Müğənni ilə bayram bazarlığı: "Papağıma sup tökdülər, travma aldım" +Video

Müğənni ilə bayram bazarlığı: "Papağıma sup tökdülər, travma aldım" +VideoBir neçə saat sonra Bahar elimizə qədəm qoyacaq. Artıq ölkədə Novruz bayramının ab-havası duyulur. Evlərdə bayram hazırlıqları başlayıb, analar şirniyyat bişirir, uşaqlar papaq atmağa, tonqal qalamağa can atır, gənc qızlar qulaq falına çıxmağa hazırlaşır. Biz də musavat.com olaraq tanınmış simalardan biri ilə bayram bazarlığı etməyə qərar verdik. Müğənni Səbinə Əsgərova ilə Təzə bazarda görüşdük. Bazarlıqla birlikdə söhbətə də başladıq:

- Alış-verişi sevməyən qadın yoxdur. Yəqin, siz də onlardan birisiniz.

- Alış-verişi çox sevirəm. Mağazalarda saatlarla vaxt keçirə bilərəm. İstər pal-paltar, istərsə də qida məmulatları olsun, seçiciyəm. Hər şeyin ən yaxşısını almaq istəyirəm. Bir də yaxşı qiymət sala bilirəm. Bu, məndə istedaddır.

- Sonuncu dəfə nə zaman bazarlıq etmisiniz və nələr almısınız?

- Axırıncı dəfə dünən bazarlıq etmişəm. Evə çərəz aldım. Sabahdan başlayıb, qapıya papaq atacaqlar. Papağı boş qoymaz olmaq.

Söhbət edə- edə Səməni satılan piştaxtaya yaxınlaşırıq. Qonağımız qiymətlərlə maraqlanır:

- Üzəri kəpənəkli olan səmənilər neçəyədir? Endirim edərsiniz?

Satıcı: 5 manatdan 50 manata qədər var. Siz istədiyiniz 20 manatdır. Sizin xətrinizə 15 manata verərəm.

Səbinə: Saxlayın, bazarlığı bitirib qayıdıb götürəcəyəm.
Bazarı gəzməyə davam edirik.

- Papaqdan söz düşmüşkən, bu bayram da papaq atacaqsınız?

- Atacağam. Özüm böyüsəm də, içimdəki uşaq ruhum qalıb. Qapı da pusacağam. Bir fala baxmayacağam.

- Qapı pusanda nələr eşitmisiz?

- Heç vaxt pis şeylər eşitməmişəm. Bir dəfə böyük arzum üçün qapı pusdum. O qədər gözəl şeylər eşitdim ki. Sonra həmin arzum çin oldu.

- Papağınızı boş qaytaran olub?

- Uşaq vaxtı ən sevdiyim adət papaq atma idi. Məhəllənin uşaqları ilə yığışıb qapı-qapı gəzirdik. Bir dəfə isə çox pis travma aldım. Papağımıza sup tökmüşdülər. Bu mənə böyük travma yaşatdı. Düzdür, papaq mənim deyildi. Amma yenə də pis oldum. İnsan sevincli uşağın qəlbini necə qıra bilər? Ona görə heç bir papağı boş qoymuram.

Meyvə-tərəvəz bölümünə yaxınlaşırıq.

- Meyvə-tərəvəzin yaxşısından başınız çıxır?

- Əlbəttə, görünüşü və haradan gətirildiyi önəmlidir. Portağalı və almanı sevirəm. Gedək görək neçəyədir? "Qızıləhmədi" neçəyədir?

Satıcı: 5 manat

Səbinə: 5 manata alma olar? Hər yerdə 3 manatdır. Çox bahadır, çox. Gedək portağallara baxaq.

İfaçı portağal bölümünə yaxınlaşır. Bir neçəsinə baxır, foto çəkdirir və yerinə qoyur.

Səbinə: Mənə əsas çərəz lazımdır. Dünən ürəyimdən keçdi. 15 imkansız ailəyə bayram xonçası göndərəcəyəm. Onlar da sevinsin. Düzdür, bu cür şeyləri reklam etməyi sevmirəm. Amma istəyirəm, digər həmkarlarım da bu cür addım atsın. Onlara nümunə olum.

Çərəz bölməsinə giririk. Fındıqları qırıb dadına baxır.

Səbinə: Neçəyədir? Endirim edərsiniz?

Satıcı: Kilosunu 5 manata verərəm.

Səbinə: 3 kilo fındıq verin.

Fındıq alıb, digər mağazaya daxil oluruq. Buradan da innab, iydə, qoz alırıq. Bazarı bir qədər gəzdikdən sonra isə qonağımızdan mahnı oxumasını istəyirik. O da "Meyvələrdən 3 meyvə var" mahnısını zümzümə edir. Bazara daxil olanda seçdiyimiz səmənini götürüb bazarlığımızı yekunlaşdırırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1749   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1944
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1424
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 981
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1395
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 628
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

13:22 0
.

Xəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTO

"Yaş qadının ən böyük sirridir deyiblər". xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "İnstagram" hesabındakı paylaşımında qeyd edib. Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44

27.04.2024 953
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1263
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 591