"Azərbaycanda müxtəlif vəzifələrdə çalışan geylər var" - Dilarə

"Azərbaycanda müxtəlif vəzifələrdə çalışan geylər var" - Dilarə
"Bir il bundan öncə açıq-saçıq fotolar paylaşanda pis rəy yazanlar daha çox idi. İndi isə yazılan 100 rəydən cəmi 4-ü mənfi ola bilər. Dəyişiklikləri görürəm və çox şadam. Saytların səhifələrində isə rəyləri oxumuram”.

BiG.AZ xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Dilarə Kazımova deyib. "Eurovision” təmsilçimiz homofobiyasının olmadığını da dilə gətirib:

"Ətrafımda gey tanışlarım olduğuna görə, heç kim mənə basqı etmir. Çünki xasiyyət baxımından özüm kimi dostlarımı tapıram. Hər kəsin öz seçimi və şəxsiyyəti var. Biz ondan soruşmamalıyıq ki, sən kimlə yaşayırsan?

Aqressiyanı sevmirəm. Azərbaycanda müxtəlif vəzifələrdə işləyən çoxlu gey tanıyıram. Onlara təzyiq göstərən, işdən çıxaran yoxdur. Geylər burada kifayət qədər normal durumdadır. Ancaq bunu nümayiş etdirmək də düzgün deyil. Həmçinin, homofob olmaq da”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2366 Tarix: 28.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol