"Qurban olum, məni balama qovuşdurun" - 2 yaşlı Anjelanın anasının ah-naləsi (VİDEO)
21 fevralda ölüm ayağında Nərgiz Babayeva-Kərimovanın köməyilə İstanbula aparılan Anjela artıq xəstəxanadan çıxıb. 34 gün ərzində 8 əməliyyat keçirən 2 yaşlı qızcığaz 16 gün reanimasiyada saxlanılıb. Anjelanı yeni əməliyyatlar gözlədiyindən reabilitasiya müddətini də İstanbulda qalacaq. Bu müddət ərzində ona xüsusi baxıçı təyin edilib.
BiG.AZ xəbər verir ki, Anjelanın anası "Səni axtarıram" proqramına gələrək uşağının yanına getmək üçün Xoşqədəm Hidayətqızından kömək istəyib.
Aparıcı ağlayaraq yalvaran ana deyir ki, Anjelaya özü qulluq etmək istəyir.
"Mən onsuz yaşaya bilmərəm. Qurban olum, məni balama qovuşdurun"!- deyərək yalvarıb.
Xoşqədəm xanım Zülfiyyəyə yardım edəcəyinə, yol xərcini ödəyərək özü ilə birlikdə Türkiyəyə aparacağına söz verib.
Sadəcə problem bundadır ki, Nərgiz xanım Anjelanın anasının səhlənkarlığı və məsuliyyətsizliyi üzündən yandığını ehtimal etdiyindən, uşağın anasından ayrı qalmasını məqbul görür.
"Mən bütün lazımi orqanlara müraciət etmişəm. Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova baş vermiş hadisə ilə bağlı məktub yazmışam. Onların cavabı və rəyi gəldikdən sonra, əlbəttə, ananın bu hadisədə heç bir günahı yoxdursa, Anjelanın və anasının normal yaşaması üçün hər bir şərait yaradılacaq.
️Əgər bu işdə ananın günahı varsa, heç bir halda uşaq mənim tərəfimdən anaya təhvil verilməyəcək Ananın günahı olarsa, mən Anjelanı dövlətə təhvil verəcəyəm və dövlət özü necə lazımdır, elə də qərar verəcək. Mənə çatan uşağa yardım etmək idi, onu da etdim və hər şey göz qabağındadır. Qərarlar tək verilmir. Hadisələr dövlət tərəfindən ciddi nəzarət altında saxlanılır",- deyərək öz fikrini əəsaslandırdı.
Qeyd edək ki, ailə münaqişəsi zəminində yanan və ya yandırılan körpə Anjelanın taleyi hər kəsi maraqlandırır. "Uşaqların xoşbəxt gələcəyi" fondunun təsisçisi və rəhbəri Nərgiz Babayeva-Kərimovanın sayəsində sağ qalan 2 yaşlı körpənin vəziyyəti gündən-günə yaxşılaşır. Nərgiz xanım Anjela Ələkbərovanın vəziyyətilə bağlı mütəmadi olaraq "Facebook" səhifəsində məlumat verir. Əməliyyatlarda balaca qızcığazın yanğından eybəcər hala düşmüş üzü, ayaqları və əlləri yaralardan təmizlənib. Üzünün və bədəninin digər hissələrinin normal vəziyyətə gətirilməsi üçün onu 20-30 əməliyyat gözləyir.
baku. ws
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1147 Tarix: 28 mart 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109