Qardaşı çılpaq qızların videosunu çəkən Ramaldan SƏRT SÖZLƏR: "Üzükölgəli olduğum..."

Qardaşı çılpaq qızların videosunu çəkən Ramaldan SƏRT SÖZLƏR: "Üzükölgəli olduğum...""Bir hekayə var, onu sizə qısa yazmaq istəyirəm. Yeni ailə qurmuş cütlük evlərində səhər yeməyi yeyir, birdən qadın pəncərədən qonşusunun paltar sərdiyini görür və ərinə deyir ki, "vay vay, gör nə kirli paltar yuyub?! Ağlar da boz kimi olub". Bu söhbət hər dəfə qonşu paltar sərəndə müzakirə olunur evdə. Bir gün ər evə gələndə pəncərələrinin tozlu və palçıqlı olduğunu görür, amma xanımına demir. Səhər olur və xanım yenə ərinin yanında qonşusunun kirli paltar yumasına lağ edir. Elə bu anda ər arvadına deyir ki, "Bəlkə sən də öz pəncərəni silib, sonra insanlara, ətrafa təmiz pəncərədən baxasan?!" İndi mən də görürəm ki, insanlar ətrafına öz kirli pəncərəsindən, kirli eynəklərindən baxır".

Publika.az xəbər verir ki, bu sözləri Ramal İsrafilov onun və qardaşları haqqında tənqidi fikirlər səsləndirən Əməkdar artist Abbas Bağırovun ünvanına deyib. O, həmkarının "Söhbətsiz" verilişində onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib:

"Mənim bu həyatda ailəmdən başqa təşəkkür edəcəyim, qarşısında üzükölgəli olduğum, minnət borcumun olduğu heç kim yoxdur. İçi Abbas Bağırov olmaqla. Təşəkkür edəcəyim və dəyərini bildiyim insanlar var sadəcə. Mənim musiqiçi və ifaçı kimi karyeramın efirə qədərki və efirdən sonrakı dövrü var. Toylar, el məclisləri mənim hələ uşaq yaşlarımda idarə ettiyim meydan olub və bu meydanda ustad sənətkarlar görmüşəm. Onlardan da bəhrələnmişəm. 1993-cü ildə Türkiyənin Rize şəhərində "Sarımsaq", sonra "Yaşıl Yarpaq" Festivallarında çıxış etmişəm. 1996-ci ildə Azərbaycan Televiziyasında yayımlanan "7-17" musiqi yarışmasına qatıldım. Bura məni dəyərli anam əlimdən tutub gətirmişdi. Daha sonra dəyərli ustadımız Vaqif Gərayzadəni tanımışam və məni böyük səhnəyə Vaqif Gərayzadə gətirib. Bu insanlara təşəkkür borcum var və mənim üçün hər zaman da dəyərli qalacaqlar. "A-Trio" qrupuna isə mən israrla gətirilmişəm. Minnətlə yox... "A-Trio"dan əvvəl mənim bəstələrimi estrada ulduzları oxuyurdu artıq. Yəni "A-Trio" adı mənim həyatımda dönüş nöqtəsi olmadı, sadəcə fərqli bir səhifə oldu. Bu gün Abbas Bağırov açıqlamasında "böyük" görünmək istəyib və guya "böyüklük" edib. Deyib ki, qrupun adından istifadə edib toylara gedirdi. Abbasa burdan açıq sual verirəm, mən toylara gedəndə 5 nəfərin içində oxumuşdunmu? 2002-ci ildə sən Bakıya ciddi musiqi ilə məşğul olmağa gələndə mən artıq Vaqif Gərayzadənin yanında ciddi musiqi ilə məşğul idim.

Sənin musiqiçi olmağına sözüm yoxdur, amma mənim haqqımda "özbaşınalıq edirdilər" sözünü işlətməyin sənin və sənin kimilərin həddinə deyil. Sizin üçün böyük tikə olaram. Boğazınızda qalaram, uda bilməzsiz. Hətta səni tək Azərbaycanda yox, həm də Türkiyədə tanıdacaq mahnı qədər böyük. Sən mənə dəstək yox, köstək olmusan. Bunu da bu gün deyim bil ki, mənim də hər şeydən xəbərim var, amma heç bir zaman sənət yoldaşlarıma söz ataraq müzakirə yaratmamışam. Heç vaxt mediada ilk söz atan olmamışam. Ancaq cavab verən tərəf olmuşam. Heç kimin arxasınca ilk daş atan mən olmamışam. Çünki arxadan atılan daşların ancaq topuğa dəydiyini bilirəm. Sən isə mənim əməyimi, "Aləm Gözəl" mahnımı gözümün içinə baxa-baxa, üzümə dura-dura mənim olmaqdan çıxartmağa çalışmısan. Bu zaman belə mən hörmət etdiyim dostların adına qurban etdim əməyimi. Köhnə dəftərləri açıb ağartmaq niyətim yoxdur, amma çalış sən də açdırma. Uzun illərdir necə susmuşuqsa elə də davam edək. Barışmaq istəyin varsa, bütün barışıqlara hazır olduğum kimi buna da hazıram. Amma boyunu aşacaq, ya da başqasını əzəcək sözlər işlətməklə böyüklük olmur, nə də ki sənətkarlıq..."

Məlumat üçün bildirək ki, Ramal İsrafilov son günlərdə qardaşının tutduğu əməllə gündəmdədir. Belə ki, Ramal İsrafilovun qardaşı Valeh İsrafilov çılpaq qızların videosunu çəkməkdə ittiham olunur.

Qeyd edək ki, Abbas Bağırov Ramal və qardaşlarının ünvanına aşağıdakı fikirləri səsləndirmişdi:

"Ona yetərincə əziyyət çəkmişəm. Bunu nə dərəcədə dəyərləndirir, özü bilər. Qrupun sonbeşiyi o idi, özünü ərköyün aparırdı ki, buna hər şey olar. Amma elə deyil. Qrup mənimdirsə, orada qayda-qanunu qoyan mənəm. Nə pullar qazansalar belə, mənə bir manat gəlib, çatmırdı. Ehtiyacım yox idi.

Missiyam "A- trio" qrupunu məşhur etmək və sənət göstərmək idi. Ramal solo ifaya can atırdı. Mən də ona qrupun yetirməsi kimi dəstək göstərəcəkdim. Ancaq elə oldu ki, özbaşınalıq etdi, kənarda qardaşları ilə birgə "A trio"nun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar. Buna göz yumurdum. İstedadlara dəstək olmaq adı ilə bu addımı atmışdım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2978   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 525
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4264
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 697
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4147
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 735
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1685
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1605
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1268
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 173