Bakı metrosunda fərqli ab-hava - Retro vaqonlar, kosa, keçəl, hədiyyələr olacaq

Bakı metrosunda fərqli ab-hava - Retro vaqonlar, kosa, keçəl, hədiyyələr olacaqNovruz bayramı "Bakı Metropoliteni" QSC-nin artıq ənənə halını almış sosial layihələri sırasına daha iki mühüm yenilik gətirəcək.

Qurumdan BiG.AZ-a verilən məlumata görə, dörd stansiyada təşkil ediləcək simli kvartetin və milli muğam üçlüyünün ifasında səsləndiriləcək ənənəvi proqramdan savayı, sərnişinlər elektron Musiqinin sədalarını da eşidə biləcəklər. "İçərişəhər" stansiyasında Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə iki saat ərzində sərnişinlərə ürəkaçan musiqi parçaları təqdim edəcək.

Bayram günlərinin ən əsas yeniliyi mart ayının 19-20-də "İçərişəhər" stansiyasında təşkil ediləcək ikigünlük Novruz şənliyi olacaq.

Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edəcəklər.

Azərbaycan teatr səhnəsinin peşəkar aktyorlarının ifasında sərnişinlərə təqdim ediləcək Novruz şənliyində həm də illüziya proqramı da təqdim olunacaq. Müsabiqələr laureatı, tanınmış gənc istedad Anar Əliyev sərnişinlərə ən orijinal proqram nömrələrini nümayiş etdirəcək.

"Bakı Metropoliteni" QSC-nin daha bir sürprizi bayram günlərində artıq sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayişi olacaq. Sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehalı olan "Г" və 2009-cu ilə qədər Bakı metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə, salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər.

Bahar şənliyi personajlarının, eləcə də illüziyaçının bayram tamaşası "İçərişəhər" stansiyasının vestibülündən başlayaraq, daha sonra retro qatarda sərnişinlərin əhatəsində davam edəcək.

"Bakı Metropoliteni" QSC Novruz şənliyinin keçirildiyi 19-20 mart tarixlərində bayram sovqatı da hazırlayıb. Şənliyin gedişi zamanı, daha sonra vaqonlarda oyuncaqlardan ibarət hədiyyələr kiçik sərnişinlərə təqdim olunacaq.

Onu da əlavə edək ki, bayram günlərində "Bakı Metropoliteni" QSC bir neçə stansiyada artıq ənənə halını almış milli muğam üçlüyü və simli kvartetin ifasında konsert proqramlarını da təqdim edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 490   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Zaurla Günaydan SƏMİMİ GÖRÜNTÜLƏR - VİDEO

Məşhur aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərdən xəbər var. xəbər verir ki, Günay instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə onun həyat yoldaşı aparıcı Zaur da yer alıb. Paylaşım izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

20.06.2021 2265
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603