Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHIXəbər verdiyimiz kimi, səhər saatlarında "Diqlas" ticarət mərkəzində güclü yanğın başlayıb. Yanğın zamanı 1000-ə yaxın sahibkara zərər dəyib.

BiG.AZ Azərbaycanda baş verən dəhşətli yanğınların siyahısını təqdim edir:

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHIBakı şəhərinin Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI2015-ci il 4 dekabrda Günəşli neft yatağında güclü yanğın olub. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI2018-cı il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Yanğın nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın baş verib.

Yanğın nəticəsində korpusda olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfərin isə meyiti aşkar olunub.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHI3 iyul 2018-ci ildə Mingəçevir şəhərində fəaliyyət göstərən, ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş verib və yanğın olub.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Partlayış nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

2018-ci il fevralın 27-də Mingəçevirdə yerləşən "Azneftmaş" ASC-də yanğın baş verib.

Partlayış nəticəsində zavodun 2 əməkdaşı - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHIMartın 6-da Nərimanov rayonunda yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın baş verib.

Yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənmiş, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.

Azərbaycanda baş verən GÜCLÜ YANĞINLAR: Külə dönmüş evlər, alışan mağazalar... - SİYAHIBinəqədidə "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Sahibkarlara böyük ziyan dəyib.

Yanğın zamanı 22 mağaza yanıb. Hadisə zamanı xırdavat məhsulları yanıb, taxta şalbana ziyan dəyməyib. Ən çox zərər zərdablı Sabiq adlı sahibkara dəyib. 300 mindən artıq məhsulu külə dönüb. İlkin ehtimala görə, yanğın səbəbi qısaqapanmadır.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3391   Tarix: 26 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18.05.2024 98
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175