Nazir Novruz bayramı münasibətilə təbrik etdi

Nazir Novruz bayramı münasibətilə təbrik etdi"Novruz bayramı Azərbaycan xalqının əsrlərdir eyni sevgi və coşqu ilə qeyd etdiyi yeganə bayramdır. Bu bayram xalqımızın ana təbiətə, əməyə, birliyə, bərabərliyə olan rəğbətinin göstəricisidir. Novruz həm də çoxmillətli ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, birliyini nümayiş etdirən, çağımızda da əhəmiyyətini itirməyən ideyalar məcmusudur".

BiG.AZ xəbər verir ki, bu fikirlər mədəniyyət naziri Əbülfəs Qarayevin Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə ünvanlanan təbrikində yer alıb.

Təbrikdə bildirilir ki, Novruz bayramının fəlsəfəsindəki mütərəqqi ideyalar, xüsusilə birləşdirmə gücü neçə-neçə ölkənin, yüz milyonlarla insanın ona könül verməsinə səbəb olub. Min illərdir Novruzun yaşadılması varlığın əsasını təşkil edən 4 ünsürün – od, su, yel (hava) və torpağın bayram günlərində həyata keçirilən ayinlərdə kompleks halında birləşməsidir. Novruzun ayrı-ayrı rituallarında yaşayan humanizm qayəsi də onu insanlığın yol yoldaşına çevirmişdir.

Daha sonra təbrikdə deyilir:

"Novruzu bir sıra ölkələr və xalqlar qeyd etsə də, Azərbaycanda bu bayramın ənənələr boğçası daha zəngin, daha mütəşəkkildir. Məmnunluqla deyə bilərəm ki, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəri status qazanmasında, eləcə də digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə xalq yaradıcılığının, qədim adət-ənənələrin yaşadılması, tədqiqi və təbliği dövlətin diqqət mərkəzindədir. Bu ənənələrin gələcək nəsillərə ötürülməsi üçün hər cür şərait yaradılıb".
Təbrikin sonunda nazir ölkəmizin mədəniyyət ictimaiyyətinə Novruz bayramı münasibətilə cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət və firavan həyat arzulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 307   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544