Kişi düz 62 il arvadını aldadaraq özünü lal-karlığa vurub – səbəbi də arvadı ilə bağlıdır

Kişi düz 62 il arvadını aldadaraq özünü lal-karlığa vurub – səbəbi də arvadı ilə bağlıdırBritaniyalı Douson cütlüyü 80 yaşlarında boşanmaq qərarı verib. Onların işinə hazırda məhkəmədə baxılır. Səbəb isə 84 yaşlı Barri Dousonun həyat yoldaşını 62 il aldadıb, özünü ona kar kimi göstərməsi olub.

Cütlük İngiltərənin Mançester şəhərində yaşayır. Barri Douson etiraf edib ki, həyat yoldaşı Doroti deyingən olduğundan, 62 il onun yanında özünü kar və lal kimi göstərib. Bu illər ərzində qadının yanında bir kəlmə də danışmayıb. Özünü elə aparıb ki, sanki onun dediklərini də eşitmir.

Belə vəziyyətdə cütlük 6 övlad böyüdüb, onların 13 nəvəsi var. Onlar da hesab edirdilər ki, Barri Douson heç nə eşitmir.

Evin xanımı həyat yoldaşıyla hansısa formada anlaşmaq üçün hələ illər öncə jestlərlə danışmağı öyrənməyə başlayıb. Görüb ki, əri hətta jestlərlə də danışmaqda maraqlı deyil.

"İki il mən əllərin köməyilə danışmağı öyrənməyə çalışdım. Artıq jestlərlə danışmağa başlayanda Barrinin gözlərində problem yarandı, pis görməyə başladı. İndi düşünürəm ki, yəqin o, görmə problemini də uydururmuş", – 80 yaşlı Doroti Douson məhkəmədə belə deyib.

Qadın ərinin yalanının necə ifşa olunduğunu da danışıb. Deyir ki, 62 il aldadıldığını internetin sayəsində öyrənib. "Youtube"da təsadüfən "lal və kar" ərinin karaokedə mahnı oxuyarkən çəkilmiş videosunu görəndə təəccüblənib. Həmin gecə o, həyat yoldaşının xeyriyyə tədbirinə getdiyini düşünübmüş.

Yalan ortaya çıxandan sonra özünü təhqir olunmuş hesab edən qadın dərhal boşanmaq üçün məhkəməyə müraciət edib. O, ərindən aldadıldığına görə kompensasiya, həm də sahib olduqları əmlakın yarısını tələb edir.

Barri Dousonun vəkili məhkəmədə deyib ki, əgər müvəkkili özünü lallığa və karlığa vurmasaydı, cütlük hələ 60 il əvvəl boşanacaqdı.(bizimyol)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1951   Tarix: 24 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 366
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 424
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 411
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 811
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

04.05.2024 152
.

Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq

Kotlet hazırlayarkən bir çox insan qızartma zamanı parçalanma problemi ilə qarşılaşır. xəbər verir ki, bunların hamısı düzgün olmayan hazırlıq və tipik səhvlərdir. Kotletlərin dağılmaması üçün əsas məsləhətləri təqdim edirik: . Düzgün kompozisiya. Kotletləri bişirməzdən əvvəl inqrediyentlərin tərkibin

18:50 346
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

16:30 158
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 518
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 279