiyə aiddir. Prodüser işini də filmdə üzərimə götürmüşəm. Filmin festivallarda iştirakı nəzərdə tutulub.

Zəhra Bədəlbəyli: İllərlə qazandığın ad-sanı bir saniyədə itirə bilərsən


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 10 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3