Baloğlan Əşrəfovdan Firəngiz Əlizadəyə cavab: "Canım mənim, qaşım mənim..."

Baloğlan Əşrəfovdan Firəngiz Əlizadəyə cavab: "Canım mənim, qaşım mənim..."Əməkdar artist Baloğlan Əşrəfov xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin "toy müğənnisi efirə çıxmamalıdır" fikrinə cavab verib.
B.Əşrəfov "Ölkə.Az"a açıqlamasında deyib:

"Firəngiz Əlizadəyə böyük hörmətim var, Allah onun canını salamat eləsin. Azərbaycanın bütün köhnə müğənniləri, tanıdığımız bütün klassik ifaçılar toylarda püxtələşib, toylarda oxuyublar. Toy istəniən ailə üçün gözəl hadisədir. Nazir də evlənir, icra başçısı da. Bəs bunların toylarını kim çalmalı, kim oxumalıdır? Müğənnilər məclislərə gedib evlənənlərə xeyir-dua verirlər, musiqilərini ifa edirlər. Axmağın biri bir axmaq mahnı oxuyubsa, hər kəsə qadağa qoymaq, eyni fikri şamil etmək olmaz axı".

Baloğlaşn Əşrəfov bildirib ki, hətta "Şöhrət" ordenli ifaçılarla da eyni məclislərdə olub:

"Son zamanlar ekranlarımızda oxunan mahnıların çoxunda bədii zövq korlanıb. Əlbəttə, jarqon ifadələr, məntiqə uyğun olmayan sözlərlə dolu mahnılar toylara da sirayət edib. Toydan sonra həmin ifanı ekrana çıxarmaqla mən də razı deyiləm. Allaha and olsun, toyda "Sənsiz" romansını da, xalq mahnılarımızı da oxumuşam. Yəqin ki, Firəngiz xanım həmin müsahibədə bəzi müğənniləri nəzərdə tutub. Mirzə Babayevlə toyda olmuşam. Halbuki Mirzə Babayev Azərbaycnaın ən gözəl ifaçılarından biri idi. Xalq artistləri, "Şöhrət" ordenli ifaçıların hamısı mənim yanımda toylarda olublar. İndi biz onları nə edək? Vaxtilə Bədii Şura bir sözə görə uzun müzakirələr aparırdı ki, bu söz efirdə səslənə bilməz. İndi efirə çıxarılan bəzi mahnılardan iyrənirəm. Gözünə dönüm, sevirəm səni, ürəyim mənim, canım mənim, qaşım mənim...bu sözlər ekran üçün deyil də. Yəqin ki, Firəngiz xanım bu tip mahnıları və belə mahnıları oxuyan ifaçıları nəzərdə tutub".

Qeyd edək ki, F.Əlizadə ONA-ya müsahibəsində bildirib ki, müğənni təkcə toyda oxuyursa, efirə çıxmamalıdır:

"Amma xalq artisti, əməkdar artistdirsə, onu biz konsert salonlarında görürüksə, o zaman efirə çıxmalıdır. Xalq qəbul edirsə, toylarda qulaq assın, ciblərinə pul bassın. O müğənnilər televiziya kanallarında meydan sulamamalıdırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 950   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4013
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1572
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1111
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

10:36 342
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

10:29 311
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3494
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 337
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 1100
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1251